Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
Prezident İlham Əliyevin "Gəlsinlər, bizim təcrübəmizi öyrənsinlər" çağırışı bu reallığı tam əks etdirir
"Kim nə deyirsə-desin, hansı uydurma ortaya atırsa-atsın, Azərbaycan demokratiya yolu ilə gedir. Bizdə azad seçki, şəffaf referendum keçirilir. Biz bir çox ölkələr, xüsusilə özlərini demokratiyanın beşiyi sayan ölkələr üçün nümunə ola bilərik. Gəlsinlər, bizim təcrübəmizi öyrənsinlər".
Son onilliklərdə Azərbaycanda seçki sistemi daha da təkmilləşdirilib və dövlət başçısının da söylədiyi kimi, qazandığımız seçki təcrübəsi bir çox ölkələr üçün nümunə ola bilər. Çünki Azərbaycanda son
31 ildə keçirilən azad, ədalətli, şəffaf seçkilər ölkəmizin demokratik dəyərlərə sadiqliyini bir daha dünyaya nümayiş etdirib.
Azərbaycanda Seçki Məcəlləsi 2003-cü ilin may ayında təsdiq edilib. Ötən 21 il müddətində Seçki Məcəlləsinə 26 dəfə əsaslı dəyişikliklər edilib ki, bütün bunlar da seçkilərin azad, ədalətli keçirilməsini, vətəndaşların seçki hüququnun etibarlı təminatını şərtləndirib. Seçki Məcəlləsi şəffaf və demokratik seçkilərin keçirilməsi üçün daha möhkəm hüquqi bazis yaradıb.
Bütün bu reallıqların səbəbi həm də odur ki, Azərbaycanın Seçki Məcəlləsi aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində hazırlanıb və hər il getdikcə daha da təkmilləşdirilib. Bu prosesdə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Avropa Şurasının Venesiya Komissiyası və Beynəlxalq Seçki Sistemləri üzrə Fondla sıx əməkdaşlıq qurulub və onların təklifləri, tövsiyələri nəzərə alınıb.
Azərbaycan hakimiyyəti demokratik seçkilərin keçirilməsi üçün nüfuzlu beynəlxalq təşkilatlarla daim əməkdaşlıq edib və proses bu gün də davam edir. Belə ki, ölkəmizdə keçirilən seçkilərdə beynəlxalq müşahidəçilərin iştirakı üçün dəvət məktubları göndərilir. Seçkilərdə iştirak edən beynəlxalq müşahidəçilər isə həm seçkiöncəsi mühit, həm də seçki günü şahidlik etdikləri prosesləri hesabatlarında əks etdirirlər.
Təkcə bu ilin fevral ayında Azərbaycanda keçirilən və Zəfər seçkiləri adlandırılan prezident seçkiləri ilə bağlı beynəlxalq müşahidəçilərin təqdim etdikləri hesabatlara nəzər yetirsək, reallıqları aydın şəkildə görə bilərik. Xatırladaq ki, bu seçkilər suverenliyini, ərazi bütövlüyünü təmin etmiş Azərbaycanda keçirilən ilk prezident seçkiləri idi. Qarabağ və Şərqi Zəngəzurda da seçkilərin keçirilməsi tarixi hadisə sayılırdı. Seçkilərdən sonra beynəlxalq müşahidəçilərin təqdim etdikləri hesabatlarda seçkilərin bütün ölkə üzrə dinc və nizamlı şəkildə, eləcə də beynəlxalq standartlara və Seçki Məcəlləsinin tələblərinə uyğun keçirildiyi bildirildi. Mərkəzi Seçki Komissiyasının seçki prosesinə hazırlığı effektiv qiymətləndirildi. Seçki məntəqələrində veb-kameraların quraşdırılması təqdirəlayiq hal kimi dəyərləndirildi.
Hazırda isə Azərbaycan parlament seçkilərinə hazırlaşır. Sentyabrın 1-də ölkəmizin müstəqillik dövründə sayca 7-ci parlament seçkiləri keçiriləcək. Bu, həm də ərazi bütövlüyümüzün, suverenliyimizin tam təminatından sonra işğaldan azad edilmiş ərazilərimizdə təşkil edilən ilk parlament seçkiləridir. Milli Məclisə seçkilərlə əlaqədar 46 ölkə və 29 qurumdan ümumilikdə 267 beynəlxalq müşahidəçi qeydə alınıb. MSK-nın son iclasında sədr Məzahir Pənahov bildirib ki, seçkilərlə əlaqədar yerli müşahidəçilərin sayı 50 min 699 nəfərdir (bu say hər gün artır). Müşahidəçilərdən 5831 nəfəri Mərkəzi Seçki Komissiyasında, 44 min 868-i isə dairə seçki komissiyalarında qeydiyyatdan keçiblər.
Onu da deyək ki, bütün seçkilərdə olduğu kimi, bu seçkilərdə də şəffaflığın təmin edilməsi baxımından əhəmiyyətli tədqiqat növü hesab olunan "exit-poll" da keçiriləcək. Hər kəsə bəllidir ki, anonim keçirilən bu sorğu prosesi kimin qalib gəldiyini operativ və obyektiv şəkildə müəyyənləşdirməyə imkan verir. Ölkəmizdə son illərdə bu sistem uğurla tətbiq olunur.
Növbədənkənar parlament seçkilərində də "exit-poll" keçirəcək təşkilatlar artıq müəyyənləşdirilib. Vətəndaşların Əmək Hüquqlarını Müdafiəsi Liqası ABŞ-dən olan tərəfdaşı (ORACLE ADVISORY GROUP) ilə birlikdə, "Tərəqqi" Sosial Tədqiqatlar İctimai Birliyi isə SWG S.P.A Tədqiqatlar Şirkəti (İtaliya) ilə birgə "exit-poll" həyata keçirəcəklər.
Qanunvericiliyə əsasən Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən "exit-poll" keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədlər səsvermə gününə ən azı 20 gün qalanadək qəbul edilir. "Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"nda bu müddət 2024-cü il avqustun 12-dək nəzərdə tutulmuşdu. Yəni akkreditasiya prosesi artıq başa çatıb.
Seçki kampaniyalarının əsas mərhələlərindən biri namizədlərin seçkiqabağı təşviqatının həyata keçirilməsidir. Artıq prosesə start verilib. Avqustun 9-da başlayan kampaniya avqustun 31-i saat 08:00-da dayandırılacaq.
Seçkilərlə əlaqədar 46 ölkədən ümumilikdə 267 beynəlxalq müşahidəçinin parlament seçkilərini izləyəcəyi onu deməyə əsas verir ki, bu dəfə də seçkilərə böyük maraq var. Gerçəkləşdirilən çoxsaylı irimiqyaslı layihələr onu göstərir ki, seçkilər tam demokratik, ədalətli və şəffaf keçiriləcək. Seçicilər onlar üçün yaradılmış geniş imkanlardan səmərəli istifadə edərək azad və sərbəst şəkildə öz konstitusion hüquqlarını reallaşdıracaqlar. Parlament seçkiləri həm də Azərbaycanın demokratik seçki prosesinin növbəti təntənəsi olacaq.
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"
Əhliman Əmiraslanov: Sabah Şuşada türk dövlətlərinin səhiyyə nazirləri arasında görüş keçiriləcək
Vüqar Qurbanov: Bu yaxınlarda Şəki şəhərində ürək mərkəzi fəaliyyətə başlayacaq
Zurabişvilinin impiçmenti müzakirəyə çıxarılır
Çinə aid avtomobil karvanı partladıldı
Sabah daha bir yağmursuz payız havası gözlənilir
Viktor Ambros və Qeri Ruvkun fiziologiya və tibb sahəsində Nobel mükafatına layiq görüldülər
“Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin iclası keçirilib
Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası başlayıb
"İnanıram ki, daha yaxşı nəticələr bizi gözləyir" - Qurban Qurbanov
XİN: Səkkiz Azərbaycan vətəndaşı repatriasiya edilib
Hərbi əməliyyatların idarə olunmasında beynəlxalq qaydalar üzrə yüksək səviyyəli seminar keçirilir - YENİLƏNİB
“Neftçi” Rusiyada 5 klub dəyişmiş baş məşqçini gətrmək istəyirmi? - AÇIQLAMA
Ukrayna F-16-ların ilk partiyasını aldı
AZAL COP29 ərəfəsində xüsusi endirimlər təklif edir
Azərbaycanda regional anbarların yaradılması təklif olunur
Okeanın dibində nəhəng asteroid aşkarlandı
Afrikada meymunçiçəyinə yoluxma artıb
Türkiyədə “Kızılelma” hərbi PUA-nın kütləvi istehsalına başlanılıb
“Sabah” qəzeti: Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin intensiv tikintisi davam edir
Dünyanın ən çox maaş alan lideri açıqlandı
“Azəri-Çıraq-Günəşli”nin builki gəlirləri açıqlanıb
Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib YENİLƏNİB30 Sentyabr 2024
İnkişaf büdcəsi29 Sentyabr 2024
Prezident İlham Əliyev bir daha bəyan etdi28 Sentyabr 2024
Zəfərlə anırıq...27 Sentyabr 2024
VƏTƏNİN ŞƏHİD BALALARI27 Sentyabr 2024
Azərbaycan yeni strateji dövrdə26 Sentyabr 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!