11 Dekabr 2024 17:34
269
CƏMİYYƏT
A- A+
Baş Prokurorluqda Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib  

Baş Prokurorluqda Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib  

Dekabrın 11-də Baş Prokurorluqda müstəqil və müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Baş Prokurorluğun rəhbərliyi Ümummilli Liderin büstünü ziyarət edib, önünə gül dəstələri qoyub.

Tədbirin açılışında Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.

Çıxış edən Baş prokuror Kamran Əliyev bildirib ki, Azərbaycanın qurucusu, dövlətçilik salnaməsinin banisi, Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının, dövlətinin tarixində və taleyində silinməz izlər buraxıb, ölkəmizin müstəqilliyini təmin edərək, xalqımıza böyük gələcək perspektivləri açıb: “Ulu Öndər Heydər Əliyev fəaliyyəti dövründə daim dərin hisslərlə bağlı olduğu vətəni Azərbaycanın, özünə dayaq bildiyi xalqının gələcəyi və rifahı naminə çalışıb. Onun siyasi fəaliyyətinin ən mühüm məqamlarından biri, Sovet İttifaqı dövründə yüksək vəzifələrdə olmasına baxmayaraq, Azərbaycan xalqının milli maraqlarını, tarixini və adət-ənənələrini qorumaq məqsədilə göstərdiyi mübarizə olub. 1969-cu ildə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində fəaliyyəti zamanı Heydər Əliyev ölkəmizin inkişaf tarixində yeni bir dövr başladıb və məhz onun rəhbərliyi ilə Azərbaycanın sosial-iqtisadi inkişafında müsbət dəyişikliklər olub, bütün bölgələrdə, o cümlədən Naxçıvanda böyük infrastruktur layihələri həyata keçirilib.

Ulu Öndər Heydər Əliyevin qətiyyəti və ağır əməyi sayəsində Sovetlər Birliyi dönəmində sosial-iqtisadi böhran keçirən Azərbaycan 1970-1980-ci illərdə İttifaqın ən qabaqcıl respublikalarından biri olub. Ümumilikdə 1969-1982-ci illərdə Ümummilli Liderin təşəbbüsü və ciddi səyləri nəticəsində ölkəmizdə yüzlərlə zavod, fabrik, istehsalat sahələri yaradılıb, 250-dən çox İttifaq miqyaslı sənaye müəssisələri fəaliyyətə başlayıb”.

Baş prokuror həmçinin vurğulayıb ki, həmin illərdə Ulu Öndərin fəaliyyəti nəticəsində xalqın milli mənlik şüurunun, mədəniyyətinin və dilinin inkişafına güclü təkan verən silsilə tədbirlərin icrası sayəsində milli oyanışın, eləcə də Azərbaycanın gələcək müstəqilliyinin təmininə yönələn milli mübarizə ruhunun əsası qoyulub: “Ümummilli Lider Heydər Əliyev dahi siyasətçi olmaqla yanaşı, uzaqgörən və müdrik dövlət rəhbəri idi. Vaxtilə onun tərəfindən atılan addımlar bəzi bədxahlar tərəfindən qəbul edilməsə də və bu tədbirlərin əsl mahiyyətinin təhrif edilməsinə cəhdlər edilsə də, zaman bütün həqiqətləri ortaya çıxarıb. Atılan hər bir addımın, o dönəmdə verilən hər bir qərarın məhz Azərbaycan xalqının mənafeyinə xidmət etməsini sübut edib.

Belə ki, torpaqlarının 20 faizi işğal altında olan Azərbaycanla Ermənistan arasında atəşkəsə nail olmaq məqsədi ilə 1994-cü il mayında imzalanan Bişkek protokolu həmin dövrdə birmənalı qarşılanmasa da, tarix sübut etdi ki, müəyyən məsələlərin həllində müsbət nəticənin əldə edilməsi üçün uzaqgörənlik və qətiyyətlə addım atılmalı və məsuliyyətə sahiblənmək lazımdır.

Ulu Öndərin simasında biz bu qətiyyətin və uzaqgörənliyin şahidi olduq. Artıq Azərbaycan dünya əhəmiyyətli tədbirlərə ev sahibliyi edən, regional və dünya siyasətində aparıcı mövqeyə malik, torpaqlarını öz qüvvəsi hesabına işğaldan azad etmiş qüdrətli bir dövlətdir”.

Tədbirdə Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi Aynur Osmanova “Heydər Əliyev: qanunvericiliyin inkişafında tarixi missiya” mövzusunda çıxış edib, Ümummilli Liderin xatirəsinə həsr olunan “Müstəqil Azərbaycanın böyük uğurlarında Heydər Əliyevin rolu” sənədli filmi nümayiş olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 aprel tarixli 60 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının pozulmasına görə fiziki və hüquqi şəxslər tərəfindən ödənilən cərimələrdən daxil olan vəsaitin təyinatı üzrə istifadə olunması Qaydası”nda dəyişiklik edilməsi barədə

01:22
25 Yanvar

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti struktur idarələri və gəmiləri üçün müxtəlif növ əlvan metalların satın alınması məqsədilə müsabiqə elan edir

01:20
25 Yanvar

Azercell abunəçilərinin nəzərinə

01:19
25 Yanvar

Küveytdə terrorizmi maliyyələşdirən 38 nəfərin vətəndaşlığı ləğv edilib  

23:52
24 Yanvar

Türkiyədə yaşayış binası çöküb, dağıntılar altında qalanlar var

22:47
24 Yanvar

“Kəpəz” yeni futbolçu transfer edib

21:45
24 Yanvar

“Meta” bu il süni intellekt sahəsinə 60-65 milyard dollar sərmayə qoyacaq

21:01
24 Yanvar

Bakıda Hindistanın Respublika Günü qeyd edilib

20:47
24 Yanvar

Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Komissiyasının VIII iclasının yekununa dair protokol imzalanıb

20:17
24 Yanvar

Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Komissiyasının fəaliyyəti yüksək qiymətləndirilib

20:06
24 Yanvar

Nazir müavini: Son 4 ildə Azərbaycana səyahət edən hindistanlı turistlərin sayı 40 dəfədən çox artıb 

19:57
24 Yanvar

Səfir: Hindistan və Azərbaycan dərin mədəni əlaqələrə malikdir 

19:45
24 Yanvar

Təhlükəsiz tullantıların idarə olunması üzrə fəaliyyətin səmərəli təşkil edilmədiyi aşkarlanıb

19:31
24 Yanvar

Hesablama Palatası Dövlət Ehtiyatları Agentliyində nöqsanlar aşkarlayıb

19:15
24 Yanvar

“İnklüziv sosial inkişaf və sosial təminat” İşçi qrupunun növbəti iclası keçirilib

19:14
24 Yanvar

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2025-ci ilin fevral ayında vətəndaşların qəbulu CƏDVƏLİ

19:08
24 Yanvar

Ali Məhkəmə Plenumunun ötən ilin yekunlarına həsr olunmuş iclası keçirilib

19:07
24 Yanvar

“Azərpoçt” Şuşada poçt məntəqəsi açıb

19:05
24 Yanvar

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2025-ci ilin fevral ayında vətəndaşların qəbulu CƏDVƏLİ 

19:00
24 Yanvar

Hesablama Palatası Qida Təhlükəsizliyi Agentliyində keçirdiyi auditin nəticələrini açıqlayıb  

18:57
24 Yanvar

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın iclası keçirilib

18:50
24 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!