Azərbaycanın üzv olduğu "OPEC+"la əməkdaşlığı qarşılıqlı maraqlara yönəlib
Bu günlər Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin onlayn formatda 34-cü iclası keçirilib. İclasda Azərbaycan da cari ilin oktyabrında qəbul edilmiş qərarın qüvvədə saxlanılmasına razılıq verib.
Energetika Nazirliyindən verilən məlumatda bildirilir ki, beləliklə, "Əməkdaşlıq Bəyannaməsi"nin iştirakçı ölkələrinin cari ilin avqust ayındakı kvotalarına nəzərən müəyyənləşdirilmiş öhdəlikləri sabit saxlanılır: "Azərbaycanın da ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min barel həcmində olmaqla dəyişməz qalır".
Dünya enerji bazarında özünü etibarlı tərəfdaş kimi təsdiqləmiş Azərbaycanın "OPEC+" formatındakı təşəbbüsləri də daim yüksək qiymətləndirilir. Belə ki, ölkəmiz "OPEC+"un fəal üzvlərindəndir. Prezident İlham Əliyev bunu 2020-ci ilin fevralında 56-cı Münhen Təhlükəsizlik Konfransında da xatırladaraq demişdir: "Onların görüşlərindən biri bizim dəvətimizlə Bakıda keçirilib. Həmçinin 2016-cı ildə Davosda "Neftin qiyməti ilə bağlı nə etmək olar?" sualı veriləndə mən dedim, yaxşı olar ki, əsas qeyri-OPEC ölkələri və OPEC ölkələri bir araya gələrək razılaşsınlar. Mən şadam ki, bu, baş verdi. Düşünürəm ki, bu, davam etməlidir. Xüsusilə indi bu koronavirus vəziyyəti ilə bağlı, - cənab Birol çox maraqlı məlumat verdi, - neft istehsal edən ölkələrdə bütün çətinliklərə baxmayaraq, neftin qiymətinin nəyə görə aşağı olması və bundan da aşağı səviyyəyə düşə bilməsini nəzərə alaraq düşünürəm ki, "OPEC+" əməkdaşlığının davam etdirilməsi çox vacibdir. Çünki bu gün bizdə vəziyyət elədir ki, OPEC və qeyri-OPEC ölkələri bir təşkilatda fəaliyyət göstərir. Bizim bundan başqa belə təşkilatımız və əməkdaşlığımız yoxdur. Bəzən bir təşkilat daxilində razılığa gələ bilmirlər. Bizdə isə bu nadir format var və biz bunu əldən buraxmamalıyıq".
Xatırladaq ki, OPEC - Neft İxrac edən Ölkələr Birliyidir. Bu təşkilat neft ixrac edən ölkələr tərəfindən neftin qiymətinin tənzimlənməsi məqsədilə yaradılıb. Onun üzvləri iqtisadiyyatı əsasən neftdən asılı olan dövlətlərdir. 1960-cı il sentyabr ayında Bağdadda keçirilən konfransda yaradılan OPEC qeyri-hökumət təşkilatı kimi daimi fəaliyyət göstərir.
Yeri gəlmişkən, OPEC-in 60 illiyinə həsr olunmuş xüsusi bülletendə Azərbaycanın Energetika naziri Pərviz Şahbazovun da qeydləri dərc olunmuşdu. Məqalədə birlik, həmrəylik və əməkdaşlığın OPEC-in 60 illik fəaliyyətində bütün məram və məqsədlərinin zirvəsini təşkil etdiyi, OPEC ideyasının reallığa çevrilməsinin neft ölkələri arasında əməkdaşlığa inamın nəticəsi olduğu vurğulanmışdı. Eləcə də Azərbaycanın "OPEC+" formatı çərçivəsində təşkilatla əməkdaşlığından bəhs olunmuşdu. Həmçinin qeyd edilmişdi ki, hazırkı çətin sınaqlar dövründə OPEC və qeyri-OPEC ölkələrinin əməkdaşlığı və həmrəyliyi təşkilata ən gözəl yubiley hədiyyəsidir.
Bu il avqustun 1-dən etibarən OPEK-in baş katibi vəzifəsini Haysam əl-Qays icra etməyə başlayıb. O, bu vəzifəyə OPEK-in 2022-ci il yanvarın 3-ü keçirilmiş xüsusi iclasında üç il müddətinə təyin olunub.
Onu da qeyd edək ki, "OPEC+" ölkələri nazirlərinin növbəti görüşünün gələn il iyunun 4-də keçirilməsi razılaşdırılıb.
Flora SADIQLI,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
20 Aprel
"Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan...
20 Aprel
"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respubli...
20 Aprel
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq ed...
20 Aprel
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edil...
20 Aprel
"Səba" ASC-nin səhmdarlarının nəzərinə!
20 Aprel
ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb
20 Aprel
Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri ke...
20 Aprel
İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb
19 Aprel
“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT
19 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!