09 Avqust 2022 00:46
408
İQTİSADİYYAT
A- A+

"Azərişıq" ASC ölkənin bütün regionlarında yenidənqurma işlərini davam etdirir

 

Cəlilabad rayonunun Qamışlıgöl və Sadatlı kəndlərinin elektrik şəbəkəsi yenidən qurulur

 

Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, "Azərişıq" ASC tərəfindən həyata keçirilən investisiya layihəsi çərçivəsində Cəlilabad rayonunun Qamışlıgöl və Sadatlı kəndlərinin elektrik şəbəkəsi yenidən qurulur.

"Azərişıq" ASC-nin Mətbuat xidmətindən verilən məlumata görə, yenidənqurma işləri çərçivəsində 84 abonenti olan Qamışlıgöl kəndində 3 ədəd komplekt transformator məntəqəsi quraşdırılacaq. 14 km-dan çox 10 kV-luq, 6 km-ya yaxın 0,4 kV-luq elektrik xətti yenilənəcək.

Cəlilabadın Sadatlı kəndində də yenilənmə işləri davam etdirilir. 80 abonenti olan kənd ərazisində 3 ədəd komplekt transformator məntəqəsi quraşdırılacaq. 5 km-dan çox 10 kV-luq, 4 km-ya yaxın 0,4 kV-luq elektrik xətti dəyişdiriləcək.

Hər iki kənddə elektrik sayğacları yenisi ilə əvəz olunacaq. Cəlilabad rayonunun Qamışlıgöl və Sadatlı kəndləri ilə yanaşı, rayonun Albalan, Xəlilli, Güneyli, Allahverən, Məşədilər, Novruzallı, Məlikqasımlı və Yusublu kəndlərində də yenidənqurma işləri davam edir. İşlər yekunlaşdıqdan sonra ümumilikdə 800-ə yaxın abonent keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin ediləcək.

Xatırladaq ki, investisiya layihəsi bütün regionlarda 100-dən çox kəndi əhatə edir. İşlərin davam etdiyi və yekunlaşdığı digər kəndlər barədə də silsilə məlumatlar veriləcək.

 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video