26 Yanvar 2025 08:05
251
SİYASƏT
A- A+
Beynəlxalq şirkətlərin Azərbaycana marağı daha da artır

Beynəlxalq şirkətlərin Azərbaycana marağı daha da artır


Prezidentin Davos Forumu çərçivəsində keçirdiyi görüşlər bu prosesin sürətlənməsinə müsbət impuls verəcək


"Azərbaycanın fəal iştirak etdiyi önəmli beynəlxalq platformalardan biri də ənənəvi olaraq hər il Davosda keçirilən Dünya İqtisadi Forumudur. 1974-cü ildən bu yana demək olar ki, hər il keçirilən Dünya İqtisadi Forumu bu il "Ağıllı əsr üçün əməkdaşlıq" devizi altında təşkil olunub". 

Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib. O bildirib ki, Prezident İlham Əliyev hər dəfə Davos Forumu kimi nüfuzlu platformadan istifadə edərək Azərbaycan həqiqətlərini, habelə ölkəmizin təşəbbüsü ilə həyata keçirilən mühüm regional nəqliyyat və enerji layihələrinin önəmini dünya ictimaiyyətinin diqqətinə çatdırır. Dövlət başçısı bu dəfə də forum çərçivəsində müxtəlif görüşlər keçirərək nəzərdə tutulan qlobal layihələrdən bəhs edib, həmçinin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş kimi Azərbaycanın mühüm rolunu diqqət mərkəzində saxlayıb.

Deputat qeyd edib ki, budəfəki forumda beş əsas istiqamət üzrə müzakirələr təşkil olunub: "Bu müzakirələrə inkişafın yenidən dizayn edilməsi, intellektual əsrdə sənayelər, insan kapitalına investisiya, planetin mühafizəsi və etimadın bərpası mövzuları daxildir. Forum çərçivəsində təşkil olunan sessiyalarda qlobal təhlükəsizlik, ticarət, iqtisadi artım, iş yerləri ilə, iqlim və təbiətlə bağlı fəaliyyətlər, enerji keçidi, texnoloji pozulmalar, sağlamlıq və rifah üzrə məsələlər müzakirə edilib. Tədbirin başlıca məqsədi kollektiv fəaliyyət azadlığını bərpa etmək və liderlər arasında şəffaflıq, ardıcıllıq və hesabatlılıq kimi əsas prinsipləri gücləndirməkdir".

Forumda Azərbaycana marağın yüksək olduğunu deməyə ciddi əsaslar olduğunu deyən deputat bildirib ki, Azərbaycanın Davosda iştirak etdiyi son tədbirdən bəri regionda vəziyyət tamamilə dəyişib, ölkəmiz yeni reallıqlar yaradıb. Azərbaycanın Vətən müharibəsində qələbəsindən, eləcə də suverenliyini tam bərpa etdikdən sonra bölgədə geniş əməkdaşlıq imkanları formalaşıb. Ölkəmizdə əlverişli investisiya mühiti yaranıb. Azad edilmiş ərazilərimizdə sərmayələrin yatırılması üçün böyük potensial var. Ona görə də əminliklə söyləmək olar ki, bu dəfə beynəlxalq şirkətlərin Azərbaycana marağı daha böyük olacaq. 

Deputat xatırladıb ki, Prezident İlham Əliyev Forum çərçivəsində bir sıra ölkə rəhbərləri ilə yanaşı, dünyada tanınmış bəzi şirkətlərin rəhbərləri ilə də görüşlər keçirib, əməkdaşlığa dair müzakirələr aparılıb. İqtisadi xarakter daşımasına baxmayaraq, Davos Forumu dünya siyasətinə, beynəlxalq münasibətlərə də ciddi təsirə malikdir. "Forum iqtisadi güc mərkəzlərinin bir-biri ilə dialoqu və dünya ictimaiyyətinə hesabat xarakteri daşıyır. Qlobal iqtisadi böhranın, milyonlarla insanın yaşayışına, ayrı-ayrı dövlətlərin iqtisadiyyatına təsir edən siyasi münaqişələrin davam etdiyi, ərzaq çatışmazlığı probleminin mövcud olduğu indiki dövrdə Davos Forumu ümumdünya məsələlərinin müzakirəsində və vacib qərarların qəbulunda əlverişli platforma deməkdir. Forum dünyanın iqtisadi coğrafiyasında yeni təşəbbüskarlığa, o cümlədən, enerji-nəqliyyat layihələrinin gerçəkləşməsinə siyasi dəstəyi də ifadə edir. Bu baxımdan Azərbaycanın liderliyi ilə regionda reallaşan enerji-nəqliyyat, bərpaolunan enerji layihələri qlobal iqtisadiyyata yeni istiqamətlər vermək baxımından mühüm əhəmiyyət kəsb edir", - deyə o əlavə edib. 

P.Kərimzadə vurğulayıb ki, 55-ci Davos Forumu Azərbaycan üçün olduqca məhsuldar və səmərəli keçib. Prezident İlham Əliyevin Davosda qarşı tərəflərin müraciəti əsasında Almaniya Kansleri Olaf Şolts, İsrailin Prezidenti İsxak Hersoq, Latviya Prezidenti Edqars Rinkeviçs, İraq rəhbəri Camal Rəşid, Ukrayna Prezidenti Volodimir Zelenski və digər şəxslərlə keçirdiyi görüşlərdə Azərbaycan ilə həmin ölkələr arasında iqtisadi, ticari, mədəni, humanitar əlaqələrin inkişaf etdirilməsi barədə geniş fikir mübadiləsi aparılıb. Biznes dairələrinin qarşılıqlı səfərlərinin təşkilinin, onlar arasında birbaşa təmasların yaradılmasının vacibliyi qeyd olunub. Dövlət başçısının dünyanın nəhəng investisiya və maliyyə şirkətlərinin rəhbərləri ilə də görüşləri səmərəli olub. Onların sırasında "The Goldman Sachs Group İnc." şirkətinin qlobal məsələlər üzrə prezidenti Cared Kohen ilə görüş xüsusi vurğulanmalıdır. Görüşdə Azərbaycan ilə "The Goldman Sachs Group Inc." şirkəti və digər təşkilatlar arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Bütün bunlar Azərbaycan Prezidentinin dünyada yüksək nüfuzundan xəbər verir.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan güləşçiləri reytinq turnirində daha 2 medal qazanıblar

23:38
08 Fevral

Qəbələ festivalında Bakı Xoreoqrafiya Akademiyasının konsert proqramı maraqla qarşılanıb  

22:58
08 Fevral

Fransada təxribat: Atatürkün bu ölkədəki tək büstü oğurlanıb  

22:56
08 Fevral

Heydər Əliyev Fondu nüfuzlu beynəlxalq mükafata layiq görülüb

22:50
08 Fevral

FIFA azərbaycanlı futbolçunun şikayətini təmin edib, Türkiyə klubu təzminat ödəyəcək

22:47
08 Fevral

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib 

22:45
08 Fevral

BƏƏ Dünya Hökumətlər Sammitinə ev sahibliyinə hazırlaşır  

22:24
08 Fevral

Dmitri Sitkovetski: Azərbaycanda özümü evimdəki kimi hiss edirəm  

22:23
08 Fevral

Bu gündən Mingəçevir-Şuşa və əks istiqamətdə avtobus reysi fəaliyyətə başlayıb

22:21
08 Fevral

Şuşa-Ağdərə-Kəlbəcər rayonlarının ərazisini əhatə edən yeni milli park yaradılacaq  

21:30
08 Fevral

Çexiyalı siyasətçi: Aİ tənqidi mövqeləri boğur, fərqli baxışları nifrətlə mübarizə adı altında məhdudlaşdırır  

19:53
08 Fevral

Fərhad Bədəlbəyli: Bu soyuq qış günlərində musiqisevərlərə isti, xoş ovqat bəxş edəcəyik  

19:31
08 Fevral

ABŞ İsrailə 7,41 milyard dollar dəyərində hərbi məhsulların satışına icazə verib  

19:08
08 Fevral

Fransanın dörd qeyri-şəffaf həbsxanasında 9 mindən çox miqrant qanunsuz saxlanılıb  

19:02
08 Fevral

“Vergi və hesabatlılıq” işçi qrupunun növbəti iclası keçirilib

18:39
08 Fevral

Qazaxıstanda “Divanü lüğat-it-türk” Beynəlxalq sərgisi açılıb

18:03
08 Fevral

Astanada türk xalqlarının musiqi konserti - “TAMYR” keçirilib

17:57
08 Fevral

Türkiyə ordusu Suriyanın şimalında 13 terrorçunu məhv edib

15:26
08 Fevral

Şolts: ABŞ tariflər tətbiq edərsə, Avropa Komissiyası cavab verəcək

15:25
08 Fevral

Üç girov azad edilərək İsrail hərbçilərinə verilib

15:23
08 Fevral

Şalva Papuaşvili: Aİ-nin ATƏT/DTİHB-nin qanunlarla bağlı gələcək hesabatlarını nəzərə almağa çağırması ikiüzlülükdür  

15:22
08 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!