04 Dekabr 2024 18:40
264
DÜNYA
A- A+
Bayden köçkün afrikalılar üçün 1 milyard dollar yardım elan etdi

Bayden köçkün afrikalılar üçün 1 milyard dollar yardım elan etdi

ABŞ tarixi quraqlıqdan didərgin düşmüş afrikalılara 1 milyard dollardan çox humanitar yardım göstərəcək. Bunu ABŞ prezidenti Co Bayden Anqolanın paytaxtı Luandadakı köləlik muzeyini ziyarət etdikdən sonra deyib.

Ağ Evin rəhbəri qeyd edib ki, prezidentliyi dövründə o, Afrika qitəsi ilə ümumi ideallara nail olmağa yönəlmiş güclü tərəfdaşlığa can atıb.

"Əsas məsələ ABŞ-nin Afrika üçün nə edə biləcəyi deyil, bizim Afrika xalqı ilə birlikdə nə edə biləcəyimizdir" - Bayden deyib.

Prezident qeyd edib ki, Afrika liderləri yardım yox, investisiya axtarırlar və bu baxımdan ABŞ Afrika ölkələri ilə əlaqələri genişləndirib.

Dövlət başçısı Anqola Prezidenti Joao Lourensunu regiondakı münaqişələrin həllində vasitəçi olmağa çağırıb və Ukraynadakı münaqişəyə qarşı çıxdığına görə təşəkkür edib.

Bayden üçgünlük səfər üçün dekabrın 3-də Anqolaya gəlib. O, Anqolaya səfər edən ilk ABŞ prezidenti olub.

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xüsusi hərbi ixtisaslar üzrə vətəndaşların hazırlığını keçirən təhsil müəssisələrinin yeni siyahısı təsdiqlənib  

12:48
14 Yanvar

“Neftçi” fransalı futbolçu ilə vidalaşıb

12:47
14 Yanvar

Bələdiyyə seçkilərində polisin xidməti fəaliyyətinə həsr olunan regional seminar-müşavirələrə başlanılıb 

12:45
14 Yanvar

Səhiyyə Nazirliyi plastik cərrahlara müraciət edib

12:33
14 Yanvar

Baş prokuror: Qarabağ və Şərqi Zəngəzurun yenidən bərpa edilməsi ölkəmizin iqtisadi qüdrətinin göstəricisidir  

12:05
14 Yanvar

Ceyhun Kərəmov: Ağdam, Qubadlı və Zəngilanda peşə təhsili müəssisələrinin layihələndirilməsi ilin ortasında tamamlanacaq  

12:03
14 Yanvar

Gəncə hava limanına yönləndirilən sərnişinlər üçün ehtiyat uçuş heyəti göndərilib - YENİLƏNİB

12:02
14 Yanvar

Bakıda gənc hüquqşünaslar üçün “Lex Camp” düşərgəsinin açılışı olub

12:01
14 Yanvar

Ceyhun Kərəmov: Peşə təhsili iqtisadiyyat üçün ixtisaslı kadrların hazırlanmasına yönəlib

11:25
14 Yanvar

Qazaxıstan polisi girovların azad edilməsi əməliyyatı keçirib

10:47
14 Yanvar

Prezident İlham Əliyev Əbu-Dabi Dayanıqlılıq Həftəsinin açılış mərasimində iştirak edir YENİLƏNƏCƏK  

10:41
14 Yanvar

Azərbaycan neftinin qiyməti 84 dolları ötüb

10:26
14 Yanvar

DİN: Ötən gün 58 cinayətin üstünün açılması təmin olunub

10:23
14 Yanvar

Alimlər insanın qocalma prosesinin iki əsas mərhələsini müəyyən ediblər - TƏDQİQAT

09:39
14 Yanvar

Türkiyə iqtisadiyyatına 11 ayda 9,6 milyard dollar birbaşa investisiya qoyulub

09:35
14 Yanvar

Bayden: NATO indi hər zamankından daha güclüdür

09:34
14 Yanvar

Juninyonun həyat yoldaşı Azərbaycana və “Qarabağ” klubuna təşəkkür edib  

09:33
14 Yanvar

Görmə məhdudiyyəti olan uşaqların bayram sevinci

09:20
14 Yanvar

Yaxın gələcəkdə ölkəmiz həm də qoruqlar diyarına çevriləcək

09:15
14 Yanvar

Bərpaolunan enerji: Azərbaycan nümunə göstərir

09:10
14 Yanvar

Qərbi Azərbaycana qayıdış beynəlxalq hüququn tələbidir

09:05
14 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!