Bir ildə 6 görüş
2018-ci ilAzərbaycan-Rusiya əlaqələrinin inkişafı baxımından əlamətdar dövrdür
AzərbaycanlaRusiya arasında əlaqələr son dövrlərdə daha da möhkəmlənən dövlətlərarası münasibətlərə,dostluğa, mehriban qonşuluğa əsaslanır. Bugün iki ölkə arasında əlaqələr artıq strateji səviyyəyə yüksəlib. Münasibətlər beynəlxalqəməkdaşlıqdan tutmuş iqtisadi və hərbi sahələrə qədər geniş spektri əhatə edir,müxtəlif sahələrdə yüzdən artıq sənəd imzalanıb. Mübaliğəsiz demək olar ki, Azərbaycan-Rusiyamünasibətləri dinamik yüksəliş mərhələsindədir. İki ölkə ictimai-siyasi, ticari-iqtisadivə humanitar sahələrdə sıx əməkdaşlıq edir. Rusiyanın subyektləri ilə Azərbaycanınregionlararası əlaqələri səmərəli və dinamik inkişaf yolundadır.
Strateji səviyyəyəyüksələn əlaqələr
Başa çatmaqdaolan 2018-ci ili Azərbaycan-Rusiya münasibətlərinin inkişafı baxımından uğurlu mərhələhesab etmək olar. Çünki bu il Azərbaycan və Rusiya prezidentlərinin qarşılıqlı səfərlərivə ümumilikdə il ərzində 6 dəfə görüşmələri iki ölkə arasında bərabərhüquqlu vəqarşılıqlı faydalı əməkdaşlığın daha da genişlənməsinə güclü təkan verib. Bu səfərlərvə görüşlər çərçivəsində ikitərəfli əlaqələrin perspektivləri müzakirə edilib, beynəlxalqvə regional məsələlərə dair fikir mübadiləsi aparılıb. Ən əsası, səfərlərin hərbiri münasibətlərin strateji və dostluq xarakterini, iki ölkənin dost və tərəfdaşolduğunu təsdiqləyib.
Xatırladaqki, Azərbaycan və Rusiya prezidentləri bu il 6 dəfə görüşüblər. Prezident İlhamƏliyev bu il 3 dəfə Rusiyaya səfər edib. Dövlət başçısı bu ilin iyun və dekabr aylarındaRusiyaya işgüzar, sentyabr ayında isə rəsmi səfər edib. İyun ayında səfər zamanıPrezident İlham Əliyev futbol üzrə dünya çempionatının açılış mərasimini izləyib,dekabr ayında isə Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarınınqeyri-rəsmi zirvə görüşündə iştirak edib. Təbii ki, rəsmi səfərlə yanaşı, işgüzarsəfərlər zamanı iki ölkənin prezidentləri arasında keçirilən görüşlərin hər biriAzərbaycan-Rusiya əlaqələrinin inkişafına təkan verib. Dövlət başçıları avqustun12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvətoplantısında bir araya gəliblər. Sentyabr ayında isə Bakıda IX Azərbaycan-RusiyaRegionlararası Forumu keçirilib. Forumun açılışında iştirak etmək üçün Rusiya PrezidentiAzərbaycana səfər edib. Sentyabrın sonlarında isə prezidentlər İlham Əliyev və VladimirPutin Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclasında iştirak ediblər.
Dekabrın 13-də Rusiyanın xarici işlər naziri SergeyLavrovu qəbul edən Prezident İlham Əliyev 2018-ci ili əlaqələrin inkişafında məhsuldaril adlandırıb: "Deməliyəm ki, 2018-ci il münasibətlərimizin inkişafı baxımındançox məhsuldar il olub. Yüksək səviyyədə xeyli görüşlər, o cümlədən mənim Rusiyayasentyabrın əvvəlində rəsmi səfərim və Rusiya Prezidenti Vladimir Vladimiroviç Putininsentyabrın sonlarında Azərbaycana səfəri olub. Bu səfərlər çərçivəsində biz qarşılıqlıfəaliyyətimizin çox mühüm məsələlərini müzakirə etmişik, gələcək əməkdaşlıq yollarınımüəyyənləşdirmişik. Həm də əminəm ki, uğurla həyata keçiriləcək çoxlu sayda sənədimzalanıb. Bu, bizim münasibətlərimizə əlavə dinamika verəcək”.
Onu da xatırladaqki, dekabrın 12-də NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrottiilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında növbətigörüş dekabrın 12-də Bakıda keçirildi. Bundan əvvəl də bu iki general arasında görüşaprel ayında Bakıda baş tutmuşdu. Belə bir mühüm görüşün Bakıda keçirilməsi də AzərbaycanlaRusiya arasındakı yüksək siyasi etimadın göstəricisidir.
Əməkdaşlıqçoxşaxəlidir
Azərbaycanvə Rusiya prezidentlərinin qarşılıqlı rəsmi və işgüzar səfərlərinin müsbət nəticələriözünü təkcə siyasi sferada göstərmir. Belə ki, isti siyasi münasibətlərdən qaynaqlananəməkdaşlıq telləri beynəlxalq tərəfdaşlıqdan tutmuş iqtisadi və hərbi sahələrə qədərgeniş spektri əhatə edir. Ölkələr arasında indiyədək 200-ə yaxın sənəd imzalanıb.Yaradılmış möhkəm müqavilə-hüquqi baza iqtisadiyyat, ticarət, kənd təsərrüfatı,yanacaq-energetika, elm və təhsil, mədəniyyət, idman və digər sahələrdə əlaqələringenişləndirilməsinə imkan verir.
Son 5 il ərzindəAzərbaycan və Rusiya arasında 50-yə yaxın biznes forumu və işgüzar görüşlər keçirilib.Bütün bunlar nəticə etibarilə iqtisadi əlaqələrin inkişafına təkan verib. Təsadüfideyil ki, təkcə 2017-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi2,627 milyard dollar olub. Bu il isə ticarət dövriyyəsinin daha çox olacağı gözlənilir.Azərbaycan bazarında təxminən 700 birgə müəssisə fəaliyyət göstərir. Rusiya-Azərbaycanİşgüzar Şurası təkcə ötən il ümumi dəyəri 450 milyon dollar olan 42 birgə layihəyədəstək göstərib.
İki dövlətarasında regionlararası əməkdaşlıq da getdikcə dərinləşir. Hazırda Rusiyanın78 subyekti Azərbaycanla iqtisadi əlaqələrsaxlayır. Həm də onlardan 17-si ticari-iqtisadi və elmi-texniki əməkdaşlıq barədəçərçivə sazişləri bağlayıb.
Mədəni vəhumanitar sahələrdə Rusiya ilə Azərbaycan arasında münasibətlər xüsusilə təqdirəlayiqdir. Hazırda 11 minə yaxınazərbaycanlı tələbə Rusiyada təhsil alır. Onlardan minə yaxını Rusiya büdcəsi hesabınaoxuyur. Hər il Azərbaycan vətəndaşlarına 200-dən çox təqaüd verilir. 2010-cu ildənBakıda Lomonosov adına Moskva Dövlət Universitetinin, 2015-ci ildən isə İ.M.Seçenovadına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları fəaliyyət göstərir.
Humanitarəməkdaşlığa gəldikdə, onu da qeyd etmək lazımdır ki, Azərbaycan və Rusiya prezidentlərinintəşəbbüsü ilə keçirilən Bakı Beynəlxalq Humanitar Forumu artıq bütün dünyada aktualproblemlərin, müasir cəmiyyətlərin inkişaf məsələlərinin müzakirə olunduğu qlobalplatforma kimi tanınır.
Təbii ki,Azərbaycanın Rusiyadan gözlədiyi ən vacib siyasi addım bu ölkənin Dağlıq Qarabağprobleminin ədalətli həllinə yardım göstərməsidir. Ona görə iki ölkənin rəhbərliyiarasında Dağlıq Qarabağ mövzusunda aparılan danışıqların məzmunu Azərbaycan ictimaiyyətindəmaraqla izlənilir. Prezident İlham Əliyevin Rusiyaya rəsmi səfəri zamanı qeyd etdiyikimi, müzakirə edilən məsələlər arasında ilk növbədə uzun müddət davam edən və Azərbaycanxalqının böyük iztirablarına gətirib çıxarmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağmünaqişəsinin nizamlanması məsələsi mühüm yer tutur. Rusiya münaqişənin nizamlanmasıilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədri kimi tənzimləmə işində mühüm roloynayır.
AzərbaycanRusiyanın Cənubi Qafqazda ən mühüm siyasi-iqtisadi tərəfdaşıdır. Prezidentlərinil ərzində 6 dəfə görüşməsi və qarşılıqlı səfərlər zamanı əldə olunan razılaşmalarbunları təsdiq edir. Ən əsası, münasibətlər açıq və səmimi xarakter daşıyır və ikiölkə arasında hərtərəfli əməkdaşlığa dair konsensus mövcuddur.
Rəşad CƏFƏRLİ,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ankaranın Atakule qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
28 May
Türkiyə Prezidenti “TEKNOFEST Azərbaycan” festivalı ilə bağlı paylaşımlar edib
28 May
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana işgüzar səfəri başa çatıb
28 May
Mayın 28-də Azərbaycanda COVID-19 əleyhinə 2 min 597 doza vaksin vurulub
28 May
Hyustonda 28 May “Azərbaycanın Müstəqillik Günü” elan edilib
28 May
Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 11 yoluxma faktı qeydə alınıb
28 May
Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri ilə bağlı paylaşım edib
28 May
Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın görüşü olub
28 May
Vaşinqton meri 28 May – Müstəqillik Günü ilə bağlı Bəyannamə imzalayıb
28 May
Pakistan İslam Respublikasının Prezidenti Arif Alvidən
28 May
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
İlham Əliyevin Qafqazda uğurlu sülh modeli

Regionun inkişaf təminatçıları

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəriAzərbaycan və Türkiyə prezidentləri R...

Milli Məclisin plenar iclasında 20 məsələyə baxılıb

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışı olub...

Tarixin, liderliyin və xilaskarlığın HEYDƏR ƏLİYEV zirvəsi

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!