"Azərişıq" ASC Salyan rayonu, 20 Yanvar, Nazim Babayev küçələrində, Arbatan kəndi ərazisində 6-10 kV-luq hava xəttinin, KTM-lərin və 0,4 kV-luq ÖİN xətlərinin yenidən qurulması işlərinin satın alınması məqsədilə açıq tender elan edir
Tender 1 (bir) LOT üzrə keçirilir:
LOT-1: Salyan rayonu, 20 Yanvar, Nazim Babayev küçələrində, Arbatan kəndi ərazisində 6-10 kV-luq hava xəttinin, KTM-lərin və 0,4 kV-luq ÖİN xətlərinin yenidən qurulması işlərinin satın alınması.
İştirak haqqı - 750 manat
"Azərişıq" ASC
Hesab: AZ83AIIB33020029441802068118
VÖEN: 9900069391
Benefisiarın Bankı: "Kapital Bank"ın Gənclik filialı
Kod: 200189
VÖEN: 9900003611
Müxbir hesab: AZ37NABZ01350100000000001944
SWIFT Code: AIIBAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Əlaqələndirici şəxs: Namiq Heybətov
Əlaqə telefonu (şəhər): 012 440 39 93 (daxili 92-19)
Elektron poçt: [email protected]
Ünvan: Bakı şəhəri, M.Əliyev küçəsi, 130, AZ1009
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər LOT üzrə göstərilən məbləğdə iştirak haqqını qeyd olunan hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş Əsas şərtlər toplusunu Bakı şəhəri, Mirzağa Əliyev küçəsi, 130 ünvanında yerləşən "Azərişıq" ASC-nin inzibati binasından ala bilərlər.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə (sənədlərin təsdiqi tender elanı tarixindən sonra notarial qaydada təsdiq olunması zəruridir);
- iddiaçının VÖEN-i, bank rekvizitləri, ünvanı, dövlət reyestrindən çıxarış (sənədlərin təsdiqi tender elanı tarixindən sonra notarial qaydada təsdiq olunması zəruridir);
- iddiaçının Dövlət Statistika Komitəsindən sahibkarlıq kateqoriyası haqqında arayış;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (2021-ci il üzrə Vergi Bəyannaməsi);
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyət dövründəki);
- müvafiq lisenziya və icazələr;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);
- iddiaçının fəaliyyətə başladığı dövrdən iş təcrübəsi, yerinə yetirdiyi cari işlər və müqavilələr barədə məlumatlar;
- iddiaçının analoji işlərdə obyektlərin tikintisi üzrə baş podratçı qismində həyata keçirdiyi və tətbiq etdiyi uğurlu ən azı 3 layihənin bitməsinə dair tövsiyə məktubunun və apardığı layihənin ilk və sonuncu sənədlərinin surəti;
- podrat müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, maddi-texniki bazasının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olmasını təsdiq edən sənəd;
- iddiaçının yüklülük haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş arayış;
- satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi.
Sənədlər Azərbaycan dilində 2 (iki) nüsxədə (1 ədəd əsli və 1 ədəd surəti) tərtib olunmalıdır (xarici dildə tərtib olunan tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçiriləcəkdir (www.tender.gov.az).
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2 noyabr 2022-ci il saat 15:00-a qədər, ixtisas uyğunluğu prosedurunu keçmiş iddiaçılar isə tender təklifi və bank təminatını möhürlənmiş ikiqat zərfdə 15 noyabr 2022-ci il saat 15:00-a qədər Bakı şəhəri, Mirzağa Əliyev küçəsi, 130 ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim edilmiş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 16 noyabr 2022-ci il saat 15:00-da Mirzağa Əliyev küçəsi, 130 ünvanında "Azərişıq" ASC-nin inzibati binasında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Tender komissiyası
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi kon...
18 Aprel
Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyə...
18 Aprel
Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
18 Aprel
SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəc...
18 Aprel
Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib
18 Aprel
MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib...
18 Aprel
Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib...
18 Aprel
Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar
18 Aprel
COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib
18 Aprel
Respublika Pediatriya Mərkəzi yaradılıb
18 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!