Azərbaycan xalqı qəhrəman, məğrur, qürurlu xalq olaraq 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini anır
“20 Yanvar hadisəsi Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir. 1990-cı il yanvarın 20-də Sovet qoşunları tərəfindən Bakı şəhərinə “Udar” hərbi əməliyyatı adı altında müdaxilə edilərək Azərbaycan xalqının mübarizlik əzmini sındırmaq məqsədi güdülürdü, lakin bu, tamamilə əks effekt verdi”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında bildirib.
Hikmət Hacıyev deyib: “Bu, Azərbaycan xalqının mübarizlik yolunda əzmini artırdı. Bakı şəhərində həyata keçirilmiş qırğınların beynəlxalq ictimaiyyətdən gizlədilməsi üçün televiziya və mətbuat imkanları tamamilə məhdudlaşdırılmışdı. Hadisələrdən dərhal sonra beynəlxalq ictimaiyyətə Bakıdakı qırğınlar haqqında ilk dolğun və həqiqi məlumatı çatdıran Ulu Öndər Heydər Əliyev oldu. Ulu Öndərin Moskvada Azərbaycan nümayəndəliyinə gələrək, hadisələrə qiymət verməsi 20 Yanvar faciəsi ətrafında formalaşdırılmış informasiya blokadasını darmadağın etdi”.
Xalqımızın 20 Yanvar faciəsini əvvəlki illərdən fərqli ruhda qeyd etdiyini söyləyən Prezidentin köməkçisi deyib ki, torpaqlarımız işğaldan azad olunub. Azərbaycan xalqı qəhrəman, məğrur, qürurlu xalq olaraq 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini anır.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Səttar Möhbalıyev: Azərbaycan-Türkiyə münasibətləri ayrılmaz tarixi birlik və qardaşlıq nümunəsidir...
16 May
Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzi Fransa Ravvinləri Konqresinə ev sahibliyi edir
16 May
İƏT Baş katibi Azərbaycanın təşkilatın fəaliyyətinə töhfəsini yüksək qiymətləndirib
16 May
“Azovstal” kombinatının ərazisindəki yaralı Ukrayna hərbçilərinin təxliyəsi barədə razılıq əldə olun...
16 May
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
16 May
Mayın 16-da Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya prosesi qeydə alınmayıb
16 May
Tvinninq layihəsi üzrə tərəfdaş ölkənin - Litvanın Baş prokuroru Bakıda səfərdədir
16 May
Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına yoluxma faktı qeydə alınmayıb
16 May
Baş nazir Əli Əsədov Birləşmiş Ərəb Əmirliklərinə səfər edib
16 May
Tacikistan Ali Məclisinin Nümayəndələr Palatasının sədri ölkəmizə səfərə gəlib
16 May
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Tarixin, liderliyin və xilaskarlığın HEYDƏR ƏLİYEV zirvəsi

İnamın gücü

Heydər Əliyevin arzuladığı Azərbaycan

Prezident İlham Əliyev Vahid Hacıyevi Prezidentin Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunma...

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Q...

Hərbi qələbədən diplomatiya zəfərinə

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!