Azercell abunəçilərinin nəzərinə
2 avqust 2022-ci il tarixdən etibarən "Azercell Telekom" MMC-nin fakturalı xətt sistemində korporativ abunəçilərə təqdim edilən "Gigamax" və "Gigamax+" adlı internet paketlərində müvafiq olaraq 60 GB və 80 GB istifadə həcmi təqdim ediləcək. Həmin paketlər çərçivəsində təqdim edilən həcm bitdikdən sonra istifadə müddətinin sonunadək 256 kb/s sürət həddində limitsiz həcmdə əlavə ödəniş etmədən istifadə etmək mümkün olacaq.
2 avqust 2022-ci il tarixdən etibarən "Azercell Telekom" MMC-nin fakturalı xətt sistemində korporativ abunəçilərə təqdim edilən "Gigamax pro" internet paketinə yeni qoşulmalar dayandırılacaq. Qeyd olunan tarixə kimi qoşulan abunəçilər cari abunəliyi ləğv edilənə qədər standart qaydalara əsasən tarif paketindən ümumi əsaslarla istifadəyə davam edəcəklər.
Qeyd: Abunəçilər göstərilən dəyişikliklər, müvafiq paketlərin şərtləri, sifarişi, başqası ilə əvəz etmə və imtina qaydası barədə, o cümlədən "Azercell Telekom" MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
25 Aprel
Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub
25 Aprel
Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib
25 Aprel
Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib
25 Aprel
Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb
25 Aprel
BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib...
25 Aprel
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib
25 Aprel
Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib
25 Aprel
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
25 Aprel
Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı...
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!