18 Sentyabr 2024 08:20
580
İQTİSADİYYAT
A- A+
Azərbaycanın xidmət sektoru beynəlxalq platformaya çıxır 

Azərbaycanın xidmət sektoru beynəlxalq platformaya çıxır 


Bu gün çoxşaxəli iqtisadi siyasət kursuna malik olan Azərbaycan regionun lider ölkəsi olmaqla yanaşı, həm də müasir beynəlxalq münasibətlər sistemində etibarlı ticarət tərəfdaşı kimi tanınır. Həmin tərəfdaşlıq nüfuzlu beynəlxalq maliyyə qurumları ilə səmərəli, qarşılıqlı və faydalı əməkdaşlıq əlaqələrinin formalaşmasında böyük rol oynayır. 

Sahib olduğu resurslardan səmərəli istifadə edən Azərbaycan həmçinin ayrı-ayrı əməkdaşlıq platformaları çərçivəsində öz mövqeyini qoruyub saxlayır. Məlumdur ki, beynəlxalq maliyyə təşkilatlarının əsas məqsədi ölkələr arasında əməkdaşlığı inkişaf etdirmək, azad bazar iqtisadiyyatına keçid məqsədilə inkişaf edən ölkələrdə iqtisadi inkişaf və yenidənqurmanı müdafiə etmək, maliyyə sabitliyini qorumaq, ticarət əlaqələrini çoxtərəfli, bərabərhüquqlu əsasda genişləndirməkdir. İqtisadiyyatı zəif olan ölkələrə yardım əli uzatmaq, inkişaf etməkdə olan ölkələrdə isə tərəqqini və islahatları müdafiə etmək də həmin təşkilatların vəzifələri sırasındadır. Bundan başqa, dünya ticarətini çoxtərəfli, bərabər hüquqlu əsasda genişləndirmək, əməkdaşlığın əsas istiqamətlərini və mexanizmini müəyyən etmək kimi qlobal fəaliyyətlər də bu qurumların gündəliyində dayanır. 

Bu baxımdan  demək olar ki, Azərbaycanın  xarici ticarət dövriyyəsi - idxal-ixrac əməliyyatları beynəlxalq münasibətlərin, iqtisadi əlaqələrin genişlənməsində mühüm önəm daşıyır. Azərbaycanın ixrac strukturunda qeyri-neft məhsullarının, o cümlədən ərzaq mallarının çəkisinin artması özlüyündə çox müsbət faktdır. Məlumat üçün bildirək ki, ölkəmizdə qeyri-neft sektorunun davamlı inkişafı ilə bağlı həyata keçirilən tədbirlər nəticəsində bu səhədə rəqabətqabiliyyətli məhsulların istehsalına xüsusi diqqət yetirilir. Artıq bu cür məhsullara dünya bazarlarında maraq getdikcə artır. Prezident İlham Əliyev hələ iki il öncə keçirdiyi müşavirələrin birində bu vacib məqama belə qiymət vermişdir: "Bir neçə il bundan qabaq mən qarşıya vəzifə qoymuşdum ki, biz əsas ərzaq məhsulları ilə özümüzü təmin edək. Bu istiqamətdə böyük işlər görülüb. Bizim indi satış məntəqələrimizdə satılan məhsulların, yəni ərzaq məhsullarının böyük əksəriyyəti, mütləq əksəriyyəti Azərbaycanda istehsal olunan məhsullardır. Azərbaycanda indi kənd təsərrüfatı emalı sənayesində elə gözəl məhsullar istehsal olunur ki, Avropa ölkələrinə də, Amerikaya da ixrac edilir". 

Son vaxtlar  potensial ixrac bazarı ölkələrində Azərbaycan Ticarət evlərinin yaradılması bu istiqamətdə görülən mühüm işlər sırasındadır. Paralel olaraq Azərbaycan məhsulları xarici ölkələrdə təşkil olunan sərgilərdə də uğurla nümayiş etdirilir və böyük maraqla qarşılanır. Həmin sərgilərdə nümayiş olunan məhsullar Azərbaycanda qeyri-neft sektorunun inkişafından, bu sektorun tərkibində kənd təsərrüfatı və ərzaq məhsullarının payının artmasından soraq verir. Sərgilənən digər məhsullar isə sübut edir ki, ölkəmizdə qeyri-neft sənayesinin inkişafına da xüsusi fikir verilir, mövcud resursların istehsala cəlb edilməsi, qabaqcıl texnologiyaların daha geniş tətbiqi üçün sistemli tədbirlər həyata keçirilir. 

Bu fakt bir neçə gün əvvəl Pekində keçirilən Azərbaycanın da iştirak etdiyi Çin Beynəlxalq Xidmətlər Sərgisində (CIFTIS) bir daha təsdiqləndi. Məlumat üçün bildirək ki, 2012-ci ildən keçirilən 

CIFTIS-in əsas təşkilatçıları Çinin Kommersiya Nazirliyi və Pekin meriyasıdır. Dünya Ticarət Təşkilatı, BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı isə CIFTIS-i daim dəstəkləyən qurumlardır. Sərgi Çin üçün açıq platforma rolunu oynayan, xidmətlərin inkişafını təşviq edən əhəmiyyətli tədbir olmaqla yanaşı, beynəlxalq ticarət və iqtisadi inkişaf üçün mühüm bir platforma hesab olunur. Çin bu sərgi vasitəsilə qlobal əməkdaşlığı dərinləşdirir və innovasiyaları təşviq edir. CIFTIS-in rolu, müxtəlif ölkələr arasında əlaqələri gücləndirmək və ticarət xidmətlərini genişləndirmək üçün vacib bir vasitədir. Bu platforma dünyanın müxtəlif ölkələri üçün yeni imkanlar və əməkdaşlıq yolları açır. Azərbaycan belə mühüm platformada ardıcıl olaraq 6 ildir ki, iştirak edir və özünün xidmət sektorundakı uğurlarını və potensialını nümayiş etdirir. 

Bu il sərgidə 80-dən çox ölkə və beynəlxalq təşkilat iştirak etdirdi. "Qlobal xidmətlər, ortaq rifah" mövzusu ilə keçirilən sərgidə 100-dən çox forum və tədbir təşkil olunmuşdu. Azərbaycan stendində investorlara göstərilən xidmətlər və dəstək mexanizmləri, nəqliyyat xidmətləri, turizm sektoru, kino çəkilişləri sahəsindəki imkanlar, eləcə də kosmik sənaye sahəsində təklif olunan xidmətlər haqqında məlumatlar yer almışdı. Bununla yanaşı, stenddə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında, Ələt Azad İqtisadi Zonasında və sənaye parklarında investorlar üçün yaradılan münbit şərait və təklif olunan imtiyazlar haqqında geniş məlumat təqdim edilmişdi. Stend Azərbaycanın beynəlxalq arenada xidmətlərini tanıtmaq və yeni əməkdaşlıq imkanları yaratmaq məqsədinə xidmət edirdi.

Ümumilikdə beynəlxalq iqtisadi əməkdaşlığın inkişafı, xüsusən xidmət sahəsində imkan və perspektivlərimizin təqdimatı baxımından Azərbaycanın CIFTIS-də növbəti iştirakını da səmərəli hesab etmək olar. 


Züleyxa ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib

14:35
06 Oktyabr

Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq

14:33
06 Oktyabr

Məzahir Pənahov: Azərbaycanın böyük nümayəndə heyəti Qazaxıstan referendumunu müşahidə edir

13:55
06 Oktyabr

FHN-in amfibiya tipli təyyarəsi Türkiyədə yanğınsöndürmə əməliyyatını davam etdirir

12:47
06 Oktyabr

Qazaxıstanda referendum keçirilir

12:30
06 Oktyabr

Donald Tramp sui-qəsdə məruz qaldığı yerdə yenidən seçiciləri ilə görüşüb

10:35
06 Oktyabr

Volodimir Zelenski: Ukrayna üçün sülhə zəmanət ərazi güzəşti olmadan verməlidir

10:31
06 Oktyabr

430 il əvvəl...

08:35
06 Oktyabr

Bir gün balıq ovunda…

08:30
06 Oktyabr

Əgər COP29-un iştirakçıları Balaxanıya gəlsələr...

08:25
06 Oktyabr

İlham ƏLİYEV: "Azərbaycan ərazi bütövlüyünü təkbaşına bərpa edir"

08:20
06 Oktyabr

Qərbi Azərbaycana qayıdış milli ideyamızın ayrılmaz hissəsidir

08:15
06 Oktyabr

ABŞ-nin riyakarlığı

08:10
06 Oktyabr

Azərbaycan sabitlik məkanıdır

08:05
06 Oktyabr

Eviniz mübarək, eliniz abad olsun

08:00
06 Oktyabr

Çin sərhədindən Abşerona qədər yükdaşımaların müddəti 9 günədək azaldılıb

01:58
06 Oktyabr

"Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında 2 mindən çox iş yeri yaradılacaq

01:57
06 Oktyabr

"Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında 

01:55
06 Oktyabr

S.K.Hacıyevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında

01:54
06 Oktyabr

Bu il "Ümumdünya kosmos həftəsi" kosmos və iqlim dəyişmələri mövzusuna həsr olunub 

01:49
06 Oktyabr

BANM-də innovativ ideya və həllər müsabiqəsi başa çatıb 

01:47
06 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!