19 Avqust 2024 15:40
906
CƏMİYYƏT
A- A+
Azərbaycanda strateji inkişafın uğurları: COP29-dan dünya liderliyinə gedən yola nəzəri-konseptual baxış

Azərbaycanda strateji inkişafın uğurları: COP29-dan dünya liderliyinə gedən yola nəzəri-konseptual baxış

 

Bu ilin noyabrında Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP) 29-cu sessiyası keçiriləcək. Azərbaycan Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrlik edəcək. Dünyanın ən böyük və mötəbər tədbirlərindən biri olan COP29-a ölkəmizin ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti parlaq qələbəsidir.

AZƏRTAC xəbər verir ki, bu sətirlər Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Həmkarlar İttifaqı Komitəsinin sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Yusif Ağayevin məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində zəngin təcrübəyə malikdir. Bu isə öz növbəsində dövlətin həyata keçirdiyi uğurlu inkişaf strategiyasının məntiqi nəticəsidir. Heç şübhəsiz ki, ölkədə qazanılan bu və digər uğurların əsasında Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş və Prezident İlham Əliyevin müdrikliklə təkmilləşdirdiyi və yeni səviyyəyə yüksəltdiyi uğurlu inkişaf strategiyası dayanır. Dövlətimizin başçısı yüksək intellekti, mükəmməl diplomatik qabiliyyəti, effektiv və məqsədyönlü fəaliyyəti sayəsində Azərbaycanı qlobal miqyasda ön sıralara çıxarıb, ölkəmiz beynəlxalq təşkilatlar və dünya liderləri tərəfindən etibarlı tərəfdaş kimi qəbul olunub. Bütün bunlar Prezident İlham Əliyevin yorulmaz fəaliyyətinin uğurlu nəticəsidir. Təsadüfi deyil ki, Azərbaycan Prezidentinin həyata keçirdiyi yeni idarəetmə texnologiyaları sayəsində “sözümüz imzamız qədər keçərlidir” fikri ölkənin real siyasəti və onun nəticələrini təsdiqləyən prinsipə çevrilib.

Qürurla qeyd etməliyik ki, Azərbaycan bütün dünyada zəngin iqtisadi, siyasi və hərbi potensialı olan bir ölkə kimi tanınır və qəbul edilir. Ölkəmizi Zəfərə aparan son 21 ildə keçdiyimiz inkişaf yolunu, iqtisadi-sosial qüdrətimizin miqyasının təhlili bunu deməyə əsas verir. Azərbaycanın beynəlxalq təşkilatlar tərəfindən də təsdiqlənən uğurlarının təməlində, heç şübhəsiz, ölkədə reallaşdırılan çoxşaxəli, səmərəli və innovativ iqtisadiyyatın formalaşmasına əsaslanaraq sosial sahədə önləyici inkişaf trendinin təmin olunması, əhalinin rifahının qabaqcıl beynəlxalq standartlara çatdırılmasına yönəlik siyasi kurs, strategiya və uğurlu idarəçilik dayanır.

Azərbaycan Respublikasının Qoşulmama Hərəkatına sədrliyindən sonra ən böyük uğurlardan biri məhz İqlim Sammiti – COP29-a ev sahibliyi etməsidir. Dövlətimizin uğurlu iqtisadi siyasəti ölkədə islahatların reallaşdırılmasına və hərtərəfli inkişafın təmin olunmasına da yol açıb. Prezident İlham Əliyevin yürütdüyü siyasi kursun prioriteti Azərbaycan Respublikasının dünya dövlətləri arasında rəqabətədavamlı, effektiv və stabil inkişaf sahəsində layiqli yer tutması, kəmiyyət deyil, keyfiyyətə əsaslanan iqtisadi yüksəlişə nail olması və vətəndaşlar üçün yüksək rifahlı həyat standartlarının təmin edilməsidir. Bu hədəfə çatmaq üçün ardıcıl tədbirlər görülüb və ilk növbədə, cəmiyyətin başlıca ideyası – intellektə əsaslanan millətin formalaşdırılması ideyasının gerçəkləşdirilmə mexanizmləri işə salınıb. Prezident İlham Əliyev Azərbaycanda idarəçilik sistemini müasir standartlara uyğun qurmağa müvəffəq olmaqla yanaşı, yeni ictimai-siyasi dəyişim mədəniyyətinin əsasını qoyub.

Heç şübhəsiz ki, gələcəyin açarı bilik və texnologiyalar, dövlətin başlıca vəzifəsi isə biliyə və texnologiyalara əsaslanan strategiyanın işlənib reallaşdırılmasıdır. O strategiyadan söhbət gedir ki, fəaliyyətin nəticəsinə görə məsuliyyət, hesabat və cavabdehlik daşıyır.

Qeyd etmək lazımdır ki, əhəmiyyətli neft və qaz ehtiyatlarına malik Azərbaycanın milli prioritetləri arasında təmiz ətraf mühitə nail olmaq və “yaşıl inkişafı” təşviq etmək öhdəliyi də var. Bu öhdəlik iqlim sahəsində fəaliyyəti və davamlı inkişaf naminə qlobal imperativlərə uyğunlaşmaq istiqamətində şüurlu səyləri əks etdirir. COP29-un əhəmiyyəti isə texnoloji mübadilə və innovasiyaları əhatə edən siyasətin uyğunlaşdırılması prizmasından kənara çıxır. Bu qlobal forumda əməkdaşlıq Azərbaycana təkcə ekoloji problemləri həll etmək deyil, həm də özünü müasir innovasiyalara və rəqabətqabiliyyətli insan potensialının inkişafına töhfə verən ölkə kimi göstərmək imkanı verir. COP29-un Bakıda keçirilməsi ölkəmizin bu statusunun qlobal miqyasda tanınmasının, siyasi və iqtisadi nüfuzunun, alternativ enerji istehsalı sahəsində zəngin potensiala malik olmasının göstəricisidir.

Bu zərurətləri zamanında dəyərləndirən dövlətimizin başçısı yeni idarəetmə modelini formalaşdırmağa müvəffəq olub. Bu modelin əsas dəyəri vətəndaşlar və onların həyat keyfiyyətinin yüksəldilməsidir. Ölkədə son illərdə həyata keçirilən bütün islahatlar və dəyişikliklər məhz vətəndaşlarla dövlətin qarşılıqlı əlaqəsinin yaxşılaşdırılması, strateji planlaşdırmanın səmərəliliyinin artırılması, dövlət aparatının optimallaşdırılması və dövlət xidmətləri göstərilməsinin proaktiv formatı, yerli idarəetmənin inkişafına yönəldilib. Bu parametrlərin uğurlu şəkildə gerçəkləşdirilməsi Azərbaycan Respublikasının beynəlxalq səviyyədə nailiyyətlər qazanması və ölkədaxili inkişaf üçün zəmin yaradıb.

Qeyd etmək lazımdır ki, ölkədə inkişafa yönəlik mühitin yaradılmasında, həmçinin zamanında formalaşdırılmış vitse-prezidentlik institutunun, dövlət-özəl-vətəndaş cəmiyyəti tərəfdaşlığının örnək nümunəsini ortaya qoyan Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xüsusi rolu var. Bu uğurlu fəaliyyət Prezident İlham Əliyevin nəzəri baxımından işlənilmiş və praktikada uğurla sınaqdan keçmiş dövlət idarəçiliyində və dövlət qulluğunun təşkilində yüksək səmərəyə malik olan yeni sinergetik texnologiyaların bir istiqamətidir. Əminliklə qeyd edilməlidir ki, Prezident İlham Əliyevin strateji inkişaf kursu Azərbaycan dövlətini daha qüdrətli, Azərbaycan xalqını daha güclü, Azərbaycan Bayrağını daha uca etməyə hədəflənib və hər birimiz bu uca, ali hədəf naminə öz töhfəmizi verməliyik.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sabah ölkə ərazisində intensiv yağış yağacaq

16:58
24 May

Leyla Əliyeva və Alona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər

15:03
24 May

WUF13-də daha dayanıqlı şəhərlərin qurulmasına töhfə verəcək istiqamətlər müəyyənləşdirildi

15:02
24 May

DİM II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı təşkil edib

14:27
24 May

Nikol Paşinyan: Yaxın gələcəkdə Naxçıvan üzərindən Türkiyə və Azərbaycanla dəmir yolu açılacaq

13:09
24 May

Azərbaycan və İrlandiya arasında diaspor əlaqələri gücləndirilir

12:59
24 May

Polşa Silahlı Qüvvələri: Rusiyanın fəaliyyəti səbəbindən hərbi təyyarələr havaya qaldırılıb

11:34
24 May

Media: ABŞ və İran arasındakı potensial razılaşma zənginləşdirilmiş uran problemini həll edə bilməyib

11:32
24 May

WUF13 rekord sayda iştirakçı və tərəfdaşın iştirakı, həmçinin Bakı Fəaliyyətə Çağırışın qəbul edilməsi ilə yadda qalıb  

11:30
24 May

Kiyevə atılan raketlərin bəziləri Azərbaycanın Ukraynadakı səfirliyinə yaxın ərazilərə düşüb

11:12
24 May

Konqo Demokratik Respublikasında Ebola virusundan ölənlərin sayı 200-ü keçib

10:26
24 May

WUF13 bir çox ilklərə imza atdı 

10:17
24 May

"Şamaxı" Ayxan Abbasovla yollarını ayırıb

09:27
24 May

Azərbaycanın Təbrizdəki konsulu yol qəzasında həlak olub

23:14
23 May

Ukrayna Prezidenti Rusiyanın “Oreşnik” ilə hücuma hazırlaşması haqqında danışıb

21:32
23 May

Media: Azərbaycan WUF13 platformasında dünyaya şəhərlərin inkişafına dair öz vizyonunu nümayiş etdirib  

19:21
23 May

Ukrayna ordusunun Baş qərargahı Novorossiyskə hücumun detallarını açıqlayıb  

17:27
23 May

Premyer Liqa: “Neftçi” “Kəpəz”ə qalib gəlib

16:59
23 May

Səudiyyə Ərəbistanı milyon yarımdan çox zəvvarın təhlükəsizliyi və rahatlığı ilə bağlı görülən tədbirləri açıqlayıb  

16:27
23 May

Ekvadorlu tədqiqatçı: Azərbaycanın “ağıllı şəhər” təcrübələrinin Latın Amerikasında tanıdılmasında maraqlıyıq  

15:54
23 May

Hərbi attaşelər Dövlət Sərhəd Xidmətində olublar

15:23
23 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!