27 Oktyabr 2024 08:40
656
SİYASƏT
A- A+
Azərbaycana qarşı növbəti riyakarlıq

Azərbaycana qarşı növbəti riyakarlıq


Yaxşı olar ki, Avropa Parlamenti korrupsioner damğasından xilas olmağın yollarını tapsın


"Avropa Parlamentinin beynəlxalq hüququ pozan və Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə zidd olan böhtan dolu növbəti qətnaməsini qəbul etməsi ölkəmizə qarşı düşmənçilik ənənəsinin təzahürüdür. 30 ildən artıq bir dövrü müşahidə etsək, Avropa Parlamentinin ölkəmizə qarşı nifrətinin dəfələrlə şahidi olmuşuq". 

Bunu "Azərbaycan" qəzetinə açıqlamasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Arzu Abdullayev bildirib. Onun sözlərinə görə, hələ 1987-ci il iyulun 18-də Avropa Parlamenti saxta "erməni soyqırımı" iddialarını tanıdı və "soyqırımı qurbanları"na xatirə günü təsis etdi. 2014-cü ildə 751 parlamentarisi olan bir təşkilat tələsik 46 nəfər üzvünü toplamaqla Azərbaycan haqqında daha bir qətnamə qəbul etmişdir. Təbii ki, bu qətnamənin də hüquqi bazası yox idi. Buna baxmayaraq, Avropa türk dünyasına qarşı öz qərəzini, qeyri-obyektivliyini və ayrı-seçkiliyini açıq şəkildə nümayiş etdirdi. 2015-ci il mart ayının 12-də Avropa Parlamenti "Dünyada insan haqları və demokratiya" adlı sənəddə Avropa İttifaqına daxil olan 28 ölkəyə qondarma "erməni soyqırımı"nın tanınması ilə əlaqədar müraciət etmişdir. Bu cür qətnamələrin qəbul edilməsi Avropada, Qərbin təşəbbüsü ilə yaradılan əksər beynəlxalq qurumlarda, o cümlədən və xüsusilə Avropa Parlamentində ikili standartlar və islamofob əhvali-ruhiyyənin hökm sürdüyünün real nümunələridir. 

Arzu Abdullayev qeyd edib ki, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini təmin etməsindən, Cənubi Qafqazda yeni reallıqlar yaratmasından, regionda davamlı inkişafa və sülhün bərqərar olmasına yönəlmiş fəaliyyətindən ciddi təşvişə düşən Avropa Parlamenti son vaxtlar iç üzünü daha çox göstərir: "Belə ki, ölkəmizə qarşı qəbul etdiyi qətnamələrdə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şübhə altına alması regionda uzunmüddətli sülh və sabitliyin təmin olunması istiqamətindəki səylərə ciddi zərbə vurur, Cənubi Qafqazda sülhün təmin olunmasında maraqlı olmadığını, əksinə, erməniləri stimullaşdırmaqla regionda gərginliyin davam etməsinə çalışdığı aydın şəkildə görünməkdədir. Avropa Parlamenti məsələnin mahiyyətini araşdırmadan, reallıqdan uzaq, Ermənistanın maraqlarını qorumaq naminə qəbul etdiyi sənədlərlə özünü nüfuzdan salaraq, qeyri-ciddi imic formalaşdırıb. Avropa Parlamentinin belə qızışdırıcı siyasəti ilə regionumuzu geosiyasi rəqabət məkanına çevirməyə, Ermənistanı açıq şəkildə dəstəkləməyə və regionda rəsmi İrəvanın xeyrinə güc balansını dəyişməyə çalışdığı heç kimdə artıq şübhə yeri qoymur".

Ali Məclisin sədr müavini bildirib ki, sentyabrın 23-də yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında geniş və proqram xarakterli nitq söyləyən Prezident İlham Əliyev ölkəmizə qarşı həyata keçirilən təxribatlardan söz açdı: "Cənab Prezidentin qeyd etdiyi kimi, Ermənistanı bizə qarşı yönəltmək üçün bəzi Qərb dövlətlərinin planları göz qabağındadır. Dövlət başçısı bildirdi ki, onları erməni xalqı maraqlandırmır. Erməni xalqı, sadəcə, onlar üçün bir alətdir, bir vasitədir ki, Azərbaycanı daim təzyiq altında saxlasın, Ermənistan ərazisindən istifadə edərək Azərbaycan üçün və Ermənistanın digər qonşuları üçün təhdid mənbələri yaratsın və beləliklə, öz maraqlarını təmin etsin.  Lakin cənab İlham Əliyevin bəyan etdiyi kimi, onu da bilməlidirlər ki, biz buna imkan verməyəcəyik".

Bu bir reallıqdır ki, Azərbaycan 44 günlük tarixi Qələbəsi və bir sutkadan az müddətdə antiterror tədbirləri nəticəsində suverenliyini tam təmin etməklə ölkəmizə qarşı bütün qərəzli yanaşmalara son qoydu, Ermənistana və ona havadarlıq edən dövlətlərə, beynəlxalq təşkilatlara əsl tarix dərsi keçdi. Bu barədə danışan Arzu Abdullayev dedi ki, bunu həzm edə bilməyən Qərb, eləcə də Avropa Parlamenti birmənalı olaraq, bu cür təxribat xarakterli qərarları ilə sülh müqaviləsinin imzalanmasına ciddi əngəl törədir, regionun müharibə ocağına çevrilməsinə çalışır: "Bu günlərdə isə Avropa Parlamenti bunun davamı olaraq növbəti addımı atmaqla anti-Azərbaycan və antitürk mövqeyini bir daha ortaya qoydu. Avropa Parlamentinin oktyabrın 24-də qəbul etdiyi "Azərbaycanda vəziyyət, insan hüquqlarının və beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlər" adlı qətnaməsi Azərbaycana qərəzinin aydın təzahürüdür. Qərb dairələri ancaq onu unudurlar ki, bu gün regionun söz sahibi Azərbaycan və onun lideridir. Prezident İlham Əliyevin düşünülmüş, uzaqgörən siyasəti nəticəsində ölkəmiz regionda mövqelərini daha da möhkəmləndirərək söz sahibinə çevrilmiş, beynəlxalq müstəvidə layiqli yerini tutmuş, dünya dövlətləri sırasında yüksək nüfuz qazanmışdır. Azərbaycan iqtisadi gücü, potensialı gündən-günə artan, beynəlxalq aləmdə dünya dövlətləri ilə əməkdaşlıq əlaqələrini genişləndirən etibarlı tərəfdaş, sülhsevər, tolerant, multikulturalizmin ünvanı olan bir ölkədir.

Ali Məclisin sədr müavininin sözlərinə görə, Azərbaycana qarşı çirkin kampaniya aparan bu cür dairələrə ən tutarlı cavablardan biri də COP29 kimi böyük bir tədbirə ölkəmizin evsahibliyi etməsidir: "Bəli, COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərar ölkəmizə növbəti böyük etimad və inamın göstəricisi, beynəlxalq miqyasda artan güc və nüfuzun təzahürüdür. Dünya birliyinin Azərbaycana göstərdiyi inam və etimad Prezident 

İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin nəticəsidir. Faktlar da təsdiqləyir ki, dövlət başçısının həyata keçirdiyi müstəqil siyasət sayəsində Azərbaycanın reytinqi artıb və dünya miqyasında çox güclü mövqelərə sahib olub. COP29-a evsahibliyi Qoşulmama Hərəkatına sədrlik və Təhlükəsizlik Şurasına üzvlükdən sonra xarici siyasətimizin ən böyük uğurudur". 

Arzu Abdullayev onu da bildirdi ki, Azərbaycan ləyaqətli və qürurlu dövlət kimi tanınır: "Prezident İlham Əliyevin qeyd etdiyi kimi, xüsusilə tarixi Zəfərimizdən sonra bizim beynəlxalq nüfuzumuz bir neçə dəfə artıb, beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir: "Çünki bəzi Qərb ölkələri hesab edirlər ki, beynəlxalq ictimaiyyət ancaq onlardır və onların əli altında olan, demək istəmirəm yəni asılı dövlətlər. Yox, beynəlxalq ictimaiyyət bütün dünya ölkələridir və bu dünya ölkələri bizə yekdilliklə səs verib. COP29-un Azərbaycanda keçirilməsi 200-ə yaxın ölkə tərəfindən yekdilliklə qəbul edilmiş qərardır və bizim beynəlxalq nüfuzumuzu, hörmətimizi göstərən vacib amildir. Bundan sonra da xarici siyasətdə geriyə heç bir addım olmayacaq. Dostlarımızın bütün qitələrdə sayı artır. Biz indi - İkinci Qarabağ müharibəsindən və suverenliyimizi bərpa edəndən sonra daha fəal xarici siyasət aparacağıq. Vaxtilə mövcud olmadığımız bölgələrlə indi çox ciddi təmaslar qurulur, həm sərmayə qoyuluşu layihələri nəzərdən keçirilir, eyni zamanda müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaranır". Ənənəvi tərəfdaşlarımızla, dostlarımızla münasibətlərimiz isə Prezident İlham Əliyevin dediyi kimi, yerindədir və daha da inkişaf edir və edəcək".

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavininin sözlərinə görə, yaxşı olar ki, son illər korrupsioner quruma çevrilən, qalmaqallarla gündəmdə olan Avropa Parlamenti təxribatları, anti-Azərbaycan fəaliyyətini kənara qoyub korrupsioner damğasından xilas olmağın yollarını axtarıb tapsın.


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

COP29 ərəfəsində ictimai iaşə obyektlərinin ekoloji dayanıqlılığının qiymətləndirilməsi yekunlaşıb

11:41
06 Noyabr

Prezident İlham Əliyev Bişkekdə Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə iştirak edir YENİLƏNİB  

11:25
06 Noyabr

Tramp Seçicilər Kollegiyasının 230 səsini, Harris isə 205 səsini qazanıb

11:20
06 Noyabr

Azərbaycanın daha bir veteran cüdoçusu dünya çempionu olub  

11:18
06 Noyabr

AMEA-da “Vətən sevgisindən Zəfər marşına” adlı tədbir təşkil edilib  

11:13
06 Noyabr

Opera və Balet Teatrının təqdimatında ilk dəfə "Nəsimi" operası tamaşaya qoyulacaq  

11:03
06 Noyabr

Bu gün Bakı metrosu işçilərinin peşə bayramıdır  

10:58
06 Noyabr

Bişkekdə Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub YENİLƏNİB-2

10:53
06 Noyabr

Azərbaycanın xarici işlər naziri TDT XİN Şurasının iclasında COP29-a hazırlıq işlərindən danışıb  

10:48
06 Noyabr

Azərbaycan diplomatı Bəhreyn qəzetində COP29 haqqında məqalə ilə çıxış edib  

10:43
06 Noyabr

Milli Kitabxanada Zəfər Günü münasibətilə virtual sərgilər təqdim olunub  

10:38
06 Noyabr

Bakıda yollardan birində svetoforların iş rejimi dəyişdirilib  

10:32
06 Noyabr

Dünya birjalarında neft ucuzlaşıb  

10:26
06 Noyabr

İqlim dəyişikliyi və insan hüquqları ilə bağlı müsabiqələr elan edilib  

10:20
06 Noyabr

Azərbaycan neftinin qiyməti 77 dolları ötüb  

10:15
06 Noyabr

Xankəndi və Füzuli şəhərlərinə onlayn ticarət platformalarından edilən sifarişlərin çatdırılmasına başlanılıb  

10:08
06 Noyabr

DİN: Ötən gün 45 cinayətin üstünün açılması təmin olunub  

09:47
06 Noyabr

Azərbaycanın Mərakeşdəki səfirliyində Zəfər Günü qeyd edilib  

09:41
06 Noyabr

Azərbaycan Türk dünyasının güclənməsinə daimi töhfələr verməklə onun birliyi amallarına sadiq qalır  

09:36
06 Noyabr

2025-ci ildə Rusiyada dövlət qulluqçuları üçün ümumi insan resursları platforması yaradılacaq  

09:31
06 Noyabr

6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür  

09:26
06 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!