Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
Bakı Enerji Həftəsi enerji sektorunda yeni əlaqələrin inkişafına xidmət edən tədbirlərlə əlamətdar oldu
Bu həftə paytaxtımız növbəti mötəbər beynəlxalq tədbirə - Bakı Enerji Həftəsinə evsahibliyi etdi.
4-6 iyunda keçirilən, həmişə olduğu kimi, enerji sahəsində mühüm hadisəyə çevrilən Bakı Enerji Həftəsi bir daha Azərbaycanın enerji diplomatiyasının təntənəsinə çevrildi.
37 ölkədən 300-dək şirkətin iştirakı Bakı Enerji Həftəsinin qlobal miqyasda qəbul edilən, enerji sahəsində yeni əməkdaşlıqlara yol açan bir tədbir olduğunu göstərdi.
Diqqət Azərbaycanın uğurlarına yönəldi
Bakı Enerji Həftəsinin qlobal miqyasda aktuallığını artıran əsas məqamlardan biri özündə bir neçə tədbiri birləşdirməsidir. Belə ki, bu tədbir çərçivəsində Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin, Xəzər Beynəlxalq Energetika və "Yaşıl Enerji" Sərgisinin və Bakı Enerji Forumunun keçirilməsi Bakı Enerji Həftəsinə olan qlobal marağı daha da artırırdı.
Təsadüfi deyil ki, bu tədbir çərçivəsində təşkil olunan sərgilər şirkətlərə öz məhsullarını nümayiş etdirmək üçün əla fürsət yaratdı. 600-dən çox nümayəndənin iştirak etdiyi Bakı Enerji Forumunda isə həm Azərbaycan, həm də Xəzər regionu üçün vacib olan enerji məsələləri gündəmdə oldu.
1994-cü ildən bəri hər il keçirilməklə ənənə halını alan bu tədbir enerji sənayesində çalışan şirkətləri və onların liderlərini bir araya gətirir. Artıq 30 ildir ki, bu tədbir enerji sahəsində aparıcı şirkətlərin təmsilçilərinin görüş yerinə çevrilib və burada gələcək əməkdaşlığa dair memorandumlar, eləcə də saziş və müqavilələr imzalanıb. Ən əsası isə bütün dünyanın diqqətini Azərbaycana, onun uğurlarına yönəldir.
Budəfəki sərgidə Azərbaycanla yanaşı, enerji sahəsində fəaliyyət göstərən şirkətləri ilə tanınan ABŞ, Rusiya, Çin, Səudiyyə Ərəbistanı, Almaniya, Avstraliya, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çin, Əlcəzair, Finlandiya, Fransa, Hindistan, İsrail, İsveç, İtaliya, Latviya, Qazaxıstan, Qətər, Macarıstan, Monako, Niderland, Norveç, Türkiyə, Yaponiya kimi dövlətlərin şirkətləri iştirak edirdilər. Prezident İlham Əliyevin tədbirin açılış mərasimində iştirakı və çıxışı, o cümlədən müxtəlif dövlət başçılarının təbrik məktubları Bakı Enerji Həftəsinin yüksək, həm də qlobal statusunu təsdiq edir.
İlham ƏLİYEV: "Sözümüz imzamız qədər dəyərlidir"
Bakı Enerji Həftəsinin əsas hadisəsi Prezident İlham Əliyevin 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - "Caspian Oil&Gas" və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - "Caspian Power" sərgilərinin rəsmi açılış mərasimindəki çıxışı oldu. 1994-cü ildə I Xəzər Neft və Qaz Sərgisinin keçirilməsindən və "Əsrin müqaviləsi"nin imzalanmasından sonra Azərbaycanın neft-qaz sənayesindəki uğurlarına diqqət çəkən Prezident İlham Əliyev bütün bunların iqtisadiyyatımıza bir nəfəs verdiyini, eyni zamanda vaxtilə təbii qazı idxal edən ölkəmizin indi onu ixrac etdiyini bildirdi. Eyni zamanda dövlət başçısı bir neçə ay bundan öncə keçirilmiş "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının toplantısında Azərbaycanın ümum-avropa qaz təchizatçısı adlandırılmasının həqiqət olduğunu dedi. Bəli, bu gün 6-sı Avropa ölkəsi olmaqla, 8 ölkə Azərbaycandan təbii qaz alır. Bu il isə Azərbaycanın təbii qaz ixracı 24 milyard kubmetrdən artıq olacaq.
Əlbəttə ki, Azərbaycan hər bir sahədə olduğu kimi, energi təhlükəsizliyi ilə bağlı məsələlərdə də etibarlı tərəfdaş olduğunu sübut edib. Bu barədə danışan Prezident İlham Əliyev bəyan etdi ki, bizim sözümüz imzamız qədər dəyərlidir: "İdxaldan asılı olan ölkələr, əlbəttə ki, ən etibarlı və uzunmüddətli tərəfdaşlar və müqavilələr axtarır. Onlar Azərbaycanın simasında məhz bunu əldə edirlər. Bizim sözümüz imzamız qədər dəyərlidir. Son 30 il ərzində imzalanmış bütün müqavilələr tam şəkildə icra olunub".
Azərbaycanda "yaşıl enerji"yə keçid sürətli və uğurludur
Artıq uzun müddətdir ki, Bakı Enerji Həftəsinin əsas mövzularından biri "yaşıl enerji"dir. Belə ki, ənənəvi enerji resursları sənayesini inkişaf etməkdə olan "yaşıl enerji" istiqamətləri ilə birləşdirən Bakı Enerji Həftəsi bu sahədə irəliləyişlərə və ən yaxşı təcrübələrə zəmin yaradır. Tədbir çərçivəsində təşkil olunan Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji sərgisində beynəlxalq və yerli şirkətlərin energetika və bərpaolunan enerji mənbələrinin inkişafı və istifadəsi sahəsindəki yeniliklər və bununla bağlı təkliflər gündəmdə olur. Budəfəki sərgidə günəş enerjisi, külək enerjisi, geotermal enerji, istilik energetikası, nüvə enerjisi, maşınqayırma və enerji avadanlıqları, elektrik nəqliyyat vasitələri və elektromobillər, enerji və resurslara qənaət edən texnologiyalar və digər sektorlar üzrə məhsul və xidmətlər, eləcə də yeni layihələr nümayiş edildi.
Azərbaycan neft-qaz sahəsində böyük uğurlar əldə etdiyi kimi, həm də bu sahədə irəliyə doğru baxan, yeni çağırışları reallaşdıran ölkədir. Bu baxımdan ölkəmizdə "yaşıl enerji" ilə bağlı çağırışların sürətlə reallaşması, başqa cür desək, bərpaolunan enerjiyə keçidin uğurlu olması bir daha Azərbaycanın mütərəqqi enerji siyasətindən xəbər verir. Bu məsələ "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də öz əksini tapıb. 2030-cu ilədək olan dövrdə "yaşıl artım" ölkəsinə çevrilmək sosial-iqtisadi inkişafa dair milli prioritetlərdən biri kimi müəyyənləşdirilib. Eləcə də işğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji" zonasının yaradılması ilə bağlı mühüm vəzifələr qarşıya qoyulub.
Sərgilərin rəsmi açılış mərasimində ölkəmizdə bu istiqamətdə görülən işlərə toxunan Prezident İlham Əliyev artıq ötən il "Masdar" şirkəti tərəfindən 230 meqavat gücündə günəş-elektrik stansiyasının istifadəyə verildiyini, hazırda bu sahədə iki layihənin işlənilməkdə olduğunu və Azərbaycanın bərpaolunan enerji potensialının 2 qiqavata yaxın olacağını bildirdi. Bura isə təkcə günəş və külək enerjisi daxildir. Bundan başqa, indiyədək işğaldan azad edilmiş ərazilərimizdə
270 meqavat həcmində hidroelektrik stansiyalar da istifadəyə verilib.
Bütövlükdə, Bakı Enerji Həftəsi maraqlı tədbirlərlə yadda qaldı. Keçirilmiş sərgilər və forum enerji sahəsində tərəfdaşlıq münasibətlərinin inkişafına töhfə verəcək, səmərəli işgüzar əlaqələrin qurulmasına gətirib çıxaracaq.
Rəşad CƏFƏRLİ,
"Azərbaycan"
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib YENİLƏNİB
Sabahın hava proqnozu açıqlanıb
“ASAN xidmət” mərkəzi efiopiyalı nazirdə yüksək təəssürat yaradıb
Azərbaycan və Belarus arasında “Kənd təsərrüfatı məhsullarının istehsalının inkişafına dair birgə tədbirlər üzrə Yol Xəritəsi” imzalanıb
Göldə gəmi qəzası: 78 nəfər batdı
Kim Çen In xəbərdarlıq etdi
Fernandu Santuş: Elə komanda qurmaq istəyirik ki, qələbələr çox, məğlubiyyətlər az olsun
DSMF: Doqquz ayda 75 mindən çox elektron arayış alınıb
Azərbaycan və Rusiya Xəzər dənizinin dayazlaşması məsələsi ilə əlaqədar ikitərəfli işçi qrup yaradıb
Nazir: Azərbaycanın məqsədi ədalət və bərabərliyə əsaslanan enerji keçidinə nail olmaqdır
COP29 Azərbaycan Əməliyyat Şirkəti beynəlxalq ISO 450001 sertifikatına layiq görülüb
Makrona artıq heç kim inanmır
Türkiyənin ədliyyə naziri Ulu Öndərin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi”ni ziyarət edib
ABŞ-də ölənlərin sayı 200 nəfərə çatdı
Avropanın Rusiyaya ehtiyacı var
Azərbaycanda 893 min hektar sahədə xüsusi mühafizə olunan təbiət əraziləri var
Bakıda “İqlim Fəaliyyəti üçün Yürüş” keçirilib
İcma: ABŞ konqresmenlərinin Azərbaycana qarşı qəbuledilməz mövqeyi açıq-aşkar şantajdır
Azərbaycan və Türkiyə Bakı-Tbilisi-Qars layihəsinin inkişafını müzakirə edib
Bakıda avtomobildən oğurluq edən şəxs saxlanılıb
Bu gün görkəmli bəstəkar Tofiq Quliyevin anım günüdür
Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib YENİLƏNİB30 Sentyabr 2024
İnkişaf büdcəsi29 Sentyabr 2024
Prezident İlham Əliyev bir daha bəyan etdi28 Sentyabr 2024
Zəfərlə anırıq...27 Sentyabr 2024
VƏTƏNİN ŞƏHİD BALALARI27 Sentyabr 2024
Azərbaycan yeni strateji dövrdə26 Sentyabr 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!