Beynəlxalq Qızıl Xaç Komitəsi ilə Azərbaycan arasında postmüharibə dövründə humanitar əməkdaşlıq müzakirə edilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin səlahiyyətləri başa çatmaqda olan rəhbəri Arian Bauer və nümayəndəliyin yeni rəhbəri Draqana Kojiç ilə görüşüb.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, qonaqları salamlayan Bahar Muradova Beynəlxalq Qızıl Xaç Komitəsi ilə işgüzar və faydalı zəmində qurulan əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdıraraq, birgə keçirilən layihələrin önəmini vurğulayıb.
O, təşkilatın fəaliyyətinin bütün insanları narahat edən məsələlərə, həmçinin çətin vəziyyətdə olan ailələrin problemlərinin həll olunmasına yönəldiyini bildirərək, keçirilən tədbirlərin bu qrupdan olan insanların həyat şəraitinin yüngülləşməsinə xidmət etdiyini və Komitənin də bu prosesə cəlb olunmasının qürurverici olduğunu qeyd edib.
Ermənistan-Azərbaycan münaqişəsi məsələsinə toxunan B.Muradova işğaldan azad edilən ərazilərdə kütləvi məzarlıqların olduğunu diqqətə çatdırıb. O, həmçinin müharibə nəticəsində əsir və ya girov götürülmüş insanların tapılması, geri qaytarılması, onların ailələri ilə müvafiq işlərin aparılması, zərər çəkmiş qadın və uşaqların hüquqlarının müdafiəsi istiqamətində görülən işlər haqqında məlumatları diqqətə çatdıraraq, bu prosesdə Qızıl Xaç Komitəsinin iştirakını və davamlı cəhdlərini yüksək qiymətləndirib. Komitə sədri həm ölkə daxilində, həm də ölkədən kənarda yaşayan hər bir Azərbaycan vətəndaşının həyatının hər şeydən önəmli olduğunu vurğulayaraq, bu istiqamətdə dövlət tərəfindən atılan addımları diqqətə çatdırıb.
Bahar Muradova BQXK-nın Azərbaycan Nümayəndəliyinin sabiq rəhbərinin səmərəli fəaliyyətindən məmnunluğunu ifadə edib, ona yeni təyinat yerində uğurlar arzulayıb, həmçinin təşkilatın rəhbəri Dragana Kojiçə yeni vəzifəsində nailiyyətlər arzulayıb.
Arian Bauer Azərbaycanı xoş xatirələrlə tərk edəcəyini bildirərək, təşkilata yeni təyin olunmuş Draqana Kojiçin daha öncəki fəaliyyəti haqqında məlumatı diqqətə çatdırıb və qarşıdakı missiyanın öhdəsindən layiqincə gələcəyinə, qurulmuş ikitərəfli münasibətlərin daha da möhkəmlənəcəyinə inamını ifadə edib. O, təşkilatın Azərbaycanda reallaşdırdığı layihələrdən söhbət açaraq, BQXK-nın Azərbaycanla bağlı ötən dövr ərzində genişmiqyaslı layihələrinin Dövlət Komitəsi ilə fəal əməkdaşlıq müstəvisində uğurla icra olunduğunu diqqətə çatdırıb.
BQXK-nın Azərbaycan Respublikasındakı Nümayəndəliyinə təyin olunmuş yeni rəhbər Draqana Kojiç əməkdaşlığın bundan sonra da müvəffəqiyyətlə davam etməsi üçün bütün səylərini artıracağını deyib.
Görüşdə, həmçinin BQXK ilə Azərbaycan hökuməti arasında qarşılıqlı əlaqələr, perspektiv məsələlər və postmüharibə dövründə humanitar əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 36 yoluxma faktı qeydə alınıb
29 Iyun
Azərbaycan Prezidenti İlham Əliyev Aşqabadda Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görü...
29 Iyun
Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı keçirilib Azərbaycan Prezi...
29 Iyun
Mütəxəssis: Uşaqlarda yemək tərbiyəsini formalaşdırmaq lazımdır
29 Iyun
Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berd...
29 Iyun
İran Prezidenti İbrahim Rəisi: Xəzər dənizi sahilyanı ölkələrin ümumi irsidir
29 Iyun
Səfir: Avropa İttifaqı su ehtiyatlarının idarə olunması sahəsində Azərbaycanın ən önəmli tərəfdaşlar...
29 Iyun
Rusiyanın ikinci ən varlı iş adamına Böyük Britaniya hökuməti tərəfindən sanksiya tətbiq edilib...
29 Iyun
Səfirlik David Babayanın Rusiyaya səfəri ilə bağlı xəbərlərə aydınlıq gətirib
29 Iyun
Leyla Abdullayeva Ermənistan Baş Qərargah rəisinin müavininin açıqlamasını şərh edib
29 Iyun
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!