12 Oktyabr 2025 22:36
470
CƏMİYYƏT
A- A+
Azərbaycandakı multikultural və tolerant mühit yüksək qiymətləndirilib

Azərbaycandakı multikultural və tolerant mühit yüksək qiymətləndirilib


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə ABŞ-a səfəri çərçivəsində həmin ölkədə və dünyada ən nüfuzlu yəhudi din xadimlərindən biri olan Ravvin Artur Şnayerlə Nyu-York Park East sinaqoq kompleksində görüşüb.

Bu barədə AZƏRTAC-a QMİ-nin mətbuat xidmətindən məlumat verilib.

Görüşün əvvəlində A.Paşazadə Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın salamlarını Ravvin Artur Şnayerə çatdırıb. QMİ sədri və Fondun rəhbəri arasında yarım əsrə yaxın davam edən dostluq və əməkdaşlıq münasibətləri ruhunda baş tutan görüş zamanı müasir dövrdə dinlərarası dialoqa dair məsələlərə toxunulub.

Ravvin Şnayer hazırkı görüşün olduqca əlamətdar bir dövrdə - Azərbaycan və Ermənistan arasında sülhə dair sənədin imzalandığı, Yaxın Şərqdə sülhün bərqərar olacağının gözlənildiyi, həmçinin, yəhudi xalqının Sukkot bayramını qeyd etdiyi vaxtda keçirildiyindən öz sevincini ifadə edib. A.Şnayer bu il avqustun 8-də ABŞ Prezidentinin, Azərbaycan Prezidentinin və Ermənistan Baş nazirinin iştirakı ilə Ağ Evdə sənədin imzalanmasından öz xüsusi məmnuniyyətini bildirib, Cənubi Qafqazda, Fələstində, Qəzzada, habelə, yaxın gələcəkdə Ukraynada sülhün bərqərar edilib davamlı olması üçün dualar edib.

Şeyxülislam A.Paşazadə Ravvin A.Şnayerin Azərbaycana tarixi zəfər gətirən Vətən müharibəsindən öncə və sonra hər zaman haqqı və ədaləti dəstəklədiyinə toxunaraq, bununla da bölgədə sülhün bərqərar olunmasına töhfə verdiyini vurğulayıb.

Ravvin A.Şnayer şeyxülislam A.Paşazadə ilə uzun illər davam edən əməkdaşlığını, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevlə keçirdiyi görüşləri böyük rəğbətlə yada salıb.

A.Paşazadə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində hazırda irimiqyaslı yenidənqurma və bərpa işlərinin aparıldığını, Böyük Qayıdışın həyata keçirildiyi haqda Ravvin Şnayerə məlumat verib. Şeyxülislam vurğulayıb ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yüksək mənəvi dəyərlərin himayədarı olmasına, xristian və yəhudi dini abidələrinə Azərbaycanda ənənəvi olaraq diqqət və qayğı ilə yanaşılmasına bütün dünya şahiddir.

A.Şnayer, öz növbəsində, Azərbaycandakı multikultural və tolerant mühiti yüksək qiymətləndirdiyini qeyd edib.

Görüşdə iştirak edən BMT Baş katibinin müavini, Sivilizasiyalar Alyansının Ali Nümayəndəsi Migel Anhel Moratinos Ravvin Şnayeri və Şeyxülislam A.Paşazadəni dünya miqyaslı dini liderlər olaraq salamlayıb və bu görüşdə iştirak etməkdən məmnunluq duyduğunu ifadə edib. O, Azərbaycanın beynəlxalq dinlərarası dialoq prosesində, islamofobiya, antisemitizm və xristianofobiya ilə mübarizədə öncüllük etdiyini qeyd edib, bu müstəvidə Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi rol oynadığını alqışlayıb.

Görüşdə Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim iştirak edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Asiya İnkişaf Bankının nümayəndə heyətini qəbul edib  

12:32
14 Noyabr

Konstitusiya Məhkəməsində beynəlxalq konfransın iştirakçıları ilə görüş keçirilib

12:31
14 Noyabr

On ayda ölkədə 106,4 milyard manatlıq ÜDM istehsal olunub

12:31
14 Noyabr

Ermənistan ABŞ-la “Tramp marşrutu”nun iki icarə variantını müzakirə edir

12:29
14 Noyabr

Böyük Qayıdış: Növbəti köç karvanı Xocalının Şuşakənd və Xanyurdu kəndlərinə yola salınıb

12:28
14 Noyabr

Bu ilin on ayında müavinətlər üzrə 964, Prezident təqaüdləri üzrə 617 milyon manat ödənilib

12:28
14 Noyabr

Prezident: Azərbaycan müasir dəmir və avtomobil yolları infrastrukturuna böyük sərmayələr yatırır

12:28
14 Noyabr

ABŞ Alyaskada neft hasilatına qoyulan məhdudiyyətləri aradan qaldırıb  

12:25
14 Noyabr

Ankarada Gürcüstanda qəzaya uğrayan təyyarədə həlak olan hərbçilərlə vida mərasimi keçirilib  

12:24
14 Noyabr

Paşinyan: Ermənistan Türkiyə ilə Azərbaycan arasında tranzit yükdaşımaları təmin etməyə hazırdır  

12:24
14 Noyabr

Azərbaycan Prezidenti: Nəqliyyat xətlərinin təhlükəsizliyi sahəsində əməkdaşlığımız qardaş dövlətlərin iqtisadi inkişafının zəmanətidir  

12:22
14 Noyabr

Naxçıvanda ixrac potensialı artıb

12:20
14 Noyabr

Leyla Əliyeva Mingəçevirdə ekoloji aksiyalarda iştirak edib

12:19
14 Noyabr

Suqovuşan uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman 

12:17
14 Noyabr

İordaniya Haşimilər Krallığının şahzadəsi COP30-da Azərbaycan pavilyonunu ziyarət edib

12:16
14 Noyabr

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

12:15
14 Noyabr

Jülyen de Frepon: Azərbaycanla Belçika arasında yaşıl enerji sahəsində yaxşı perspektivlər görürük  

12:14
14 Noyabr

SOCAR Gürcüstana indiyədək 2 milyard dollardan çox investisiya yatırıb  

12:14
14 Noyabr

“Xocalı” gəmisi Avstraliyadan ABŞ-a doğru səfərə çıxıb

12:13
14 Noyabr

Səfir: Belçika şirkətləri Azərbaycanda müxtəlif sektorlara böyük maraq göstərirlər

12:12
14 Noyabr

Rəqəmsal inkişaf və nəqliyyat naziri Beyləqanda vətəndaşlarla görüşüb

12:12
14 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!