Azərbaycanın ianə etdiyi 100 min doza “Sinovac” peyvəndi Burkina-Fasoya çatdırılıb
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım İdarəsinin (AIDA) əlaqələndirməsi ilə dekabrın 6-da Azərbaycanın ianə etdiyi 100 min doza “Sinovac” peyvəndi Burkina-Fasoya çatdırılıb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, Afrika dövlətlərinin COVID-19 ilə mübarizəsinə Türk Dövlətləri Təşkilatı çərçivəsində dəstək göstərilməsi məqsədilə cari ilin sentyabr ayında irəli sürülən təşəbbüs təşkilatın sədri qismində Azərbaycan tərəfindən tam dəstəklənib və Prezident İlham Əliyevin müvafiq göstərişi əsasında yardım məqsədilə 100 min doza peyvənd təşkilatın Türkiyədə keçirilən sammitindən bir neçə gün öncə İstanbula çatdırılıb.
Təşəbbüsə dəstək olaraq Azərbaycanla yanaşı, Türkiyə 200 min, Özbəkistan 100 min və Macarıstan 211 min 200 doza peyvənd ianə edib. Macarıstan tərəfindən Toqoya ianə edilən peyvəndlər də daxil olmaqla, ümumilikdə, 611 min 200 doza peyvənd Türkiyə tərəfinin logistik dəstəyi ilə dünən qeyd olunan Afrika dövlətlərinə təhvil verilib.
Qlobal səviyyədə COVID-19 ilə mübarizədə Azərbaycanın fəal rolu və ehtiyacı olan ölkələrə dəstəyinin nümunəsi kimi dəyərləndirilən bu töhfə xalqımızın yardımsevərlik ənənələri əsasında Prezident İlham Əliyev tərəfindən atılan növbəti humanist addımdır.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb ol...
18 Aprel
"Günay Sığorta" ASC
18 Aprel
Azərbaycan Kuboku: "Neftçi" finalda "Xəzri"yə rəqib olub
17 Aprel
Keniyada səhiyyə işçilərinin tətili davam edir
17 Aprel
Fələstinin BMT-yə üzvlüyü Təhlükəsizlik Şurasında səsverməyə çıxarılacaq
17 Aprel
Romario 58 yaşında futbolçu karyerasını bərpa edib
17 Aprel
Türkiyənin 9-cu gəmisi Qəzzaya yola düşüb
17 Aprel
Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Heydər Əliyev Mərkəzində olub
17 Aprel
Zelenskinin iştirakı ilə Ukrayna-NATO Şurasının növbəti iclası keçiriləcək
17 Aprel
Sergey Markov: Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması iki ölkə arasındakı razılaşmalara əs...
17 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!