27 Noyabr 2022 01:32
594
Oxucu məktubları
A- A+

Bərbad vəziyyətdə olan yola görə kəndimizə avtobus da işləmir

 

Kəndimiz rayon mərkəzindən o qədər də uzaqda deyil. Lakin sakinlər min bir əziyyət çəkirlər. Səbəb yolumuzun bərbad vəziyyətdə olmasıdır. Yayda tozdan, qışda isə palçıqdan tərpənə bilmirik. 
Son vaxtlar uzunluğu 4 kilometr olan yol elə vəziyyətə düşmüşdür ki, hətta kəndə taksi maşınları da gəlmək istəmir. Buna baxmayaraq, 2300 nəfərin yaşadığı kəndin yol problemini həll edən tapılmır. Dəfələrlə əlaqədar təşkilatlara müraciət etsək də, dərdimizə əlac edən yoxdur. 
Mən 50 ildir bu kənddə yaşayıram. Gözümü açandan yolumuzu belə görmüşəm. Həmişə də ümid etmişik ki, nə vaxtsa bizim yol da abadlaşar. Lakin ümidlərimiz boşa çıxıb.
Hörmətli redaksiya! Kənd sakinləri adından xahiş edirəm, bu işdə bizə kömək göstərəsiniz, əlaqədar təşkilatları hərəkətə gətirəsiniz.

Gülçöhrə NƏSİBOVA,
Göygöl rayonunun Mollacəlilli kənd sakini 
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video