09 Avqust 2022 00:43
2249
ELANLAR
A- A+

"Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC açıq tender elan edir

 

LOT-1. Bakı şəhəri, Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsi, 776-cı məhəllədə yerləşən Cümə məscidinin bərpa-gücləndirmə işlərinin davam etdirilməsinin satın alınması.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları oxşar təcrübəyə, lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş Əsas şərtlər toplusunu Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev ünvanında yerləşən "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC-dən (əlaqələndirici şəxs:  Əhməd Məmmədov, tel: (050)612-15-27) ala bilərlər. 

İşlərin qısa təsviri:

Bakı şəhəri, Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsi,

776-cı məhəllədə yerləşən Cümə məscidinin bərpa-gücləndirmə işlərinin davam etdirilməsi.

Tenderdə iştirak haqqı: 1000,00 (bir min) AZN

H/h: AZ22IBAZ38030019446253269215 

VÖEN:1702563281 

Kod: 805625

VÖEN: 9900001881

 M/h: AZ03NABZ01350100000000002944  

SWIFT-IBAZAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Tender iştirakçıları tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün ərizə;

- iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 45 bank günü ərzində qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (Təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);

- tender iştirakçısının tam adı, nizamnaməsi (hüquqi şəxslər üçün), qeydiyyatdan keçdiyi ölkə, rekvizitləri;

- malgöndərənin (podratçının) işin icrası üçün müqavilə imzalayacağı subpodratçı barədə konkret subpodratçının adı göstərilməklə məlumatlar;

- malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış;

-  iddiaçının avadanlığı və texnikası barədə məlumatlar;

- analoji işlərdə təcrübə (Analoji iş dedikdə tarixi binaların bərpa işləri nəzərdə tutulur).

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (1 əsli və 1 surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun keçiriləcəkdir.

Tender iştirakçıları tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 30.08.2022-ci il saat 11:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 08.09.2022-ci il saat 17:00-a qədər Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev ünvanında yerləşən "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC-yə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Tender iştirakçılarının təklifləri Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev 17 ünvanında yerləşən "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC-də 09.09.2022-ci il saat 11:00-da açılacaqdır.

Tender iştirakçılarının səlahiyyətli nümayəndələri zərflərin açılışında iştirak edə bilərlər.

 

Tender komissiyası

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video