02 Oktyabr 2022 01:12
530
İQTİSADİYYAT
A- A+

Azərbaycanın dünyada təbliğinə töhfə

 

Heydər Əliyev Fondu və bp şirkəti Azərbaycanın qədim və zəngin tarixini və mədəniyyətini təbliğ edən yeni bir filmi ictimaiyyətə təqdim ediblər. Heydər Əliyev Fondu və bp-nin birgə dəstəyi ilə ərsəyə gəlmiş  "Dünya xəzinələri - Azərbaycan" adlı filmin premyerası Heydər Əliyev Mərkəzində təxminən 1000 nəfərlik auditoriyanın iştirakı ilə baş tutub.
Film Bakı, Şuşa, Qobustan və Şəkinin ecazkar və əsrarəngiz tarixi və mədəni irs xəzinələrini təqdim edir və Azərbaycanın misilsiz mədəni irsinin beynəlxalq miqyasda təbliğinə növbəti bir töhfədir.
bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz deyib: "Bu, çox sayda insanın dəstəyi ilə ərsəyə gəlmiş möhtəşəm bir filmdir. Azərbaycanın mədəni irsinin dünya ictimaiyyətinə mükəmməl şəkildə təqdim edilməsində əməyi olan bütün insanlara minnətdarlığımızı bildiririk. Azərbaycandakı fəaliyyətimizin 30-cu ildönümündə hökumət, SOCAR və tərəfdaşlarımızla birlikdə əldə etdiyimiz möhtəşəm nailiyyətlərə bir daha nəzər saldığımiz bir vaxtda Azərbaycanın beynəlxalq miqyasda təbliğinə bu böyük töhfəni verə biləcəyimizdən qürur və şərəf duyuruq. Ümid edirik ki, milyonlarla insan Azərbaycanı dünyanın mədəniyyət xəzinəsinin bir incisi kimi təqdim edən bu filmdən böyük zövq alacaq".
Filmin müəllifi tarixçi, yazıçı, aparıcı və möhtəşəm "Dünya xəzinələri" sənədli filmlər silsiləsinin ssenari müəllifi və təqdimatçısı professor Bettani Hyuzdur. Professor Hyuz ölkəmizin tarixini və mədəniyyətini araşdırmaq və özünün əsrarəngiz filmlərindən birini Azərbaycanın möcüzəvi mədəniyyət xəzinəsinə həsr etmək üçün iyun ayında Azərbaycana səfər etmiş və çəkilişlər aparmışdı.  
Film artıq BBC telekanalı vasitəsilə "İpək yolu" və "Odlar yurdu" adlanan iki hissədə beynəlxalq  ictimaiyyətə çatdırılıb. Azərbaycan auditoriyası üçün bp və Heydər Əliyev Fondu filmin Azərbaycan və ingilis dillərində 60 dəqiqəlik tam versiyasını hazırlayıb və onu ictimai yayım üçün yerli telekanallara təqdim etməyi planlaşdırır.
Heydər Əliyev Fondu və bp-nin tərəfdaşlığı ilə hazırlanan film Böyük Britaniyanın "Sandstone Global Productions" şirkəti tərəfindən Bakı Media Mərkəzinin dəstəyi ilə ərsəyə gəlib.
Layihənin ümumi dəyəri 300 min funt sterlinqdir.
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video