BİLDİRİŞ
"Bakı Şəhər Əsaslı Tikinti vəTəmir" MMC tərəfindən Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Mərkəzi Nəbatat Bağının abadlaşdırılması işlərinin satın alınması üçün elan edilmiş tenderdə şərtlər toplusunun dəyişdirilməsi və sənədlərin təqdim olunma müddətinin uzadılması ilə əlaqədar aşağıda qeyd olunan dəyişikliklər edilmişdir:
- Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması oxşar parkın əsaslı təmiri işini əhatə edən (oxşarlıq layihə və texniki spesifikasiyalarda təsvir edilən fiziki ölçüyə, mürəkkəbliyə, metodlara, texnologiyaya və digər xüsusiyyətlərə əsaslanmalıdır) ən azı bir sifarişi baş podratçı kimi qənaətbəxş şəkildə icra etməsi haqda məlumat və təsdiqedici sənədlər (müqavilə, işlərin təhvil aktları təqdim edilməklə);
- iddiaçının tamet işləri, mərmər işləri, ən azı 1 ədəd müasir standartlara cavab verən fəvvarə və göl tikintisində təcrübəsi olmalı və digər məlumatları özündə əks etdirən təsdiqedici sənədlər təqdim edilməlidir.
Tender iştirakçıları tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 20.07.2022-ci il saat 11:00 tarixdən 03.08.2022-ci il saat 11:00 tarixə, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 28.07.2022-ci il saat 17:00 tarixdən 11.08.2022-ci il saat 17:00 tarixə, zərflərin açılış tarixi isə 29.07.2022-ci il saat 11:00 tarixdən 12.08.2022-ci il saat 11:00 tarixədək uzadılmışdır.
Tender komissiyası
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb
19 Aprel
Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar
19 Aprel
TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək
19 Aprel
NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək
19 Aprel
Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub
19 Aprel
Avropa Liqasının bütün yarımfinalçıları bəlli olub
19 Aprel
Fotoları canlandıran yeni süni zəka modeli təqdim edilib
19 Aprel
ABŞ Fələstinlə bağlı qətnaməni blokladı
19 Aprel
Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə ...
19 Aprel
Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb
19 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!