05 May 2020 00:45
818
CƏMİYYƏT
A- A+
Aztəminatlı ailələrə birdəfəlik yardım davam edir

Aztəminatlı ailələrə birdəfəlik yardım davam edir



Buna görə vətəndaşlar dövlət başçısına minnətdarlıqlarını bildirirlər


Dünyanı bürümüş koronavirus epidemiyası bütün ölkələrin yaşam tərzinə öz təsirini göstərməkdədir. Azərbaycan Prezidenti İlham Əliyevin fərman və sərəncamlarına əsasən ölkəmizdə bu bəla ilə qətiyyətlə mübarizə aparılır, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, habelə rifah halının yaxşılaşdırılması istiqamətində müxtəlif formatlı tədbirlər həyata keçirilir.
İctimai rəydə rəğbətlə qarşılanan bu işlər ölkə vətəndaşlarının həyat səviyyəsinə mənfi təsirlərin azaldılmasına, xalqın sağlamlığına və sosial müdafiəsinin gücləndirilməsinə olan qayğının bariz nümunəsidir. Respublikamızda sosial müdafiə tədbirləri əsasən üç istiqamətdə - sosial təminat, sosial yardım və sosial dəstək qaydasında həyata keçirilir. Sosial yardımlar əsasən əhalinin heç yerdə işləməyən qrupu üçün nəzərdə tutulur. Azərbaycan Prezidentinin aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi və əhvali-ruhiyyəsinin yaxşılaşdırılması istiqamətində atdığı bu addımlar nəinki respublikamızda, eləcə də xarici ölkələrdə ictimai rəydə yüksək qiymətləndirilir. Bunu beynəlxalq təşkilatların, tanınmış dövlət və ictimai xadimlərin Azərbaycan Prezidentinə ünvanladıqları təşəkkür məktublarından, eləcə də son günlər istər poçt vasitəsilə aldığımız məktub və teleqramlardan, istərsə də internet vasitəsilə "Azərbaycan” qəzetinə ünvanlanmış mesajlardan görmək mümkündür.
Göranboy rayonu Dəlməmmədli şəhəri, Vidadi küçəsi, ev 6-da yaşayan Sevda Məhərrəm qızı Mahmudovanın redaksiyamıza göndərdiyi məktubda deyilir: "Hörmətli redaksiya, həyat yoldaşım Ağdamda böyümüşdü, müharibənin ilk günündən erməni silahlılarına qarşı vuruşmuşdu. Dəfələrlə ağır yaralanmışdı, bədənindəki qəlpələrin ağrı-acısına dözməyərək üç il bundan öncə doğma ata yurduna qayıtmaq həsrəti ilə həyatdan vaxtsız köçdü.
Hörmətli redaksiya, heç yerdə işləmirəm, azyaşlı övladımla tənha yaşayıram. Amma çox şükür edirəm ki, bu ölkəyə dünya şöhrətli siyasətçi Heydər Əliyevin layiqli davamçısı İlham Əliyev rəhbərlik edir. Bu gün Azərbaycan qadınlarının fəxri sayılan Birinci vitse-prezident Mehriban xanım Əliyeva kimi ümid yerimiz, dayağımız var. Bu rəhbərlərin diqqət və qayğısı sayəsində ölkəmizdə aztəminatlı ailələrin problemləri geniş şəkildə həll edilir. Bunu karantin rejimi günlərində daha yaxından hiss etdik. Mən, eləcə də mənimlə eyni küçədə yaşayan qonşularım Şahnaz Rüstəmova, Yeganə və Təranə Ələkbərovalar, Rəşad Akdaş və Zahid Qazıyev Azərbaycan Prezidentinin sərəncamına əsasən aprel ayında 190 manat birdəfəlik yardım aldıq. May ayında veriləcək yardım üçün xüsusi hesab açdırmışıq. Bundan başqa, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırığına əsasən mənə və adını qeyd etdiyim aztəminatlı ailələrə dəfələrlə əlavə ərzaq yardımları edilmişdir.
Ölkənin başı üzərində qara buludların dolaşdığı bu çətin vəziyyətdə aztəminatlı ailələrin rifah halının yüksəldilməsi üçün göstərilən maddi və mənəvi dəstək bizləri bir daha səmimi-qəlbdən qürurlandırdı. Xalqın hər bir nümayəndəsinə, əsasən də aztəminatlı insanlara göstərilən diqqət bir daha sübut etdi ki, möhtərəm İlham Əliyev hər bir vətəndaşın Prezidentidir. Bizlərə olan yardımlara və qayğıya görə cənab Prezidentə, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Allahdan böyük kömək diləyirik. Ümidvarıq ki, onların rəhbərliyi ilə xalqımız mövcud çətinliklərin öhdəsindən layiqincə gələcək”.
Aprel ayında birdəfəlik 190 manat yardım alan Siyəzən rayonu, Səttar Xeyrullayev küçəsi, ev 12-də yaşayan Ülviyyə Mirabbas qızı Əhmədova bacıları Fərqanə və Samirə ilə birlikdə imzaladıqları məktubda yazır: "Hörmətli redaksiya, mən bir neçə ildir ki, Azərbaycan Dövlət İqtisad Universitetini fərqlənmə diplomu ilə bitirmişəm, hələlik işsizəm. Məni bu məktubu yazmağa sövq edən Azərbaycan Prezidentinin aztəminatlı ailələrə göstərdiyi diqqət və qayğısıdır. Aprel ayında bu qayğıdan mən də bəhrələndim, may ayı üçün də bankda hesab açdırmışam. Buna görə biz sevindik, dövlət başçısı çıxışında qeyd etdiyi kimi, yardım üçün müraciət edənlər yenə var, Allah onları da sevindirsin.
Onu da bildirməyi özümə borc hesab edirəm ki, ölkəmizin şimal bölgəsində, o cümlədən rayonumuzda milli həmrəylik yüksək səviyyədədir. Siyəzənlilər Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın koronavirusa qarşı mübarizədə həmrəy olmaq, birlikdə bu bəladan qurtulmaq çağırışına canla-başla əməl edirlər.
Bu karantin günlərində dövlətdən 190 manat birdəfəlik yardım alan siyəzənlilər adından dövlət başçısına, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edirik”.
Birdəfəlik yardım alan Binəqədi rayonu Biləcəri qəsəbəsinin sakini, 19 yaşlı Tərlan Vaqif oğlu Əlimanov qəzetimizin adına ünvanladığı teleqramda ürək sözlərini belə ifadə edir: "Mən bir vətəndaş olaraq Prezident İlham Əliyevlə qürur duyuram. Dünyanı başına götürən koronavirus pandemiyasından ölkəmizi qorumaq üçün onun tapşırığı ilə əvvəlcədən qabaqlayıcı tədbirlər görülmüş, bütün qüvvələr səfərbər edilmişdir. Prezidentimiz bu çətin günlərdə aztəminatlı ailələri və işsiz vətəndaşları nəzərə alaraq dövlət tərəfindən 190 manat birdəfəlik ödəmələr üçün vəsait ayırdı. Bu vəsait 200 min insana şamil edilirdi, lakin Prezidentin təşəbbüsü ilə bu say 600 minə çatdırıldı. Dövlət başçısının tapşırığı ilə əvvəlcədən görülmüş profilaktiki tədbirlər nəticəsində Azərbaycanda koronaviruslu xəstələrin sayı digər ölkələrə nisbətən xeyli azdır. Dünyanın ən böyük və güclü ölkələri belə koronavirus pandemiyası qarşısında çarəsiz qaldığı halda Azərbaycan Prezidentinin müdrikliyi sayəsində respublikamızda səmərəli tədbirlər görüldü. Əminik ki, dövlət başçısının qabaqlayıcı tədbirləri sayəsində bu bəladən az itkilərlə qurtulacağıq. Cənab Prezidentin dediyi kimi, "Biz birlikdə güclüyük!” Mən də bir Azərbaycan gənci olaraq Prezidentimizin bu çağırışına qoşulur və butün xalqımızı dəstək olmağa çağırıram”.
Şəmkirdən, Gəncədən, Ağdamdan, Bərdədən, Mingəçevirdən, Naxçıvandan Sumqayıtdan, Qubadan, Qusardan, Lənkərandan, bir sözlə, ölkəmizin bütün bölgələrindən, eləcə də Bakıətrafı qəsəbələrdən gələn bu qəbildən olan məktub, teleqram, müraciət və mesajların sayı minlərlədir. Bu müraciətlərin hamısında aldıqları birdəfəlik yardıma görə Prezidentə, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür və minnətdarlıq, habelə "biz sevindik, gözəgörünməz koronavirus bəlasından qələbə ilə çıxaq ki, hamı sevinsin” kimi istək və arzu ifadə edilir.

Rəhman SALMANLI,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sabah ölkə ərazisində intensiv yağış yağacaq

16:58
24 May

Leyla Əliyeva və Alona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər

15:03
24 May

WUF13-də daha dayanıqlı şəhərlərin qurulmasına töhfə verəcək istiqamətlər müəyyənləşdirildi

15:02
24 May

DİM II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı təşkil edib

14:27
24 May

Nikol Paşinyan: Yaxın gələcəkdə Naxçıvan üzərindən Türkiyə və Azərbaycanla dəmir yolu açılacaq

13:09
24 May

Azərbaycan və İrlandiya arasında diaspor əlaqələri gücləndirilir

12:59
24 May

Polşa Silahlı Qüvvələri: Rusiyanın fəaliyyəti səbəbindən hərbi təyyarələr havaya qaldırılıb

11:34
24 May

Media: ABŞ və İran arasındakı potensial razılaşma zənginləşdirilmiş uran problemini həll edə bilməyib

11:32
24 May

WUF13 rekord sayda iştirakçı və tərəfdaşın iştirakı, həmçinin Bakı Fəaliyyətə Çağırışın qəbul edilməsi ilə yadda qalıb  

11:30
24 May

Kiyevə atılan raketlərin bəziləri Azərbaycanın Ukraynadakı səfirliyinə yaxın ərazilərə düşüb

11:12
24 May

Konqo Demokratik Respublikasında Ebola virusundan ölənlərin sayı 200-ü keçib

10:26
24 May

WUF13 bir çox ilklərə imza atdı 

10:17
24 May

"Şamaxı" Ayxan Abbasovla yollarını ayırıb

09:27
24 May

Azərbaycanın Təbrizdəki konsulu yol qəzasında həlak olub

23:14
23 May

Ukrayna Prezidenti Rusiyanın “Oreşnik” ilə hücuma hazırlaşması haqqında danışıb

21:32
23 May

Media: Azərbaycan WUF13 platformasında dünyaya şəhərlərin inkişafına dair öz vizyonunu nümayiş etdirib  

19:21
23 May

Ukrayna ordusunun Baş qərargahı Novorossiyskə hücumun detallarını açıqlayıb  

17:27
23 May

Premyer Liqa: “Neftçi” “Kəpəz”ə qalib gəlib

16:59
23 May

Səudiyyə Ərəbistanı milyon yarımdan çox zəvvarın təhlükəsizliyi və rahatlığı ilə bağlı görülən tədbirləri açıqlayıb  

16:27
23 May

Ekvadorlu tədqiqatçı: Azərbaycanın “ağıllı şəhər” təcrübələrinin Latın Amerikasında tanıdılmasında maraqlıyıq  

15:54
23 May

Hərbi attaşelər Dövlət Sərhəd Xidmətində olublar

15:23
23 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!