Azərbaycanla Özbəkistan arasında müəlliflik hüququ sahəsində əlaqələr keyfiyyətcə yeni mərhələyə qədəm qoyur
Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Özbəkistan-Azərbaycan biznes forumu çərçivəsində Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi və Özbəkistan Respublikasının Ədliyyə Nazirliyi arasında müəlliflik hüququ və əlaqəli hüquqların qorunması sahəsində əməkdaşlıq haqqında memorandum imzalanıb.
Bu sənəd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına rəsmi səfəri çərçivəsində imzalanıb.
Sənədi Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov və Özbəkistan Respublikasının ədliyyə naziri Ruslanbek Davletov imzalayıblar.
Əqli Mülkiyyət Agentliyindən AZƏRTAC-a bildirilib ki, sənədin imzalanma mərasimi çərçivəsində Özbəkistan Respublikasının ədliyyə nazirinin müavini Tulkin Abdusattarovun da iştirak etdiyi görüş zamanı ikitərəfli əlaqələrin inkişafına dair geniş müzakirələr aparılıb, Azərbaycan Respublikasının əqli mülkiyyət sahəsi üzrə əldə etdiyi nailiyyətlərlə əlaqədar Özbəkistan tərəfində maraq doğuran məsələlərə dair ətraflı məlumatlar verilib.
Özbəkistanın zəngin qədim mədəniyyəti olması və onun müasir standartlar səviyyəsində qorunması tələbi nəzərə alınaraq, müzakirələr, ilk növbədə, Azərbaycanda müəllif hüquqlarının qorunması təcrübəsi və bu təcrübədən Özbəkistan tərəfinin yararlanması mövzusuna yönəlib. Bu çərçivədə ölkəmizdə ənənəvi biliklərin və ənənəvi mədəni ifadələrin (folklorun) qorunmasının hüquqi aspektləri, müvafiq normativ-hüquqi tənzimləmə mexanizmi maraqla qarşılanıb.
Söhbət zamanı vurğulanıb ki, əqli mülkiyyətin müasir anlayışı və bu institutun fəaliyyəti onun ənənəvi qavranışından əhəmiyyətli dərəcədə fərqli kontekstdə baş verir və bu cəmiyyətdəki əhəmiyyətli texnoloji dəyişikliklər nəticəsində yaranıb. Bu, öz növbəsində, mövcud əqli mülkiyyət landşaftına getdikcə daha böyük təsir göstərir və göstərməyə davam edəcəkdir. Bu isə əqli mülkiyyətin gələcək təkamülünü, onun beynəlxalq arxitekturasını anlamaq baxımından vacibdir. Əqli mülkiyyətin dəyişən konteksti paradiqmasından müəlliflik hüququ nəzərə alınmadığı halda sosial effektin və kreativ industriyanın payından imtina edilmiş olunur. Bu mənada müasir əqli mülkiyyət institutunda iqtisadiyyat və sosiologiya fəal rol oynadığı halda, hüquq (yurisprudensiya) sistemli əhəmiyyətə malikdir. Əqli mülkiyyət institutunun sinergetik və emercent xüsusiyyətlərinin sistemli şəkildə dərki məhz bundadır və bu, həmin institutun iqtisadi və sosioloji mahiyyətinin hüquq ilə yanaşı dərk edilməsini tələb edir.
Sənaye mülkiyyəti sahəsində Azərbaycanın təcrübəsi, ilk növbədə, Əqli Mülkiyyət Agentliyində fəaliyyət göstərən PƏNAH sisteminin yaradılması və müvafiq xidmətlər göstərməsi də diqqət mərkəzində olub, Özbəkistan tərəfinin rəqəmsallaşdırılmış bu xidmətlə əlaqədar sualları cavablandırılıb.
Azərbaycan tərəfinə Özbəkistanın Ədliyyə Nazirliyinin Əqli Mülkiyyət Departamentinin səlahiyyətləri və fəaliyyəti barədə, eləcə də bu ölkənin müəlliflik hüququ sahəsində qanunvericiliyi barədə müfəssəl məlumatlar verilib.
Tərəflər kadrların hazırlığı sahəsində əməkdaşlıq və təcrübə mübadiləsinin həyata keçirilməsi məsələlərini də müzakirə ediblər. Bu çərçivədə Özbəkistan mütəxəssislərinin yaxın zamanlarda Azərbaycana ezam olunması, həmçinin qarşı tərəfin qanunvericilik təcrübəsi ilə tanış olmaq üçün Əqli Mülkiyyət Agentliyinin əməkdaşlarının Özbəkistana səfəri barədə razılıq əldə edilib.
Görüşdə Azərbaycan tərəfi yüksək səviyyəli qəbula görə minnətdarlığını bildirib. Qeyd edilib ki, iki qardaş xalq və ölkə arasında tarixən qurulan münasibətlər hər iki dövlətin rəhbərlərinin siyasi iradəsi nəticəsində yüksələn xətt ilə inkişaf etdirilir.
Qeyd edək ki, memorandum iki ölkə arasında tarixi, mədəni, elmi-texniki, ticarət-iqtisadi əlaqələrin inkişafı prosesində müəlliflik hüququ və əlaqəli hüquqların qarşılıqlı şəkildə etibarlı qorunmasının təmin olunması zəruriliyindən irəli gəlir və bununla əlaqədar mütəmadi qaydada informasiya, təcrübə mübadiləsi, birgə təlimlərin və digər tədbirlərin keçirilməsi mexanizminin yaradılması ilə Azərbaycan və Özbəkistanın mövcud əqli mülkiyyət sistemlərinin gücləndirilməsini nəzərdə tutur.
Bu memorandumun imzalanması Özbəkistanla Azərbaycan arasında qarşılıqlı əməkdaşlıq fəaliyyətinə nümunə olmaqla, tərəflər arasında əqli mülkiyyət sahəsində əlaqələrin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasının göstəricisidir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 36 yoluxma faktı qeydə alınıb
29 Iyun
Azərbaycan Prezidenti İlham Əliyev Aşqabadda Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görü...
29 Iyun
Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı keçirilib Azərbaycan Prezi...
29 Iyun
Mütəxəssis: Uşaqlarda yemək tərbiyəsini formalaşdırmaq lazımdır
29 Iyun
Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berd...
29 Iyun
İran Prezidenti İbrahim Rəisi: Xəzər dənizi sahilyanı ölkələrin ümumi irsidir
29 Iyun
Səfir: Avropa İttifaqı su ehtiyatlarının idarə olunması sahəsində Azərbaycanın ən önəmli tərəfdaşlar...
29 Iyun
Rusiyanın ikinci ən varlı iş adamına Böyük Britaniya hökuməti tərəfindən sanksiya tətbiq edilib...
29 Iyun
Səfirlik David Babayanın Rusiyaya səfəri ilə bağlı xəbərlərə aydınlıq gətirib
29 Iyun
Leyla Abdullayeva Ermənistan Baş Qərargah rəisinin müavininin açıqlamasını şərh edib
29 Iyun
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!