11 Avqust 2024 08:55
962
Mədəniyyət
A- A+
Bahar ruhlu sənətkar

Bahar ruhlu sənətkar

 

Ömrünün ən xoş günlərində belə unutmadığı bir dərdi, nisgili vardı. Xalq artisti Qəndab Quliyeva yetmiş beş il qabaq - 1949-cu il avqustun 10-da dünyaya gəldiyi Füzuli rayonunun Dilağarda kəndini yenidən görməyin, yurduna baş çəkməyin xiffətini çəkirdi. 
Qəndab Quliyeva Füzuli rayonuna gedəndə Ermənistan silahlı qüvvələrinin işğal altında saxladıqları doğma yurduna həsrətlə baxırdı. Və bir gün "Qarabağ şikəstəsi"ni erməni işğalçılarından azad edilmiş ərazilərdə oxumağını arzulayırdı...
Q.Quliyeva 1976-1980-ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində oxudu. 1991-1996-cı illərdə isə təhsilini Azərbaycan Dövlət İncəsənət Universitetində (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) davam etdirdi.  İlk muğam müəllimi Nəriman Əliyev oldu. O, həmçinin Vahid Abdullayevin muğam sinfində oxudu.
Azərbaycan Dövlət Opera və Balet Teatrında solist kimi 1981-ci ildə fəaliyyətə başladı. Həmin teatrın səhnəsində bir sıra aparıcı qadın rollarını ifa etdi. Opera səhnəsində "Leyli və Məcnun"da Leyli, "Əsli və Kərəm"də Əsli, "Şah İsmayıl"da Ərəbzəngi, "Aşıq Qərib"də Şahsənəm, "Gəlin qayası"nda Gülbahar, "Vaqif"də Xanəndə qız oldu. Bu rolların istedadlı ifaçılarından biri kimi müğənni, aktrisa Qəndab Quliyeva öz bənzərsiz səsi və aktyorluq məharəti ilə tamaşaçıların qəlbinə yol tapdı. 
Azərbaycan muğam sənətinin inkişafında xidmətləri olan sənətkarlardan biri olan Qəndab Quliyeva "Şahnaz", "Çahargah", "Bayatı-Şiraz", "Qarabağ şikəstəsi", "Mahur-Hindi", "Heyratı" və digər muğamları məharətlə ifa etdi. Onun repertuarında muğam dəstgahları, təsniflər, xalq mahnıları ilə yanaşı, Azərbaycan bəstəkarlarının mahnıları da geniş yer tuturdu. 
Xanəndənin ifasında "Xaric Segah", "Şahnaz", "Mahur-Hindi", "Bayatı-Şiraz", "Şur" muğamlarının səsyazıları Azərbaycan televiziyasının fondunda qorunur. Qəndab Quliyevanın oxuduğu "Çahargah" muğamının səsyazısı isə Fransada "Muğam antologiyası" CD diskinə daxil edildi.
Səsinin, ifasının gözəlliyi yalnız Azərbaycan musqisevərlərini heyran etmədi. Qəndab Quliyeva bir çox xarici ölkələrdə qastrol səfərlərində oldu. Almaniyada, Kanadada, Yaponiyada, Fransada, İsveçdə, Türkiyədə, İranda, İraqda, Avstraliyada, Əfqanıstanda, Tunisdə, Əlcəzairdə çıxış edərək Azərbaycan muğamlarını və mahnılarını təbliğ etdi.
İstedadı və zəhməti diqqətdən kənarda qalmadı. Qəndab Quliyeva 1992-ci ildə Xalq artisti fəxri adını aldı. 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görüldü.
Azərbaycanın zəngin musiqi sənətini, ecazkar muğamlarını Qəndab Quliyeva gənclərə də öyrətmək arzusu ilə pedaqoji fəaliyyətlə məşğul oldu. O, bir müddət Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində muğamatdan dərs dedi.
Qəndab Quliyeva 2017-ci ilin əvvəllərində infarkt və üç dəfə insult keçirdi və həmin ilin 26 iyununda vəfat etdi. Vəsiyyətinə görə, Binə kənd qəbiristanlığında, anasının məzarı yanında dəfn olunub.
O, bahar ruhlu sənətkar idi. 
Vaxt gəldi, Azərbaycan Ordusu Qarabağı və Şərqi  Zəngəzuru düşməndən azad etdi. Xalq artisti Qəndab Quliyevanın könlünün qaldığı doğma yurd yeri də Ermənistan silahlı qüvvələrinin əsarətindən qurtuldu. Ancaq otuz ilə yaxın davam edən işğal illərində neçə-neçə azərbaycanlı həsrət, nisgil içində gözlərini əbədi yumdu. Xalq artisti Qəndab Quliyeva da bu günləri görməyin intizarı, ümidi və arzuları ilə əbədiyyətə köçdü...
 
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BMT-nin Qaçqınlar üzrə Ali Komissarının İqlim fəaliyyəti üzrə xüsusi məsləhətçisi ilə görüş keçirilib

18:19
19 Sentyabr

Sabiq “Arsenal”lı həbs edildi

18:15
19 Sentyabr

“ADEX” və “Securex Caspian” sərgilərinə həsr olunmuş mətbuat konfransı keçirilib

18:02
19 Sentyabr

 Təcili qanı artıq dronlar çatdıracaq

17:51
19 Sentyabr

EKSKLÜZİV: Qara Qarayev 3 seçim qarşısında

17:50
19 Sentyabr

Kaxa Kaladze: Böyük dövlətlərin Gürcüstandan öz maraqları üçün istifadə etməsinə imkan verməyəcəyik

17:30
19 Sentyabr

Seçicilər namizədlərə nə qədər inanır? - ABŞ-da sorğu

17:02
19 Sentyabr

Şuşada Bayraq Meydanının açılışı olub YENİLƏNƏCƏK

16:52
19 Sentyabr

"Əl-Nəsr" italiyalı mütəxəssisə tapşırılıb

16:51
19 Sentyabr

Klozedən Mahir Emreli açıqlaması  

16:50
19 Sentyabr

“WhatsApp” yeni funksiyasını təqdim etməyə hazırlaşır

16:46
19 Sentyabr

Avropa Komissiyasının Prezidenti Kiyevə gedir

16:44
19 Sentyabr

 İran müharibəyə qoşula bilər

16:43
19 Sentyabr

“Qarabağ” – “Neftçi” matçını kim idarə edəcək?

16:42
19 Sentyabr

İnsanların Ayda məskunlaşması artıq daha realdır

16:42
19 Sentyabr

“Neftçi”də çətin seçim: Qriqorçuk gedərsə, baş məşqçi yerli olacaq, yoxsa əcnəbi?

16:40
19 Sentyabr

Türkiyə mediası: Qarabağda antiterror əməliyyatı Azərbaycanın gücünün daha bir nümayişi oldu

16:39
19 Sentyabr

Prezident İlham Əliyev Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışında iştirak edib YENİLƏNƏCƏK

16:31
19 Sentyabr

Azərbaycan və İtaliyanın Baş Qərargah rəisləri görüşüb

16:30
19 Sentyabr

Fransa KİV: Azərbaycan ərazisindəki erməni separatizmi məsələsini 2023-cü ilin sentyabrında bağlayıb  

16:27
19 Sentyabr

Prezident İlham Əliyev Xankəndi şəhərinin Zəfər meydanında Konqres Mərkəzinin tikintisi ilə tanış olub YENİLƏNƏCƏK

16:25
19 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!