"AzerGold" QSC istehsalat proseslərini optimallaşdırıb
"AzerGold" Qapalı Səhmdar Cəmiyyəti (QSC) mineral-xammal resurslarından istifadənin səmərəliliyinin yüksəldilməsi və istehsalat proseslərinin optimallaşdırılması istiqamətində fəaliyyətini uğurla davam etdirir.
Xatırladaq ki, QSC 2017-ci ildə "Çovdar" yatağında istismar işlərinə başlayarkən mədənin oksidləşmiş filizlərinin iqtisadi cəhətdən səmərəli qızıl həcmi 212 min unsiya miqdarında təsdiqlənmiş, hasilat işlərinin 2020-ci ildə yekunlaşacağı hesablanmışdır. "AzerGold" QSC tərəfindən ötən dövr ərzində beynəlxalq məsləhətçi şirkətlər cəlb edilərək müasir texnoloji yeniliklərin tətbiqi ilə aparılmış planlı geoloji kəşfiyyat və buruqqazma işləri nəticəsində sözügedən yatağın üst qatlarında yerləşən oksidləşmiş filiz həcmlərinin artırılması, üstəlik yerin daha dərin qatlarındakı tranzit və sulfid filizlərinin emalı satıla biləcək qızıl ehtiyatlarını artırmağa imkan yaratmışdır.
Bundan əlavə, "Çovdar" mədəninin yaxınlığında yerləşən və müstəqil şəkildə iqtisadi səmərəsizlik riski daşıyan nisbətən kiçik, cinah yataqların ardıcıl istismara cəlb edilməsi "Çovdar" mədəninin bazasında yaradılmış Çovdar İnteqrəedilmiş Regional Emal Sahəsinin (ÇİRES) ümumi ehtiyatlarını artırmışdır. Beləliklə, sahənin istismar müddəti 2020-ci ildən 2028-ci ilədək uzadılmaqla fəaliyyət dövrü 8 il, ümumi ehtiyatları isə ilkin hesablanan 212 min unsiyaya əlavə olaraq, 519,9 min unsiya artırılaraq 731,9 min unsiyaya çatdırılmışdır. Hazırda müvafiq kəşfiyyat və tədqiqat işlərinin davam etdirildiyi nəzərə alınaraq sözügedən həcmlərin daha da artırılması istisna olunmur.
Sadalanan göstəricilərə nail olunması üçün ÇİRES-də mövcud qırıcı və konveyer xəttinin optimizasiyası nəticəsində keçirmə qabiliyyəti təkmilləşdirilmiş, xətlərin mövcud istehsal imkanları 50 faizədək artırılmışdır. Hazırda topaaşındırma üsulu ilə işləyən emal zavodu ilə yanaşı, tranzit və sulfid filizlərinin emalı üçün çən aşındırma (CİL) üsulu ilə fəaliyyət göstərəcək yeni emal zavodunun tikintisi də sürətlə davam etdirilir. Tikinti layihəsinin idarəedilməsi və keyfiyyətə nəzarət məqsədilə Cənubi Koreyanın "Heerim Architects & Planners Co" məsləhətçi şirkəti, zavodun və müvafiq infrastrukturun qurulması üzrə isə "Maqro Construction" beynəlxalq tikinti şirkəti tərəfindən müvafiq işlər görülür.
Sözügedən təkmilləşdirmə işləri çərçivəsində cari ilin birinci rübündə 10592 unsiya qızıl istehsal edilmişdir. Bu göstəricinin ötən ilin müvafiq dövrü ilə müqayisədə nisbətən az olmasına baxmayaraq, dayanıqlı hasilatın təmin edilməsi məqsədilə aparılmış optimizasiya işləri hasilatın həm cari, həm də ötən ilin illik planından daha artıq icrasına, sözügedən sahənin fəaliyyət dövrünün 8 il artırılması isə bölgədə davamlı məşğulluğun təmin edilməsinə və yeni iş yerlərinin açılmasına səbəb olacaqdır.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan və Rusiyanın XİN rəhbərləri Ermənistanla dövlət sərhədinin delimitasiyasını müzakirə edib...
23 May
“Azəriqaz”ın baş direktoru Şəkidə sakinlərlə görüşüb
23 May
Nyu-Yorkda Azərbaycan icmasının üzvlərinin iştirakı ilə ənənəvi Türk paradı keçirilib
23 May
Baş nazir Əli Əsədov Estoniya parlamentinin sədri Yuri Ratas ilə görüşüb
23 May
İşçi üçün ödənilən kirayə haqqından sosial sığorta haqqı hesablanırmı?
23 May
Vaşinqtonda Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 30-cu ildönümünə həsr edilən rəsmi ziyafət tə...
23 May
Yuri Ratas: Estoniya Azərbaycanla münasibətlərin inkişafında maraqlıdır
23 May
Sərhədçi idmançılar “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif olunublar...
23 May
Bu yaz 730 mindən çox ağac əkilib
23 May
AAYDA İdarə Heyətinin sədri Saleh Məmmədov Zaqatalada vətəndaşlarla görüşəcək
23 May
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
İlham Əliyevin Qafqazda uğurlu sülh modeli

Regionun inkişaf təminatçıları

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəriAzərbaycan və Türkiyə prezidentləri R...

Milli Məclisin plenar iclasında 20 məsələyə baxılıb

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışı olub...

Tarixin, liderliyin və xilaskarlığın HEYDƏR ƏLİYEV zirvəsi

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!