17 May 2022 18:04
758
Səhiyyə
A- A+

Brokkoli xərçəng xəstəliyinin yaranmasının qarşısını alır

Tərkibindəki vitaminlərin miqdarı səbəbindən brokkoli sağlamlığımız üçün faydalıdır. Xüsusilə qış fəslində bu qidanın istehlak edilməsi tövsiyə olunur.

AZƏRTAC tibbi saytlara istinadla bildirir ki, brokkolinin tərkibində qlükozinat adlı fitokimyəvi maddə var. Bu maddə orqanizmdə sulforafanlar yaratmağa kömək edir. Tədqiqatlara görə, sulforafanların orqanizmdə xərçəngin inkişafını dayandırmaq və qarşısını almaq kimi möcüzəvi təsiri var. Sulforafanlar xərçəng hüceyrələrinin aktivləşməsini azaldır, istehsal olunan kimyəvi maddələri bədəndən təmizləyir. Xüsusilə süd vəzi xərçəngi, bağırsaq və prostat xərçəngində daha çox təsirlidir.

Brokkoli zəhərli maddələrin bədəndən ifraz olunmasında mühüm rol oynayır. Onun tərkibindəki fitokimyəvi maddələr qaraciyərdəki toksinlərin xaric olmasına kömək edir.

Brokkoli antioksidant və iltihab əleyhinə xüsusiyyətləri ilə insan orqanizmi üçün olduqca faydalı tərəvəzdir. Ürək-damar xəstəliklərinin qarşısını alır və xəstəliyin səbəb olduğu problemləri aradan qaldırır. Kalium və natrium tərkibli brokkoli qan təzyiqinin tənzimlənməsinə kömək edir. Tərkibindəki yüksək lif səbəbindən xolesterolu və şəkər xəstəliyindən əziyyət çəkənlərin qan şəkərini aşağı salır.

Brokkolidə olan sulforafan sinir sistemindəki hüceyrələrə qoruyucu təsir göstərir. Sinir hüceyrələrini oksidləşdirici stres və iltihabdan qoruyur. Altsheymer və Parkinson xəstəliklərinin əsasını qoyan mexanizmlərin inkişafını zəiflədir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video