26 Iyun 2022 02:18
233
Səhiyyə

Bir çox xəstəliklərin dərmanı

 

PP, C, D, B1, B2, B6 vitaminləri, dəmir, mis, sink, kalium, fosfor, kalsium duzları və fol turşusu ilə zəngin olan qarpız bütün bu vitamin və mikroelement bazası sayəsində qaraciyərdə mübadilə prosesini stimullaşdırır, ödün tərkibini yaxşılaşdırır, öd kisəsi və kanalda daşların əmələ gəlməsinin qarşısını alır. Tərkibindəki xeyli miqdarda fol turşusuna görə qan azlığı və dəmir defisitli anemiya zamanı tövsiyə olunur.

Qarpız likopin (antioksidləşdirici maddə) sayəsində qida borusu, prostat, mədə, süd vəziləri, mədəaltı vəz və digər xərçəng növləri ilə savaşır.

Qarpız güclü sidikqovucu vasitədir. Buna səbəb kalium duzlarıdır ki, bu həmçinin böyrəkdən, sidik kisəsi və sidik axarından daşların çıxarılmasına və parçalanmasına,  həmçinin sistitin müalicəsinə kömək edir. Zəhərlənmə prosesində bağırsaqlarda yaranan toksinləri özünə hopduraraq bağırsaq mikroflorasını yaxşılaşdırır.

Bu giləmeyvədən həmçinin pektin əldə olunur. Pektin  isə orqanizmdən toksik maddələrin, duzların və ağır metalların çıxarılmasında istifadə olunur. Buna görə də qarpız cərrahi əməliyyatlardan sonra xəstələrə məsləhət görülür. Xüsusilə narkoz altında keçirilən əməliyyatlardan sonra istifadə edilir.

Qeyd edək ki, qarpız yalnız mövsümündə yeyildikdə xeyirlidir.

 

Yasəmən MUSAYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video