18 Yanvar 2025 17:02
486
SİYASƏT
A- A+
Azərbaycanla Türkiyənin XİN başçıları ikitərəfli və çoxtərəfli gündəlikdə duran aktual məsələləri müzakirə edib 

Azərbaycanla Türkiyənin XİN başçıları ikitərəfli və çoxtərəfli gündəlikdə duran aktual məsələləri müzakirə edib 

Yanvarın 18-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizə səfəri çərçivəsində Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, nazirlər arasında baş tutan təkbətək görüş daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli formatda davam edib, Azərbaycan və Türkiyə ikitərəfli və çoxtərəfli gündəliyində duran aktual məsələlər, son regional inkişaflar fonunda fürsətlər və çağırışlar müzakirə olunub.

Görüşlər zamanı Azərbaycan və Türkiyə prezidentlərinin liderliyi və gələcəyə baxışı sayəsində Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəlmiş Azərbaycan-Türkiyə münasibətlərinin geniş əhatə dairəsi, çoxvektorlu xarakteri və zəngin məzmunundan məmnunluq ifadə olunub.

Siyasi, iqtisadi-ticari, enerji, nəqliyyat-kommunikasiya, təhlükəsizlik, hərbi-müdafiə, humanitar və digər istiqamətlər üzrə dövlət və hökumət qurumlarımız arasında əməkdaşlığın müsbət dinamikası qeyd olunub.

İkitərəfli müttəfiqliyimiz fonunda ölkələrimizin Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Pakistan, Azərbaycan-Türkiyə-Özbəkistan kimi üçtərəfli, Azərbaycan-Türkiyə-Gürcüstan-Qazaxıstan dördtərəfli əməkdaşlıq formatları çərçivəsində uğurla əməkdaşlıq etdiyi bildirilib.

BMT, ATƏT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və D-8 kimi beynəlxalq və regional təşkilatlar çərçivəsində Azərbaycan-Türkiyə tərəfdaşlığının həqiqi müttəfiqlik nümunəsi olduğu vurğulanıb.

Türk Dövlətləri Təşkilatında müxtəlif sahələr üzrə birgə təşəbbüslərin irəli sürülməsi, ali və yüksək səviyyədə toplantıların keçirilməsi, əhəmiyyətli qərarların qəbulu xüsusunda Azərbaycan və Türkiyənin bu təşkilata verdiyi əhəmiyyət və bu məqsədlə həyata keçirdiyi əməkdaşlıqdan danışılıb.

Azərbaycanın tamhüquqlu üzv kimi inkişaf etməkdə olan ölkələrin İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) qoşulması prosesində Türkiyənin Azərbaycana göstərdiyi dəstək yüksək qiymətləndirilib.

Eyni zamanda, 2024-cü ilin noyabr ayında Bakıda keçirilmiş COP29 beynəlxalq iqlim konfransında qardaş Türkiyənin dövlət başçısı səviyyəsində geniştərkibli və fəal iştirakı minnətdarlıqla xatırlanıb.

İqtisadiyyat, ticarət və investisiya ölçüləri üzrə Azərbaycan və Türkiyənin əlaqələrinin böyük məsafə qət etdiyi və nümunəvi xarakter daşıdığı ifadə olunub.

Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars və Cənub Qaz Dəhlizi kimi nəhəng enerji və nəqliyyat-kommunikasiya layihələrinin Azərbaycanın və Türkiyənin iqtisadi əməkdaşlığında aparıcı rol oynadığı bildirilib.

Bu kimi layihələrdən qaynaqlanaraq ikitərəfli ticarət və qarşılıqlı investisiyalarımızın müsbət dinamikasından bəhs olunub, azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərində Türkiyə şirkətlərinin fəal iştirakı məmnunluqla xatırlanıb.

Mövcud iqtisadi tərəfdaşlığımızdan daha çox faydalanmaq və onun yeni hərəkətverici elementlərlə zənginləşdirmək xüsusunda həmfikirlik ifadə olunub. Nəqliyyat-logistika, kommunikasiya və eləcə də təmiz enerji resurslarının istehsalı, tranziti və ixracı istiqamətində həyata keçirilən birgə fəaliyyətlər və müvafiq layihələr barədə fikir mübadiləsi aparılıb.

Ölkələrimiz arasında humanitar, o cümlədən turizm, səhiyyə, təhsil, elm, mədəniyyət sahələrində təmaslar, mübadilələr və işbirliyinə toxunularaq, eyni millətə, eyni dilə və eyni dinə bağlı olan xalqlarımız arasındakı körpülərin dövlətlərarası münasibətlərimizi sarsılmaz və əbədi etdiyi vurğulanıb.

Nazir Ceyhun Bayramov həmkarına Azərbaycan ilə Ermənistan arasında sülh sazişi üzərində aparılan danışıqların hazırkı mərhələsi barədə məlumat verib. Ermənistanın konstitusiyasında Azərbaycana qarşı mövcud ərazi iddialarının qalmasının, həm iqtidar, həm də müxalifət qüvvələrində revanşizm əhvali-ruhiyyəsinin hökm sürməsinin və bu ölkənin sürətlə silahlanmasının sülh prosesinin irəliyə aparılmasına zərbə vurduğunu diqqətə çatdırıb.

Suriyada baş verən son inkişaflar fonunda qardaş Türkiyənin müsbət rolundan bəhs olunub, Suriyadakı yenidənqurma fəaliyyətlərində ölkələrimizin müştərək iştirak imkanları nəzərdən keçirilib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra nazirlər görüşün nəticələri ilə bağlı mətbuat konfransında bəyanatlarla çıxış ediblər, media nümayəndələrinin suallarını cavablandırıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan üzgüçüləri İslamiadada ikinci medalı qazanıblar

23:38
09 Noyabr

İslamiada: Azərbaycanın dörd boksçusu finala çıxıb, ikisi bürünc medal qazanıb  

23:37
09 Noyabr

Türkiyəli ekspert: Qarabağ Zəfəri Azərbaycanın regional və qlobal rolu üçün yeni imkanlar açıb ŞƏRH  

23:35
09 Noyabr

  Azərbaycanlı ağırlıqqaldıran İslamiadada üç medal qazanıb

23:34
09 Noyabr

Milli Olimpiya Komitəsinin rəsmiləri Ər-Riyadda Atletlər kəndində olublar

23:32
09 Noyabr

Qalib xalqın bayrağı

20:17
09 Noyabr

Nyu-Yorkun məşhur parkında Azərbaycanın Dövlət Bayrağı ucaldılıb  

19:03
09 Noyabr

Deputat: Hərbi parad son 5 ildə Azərbaycanın daha da gücləndiyini bir daha təsdiqlədi- ŞƏRH  

19:01
09 Noyabr

Azərbaycanın qadın cüdoçusu İslam Həmrəyliyi Oyunlarının qalibi olub

19:00
09 Noyabr

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib

18:53
09 Noyabr

Azərbaycanın İrandakı səfirliyi Zəfər Günü münasibətilə rəsmi qəbul keçirib  

18:50
09 Noyabr

Aprel döyüşlərinin qəhrəmanı Böyük Çin səddində  

18:01
09 Noyabr

Türkiyə Prezidenti: Qarabağın azad edilməsi bütün Türk dünyasının zəfəridir  

17:42
09 Noyabr

“AzerGold” “Zəfər” adlı yeni qızıl sikkə kolleksiyasını təqdim edib  

17:38
09 Noyabr

Milli kimliyin dirçəlişi və tarixi yaddaşın bərpası - ŞƏRH  

16:46
09 Noyabr

Mixail Qusmana Türkiyədə beynəlxalq media mükafatı təqdim edilib  

16:40
09 Noyabr

Zəfər, qardaşlıq və sülh paradı  

15:59
09 Noyabr

“Yeni Asır” qəzeti: Türkiyə və Azərbaycan liderlərinin qardaş münasibətləri regionda fundamental dəyişikliklər yaradıb  

15:37
09 Noyabr

Silahlı Qüvvələrimizin döyüş imkanları 5 il əvvəllə müqayisədə əhəmiyyətli dərəcədə yüksəlib  

14:31
09 Noyabr

 Güclü dövlətin güclü də ordusu olur  

14:29
09 Noyabr

Sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir

13:17
09 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!