30 Avqust 2022 00:49
604
Oxucu məktubları
A- A+

Bir kilometr yola çınqıl tökən tapılmır

 

Hörmətli redaksiya!
Biz - Hökməli qəsəbəsi Natəvan küçəsində yaşayan bir qrup sakin məcburiyyət qarşısında qalıb sizə müraciət etmək qərarına gəldik. Səbəb də budur ki, biz qəsəbənin AZELKO MMC-nin yaxınlığından keçən yolla Qobu yolunu birləşdirən yolun yaxınlığında yaşayırıq. Bu ərazi isə  bərbad vəziyyətdədir, xüsusən də yollar. Yağış yağanda palçıq küçələrdən nəinki maşınla, heç piyada da keçmək mümkün deyil. Çirkli suların axıdılması üçün hətta adi kanal belə qazılmayıb. Bəzi sakinlər çirkli suları birbaşa yola axıdırlar ki, bu da müxtəlif yoluxucu xəstəliklərin yayılmasına səbəb olur. Uşaqlar məktəbə getməkdə də çətinlik çəkirlər. Hətta yolsuzluq üzündən təcili yardım maşınlarını saatlarla gözləməli oluruq. Əgər taksi xidmətindən istifadə etməli olsaq, yolumuzu görən sürücülər bizə xidmət etməkdən imtina edirlər.
Hörmətli redaksiya!
Bütün bunlar barədə dəfələrlə Hökməli kənd bələdiyyəsinə, Abşeron Rayon İcra Hakimiyyətinə yazılı və şifahi müraciət etsək də, şikayətimiz baxılmamış qalıb. Ümidimiz hər yerdən kəsildiyi üçün sizdən acizanə xahiş edirik ki, cəmi bir kilometrlik yola çınqıl döşənməsi və yol kənarında çirkli suların axıdılması üçün adicə bir kanalın qazılmasında bizə kömək edib, səsimizi yuxarılara çatdırasınız.
Sizə böyük inam və hörmət hissi ilə Hökməli qəsəbəsi Natəvan küçəsinin sakinləri:

Qurbanov Hüseyn İslam oğlu, Hüseynov Aydın Rəşid oğlu, 
Yunusova Vüsalə Əhməd qızı, Əhmədov Qara Babək oğlu, 
Axundov Ramiz Qardaşxan oğlu.
Cəmi 22 nəfər.
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video