15 Yanvar 2022 00:33
256
Elm və texnika
A- A+

Bir toxunuşla rəngi dəyişən avtomobil

 

Almaniyanın “BMW” şirkəti “CES 2022” sərgisində avtomobilin rəngini butona basmaqla dəyişə bilən texnologiyanı təqdim edib.

Bu prosesdə “E Ink” adlanan elektron mürəkkəbdən istifadə olunur. İndiyədək həmin mürəkkəb elektron kitabların çapında tətbiq edilirdi.

Elektron mürəkkəbdən “E Ink Prism”  adlı mikrokapsullardan ibarət elektroforetik örtük layı hazırlanıb. Hər bir kapsulda mənfi yüklənmiş ağ və müsbət qara elementlər mövcuddur. Seçimdən asılı olaraq elektrik sahəsi kapsulların üzərlərində ağ və qara elementlərin yığılmasına imkan verir. Nəticədə avtomobil seçilən rəngə boyanır. Seçim üçün hələlik üç rəng var - ağ, qara və boz.

Şirkətin təmsilçiləri bildiriblər ki, sözügedən texnologiyanın kütləvi istehsala başlaması önümüzdəki illər üçün nəzərdə tutulur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video