13 Oktyabr 2025 16:49
383
SİYASƏT
A- A+
Azərbaycan və Rusiyanın Baş nazirlərinin müavinləri Bakıda görüşüblər  

Azərbaycan və Rusiyanın Baş nazirlərinin müavinləri Bakıda görüşüblər  


Oktyabrın 13-də Bakıda Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev ilə Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçuk arasında görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının müxtəlif istiqamətlərdə mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsinin 10 faizdən çox artdığı qeyd edilib, bu müsbət dinamikanın cari ildə də davam etdiyi və 8 ay ərzində qarşılıqlı ticarətin ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,5% artaraq 3 milyard 350 milyon dollar olduğu vurğulanıb.

“Şimal-Cənub” dəhlizi ilə daşımaların həcmi 2025-ci ilin 9 ayı ərzində 8,3 faiz artıb. Bunun 10,4 faizi avtomobil, 2 faizi isə dəmir yolu daşımalarının payına düşür.

Bu ilin 8 ayı ərzində Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracında 15% artım müşahidə olunub ki, bunun da 23 faizi meyvə-tərəvəz məhsullarının payına düşür.

Tərəflər investisiyalar, sənaye, nəqliyyat-tranzit, energetika, gömrük və digər sahələrdə həyata keçirilən birgə layihələrin gedişindən məmnunluq ifadə ediblər.

Nəqliyyat əlaqələrinin möhkəmləndirilməsi kontekstində “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişaf etdirilməsi məsələsinə xüsusi diqqət yetirilib, dəhliz boyunca infrastrukturun genişləndirilməsi işlərinin sinxron şəkildə həyata keçirilməsinin və yük axınlarının davamlı artımının təmin edilməsinin önəmi vurğulanıb.

Görüş zamanı, həmçinin əməkdaşlığın mövcud potensialından səmərəli istifadə olunması, qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi və yeni birgə təşəbbüslərin reallaşdırılması imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Eyni zamanda, Bakıda keçirilən Azərbaycan-İran-Rusiya üçtərəfli görüşünün əhəmiyyətinə toxunulub, aparılan danışıqların və qəbul edilən qərarların əməkdaşlığın müvafiq sahələrdə daha da möhkəmlənməsinə töhfə verməklə, hər üç ölkə üçün və ümumilikdə region üçün faydalı olacağına əminlik ifadə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa İttifaqının 2026-cı il üçün büdcəsi barədə razılıq əldə olunub  

18:16
16 Noyabr

Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü keçirilib Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB 

18:12
16 Noyabr

Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə yeni formatda əməkdaşlığın prioritetləri açıqlanıb

17:41
16 Noyabr

Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı olması Türk dünyası üçün tarixi addımdır

17:15
16 Noyabr

Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olunub  

16:54
16 Noyabr

Aerobika gimnastikası üzrə qarışıq cütlüyümüz Avropa çempionu oldu

16:42
16 Noyabr

Ağdərə rayonunda mina hadisəsi baş verib, 1 nəfər xəsarət alıb – BİRGƏ MƏLUMAT  

16:06
16 Noyabr

Cəbəllütariq - Azərbaycan oyununa hakim təyinatları açıqlanıb  

15:57
16 Noyabr

On qadın Atlantik okeanını keçərək COP30-a çatıb  

15:51
16 Noyabr

Qazaxıstan mediası: Xəzər dənizinin akvatoriyası 36 min kvadratkilometr azalıb

15:42
16 Noyabr

Türkiyə mediası Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə iştirakını geniş işıqlandırır  

15:37
16 Noyabr

Azərbaycanın yaratdığı infrastruktur rəsmi Bakını Mərkəzi Asiya üçün əvəzolunmaz strateji tərəfdaşa çevirib  

15:33
16 Noyabr

Dörd ölkə İnterpol xətti ilə axtarışda olan şəxsləri Türkiyəyə təhvil verib  

15:26
16 Noyabr

Azərbaycan-Mərkəzi Asiya münasibətləri yeni strateji mərhələyə qədəm qoyur ŞƏRH  

15:21
16 Noyabr

“Yeni Asır” qəzeti: Zəngəzur dəhlizi Türkiyə və region üçün yeni imkanlar yaradacaq

15:17
16 Noyabr

Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı olub  

15:13
16 Noyabr

Şimali Kiprin Prezidenti Azərbaycan Milli Məclisinin deputatlarını qəbul edib  

15:09
16 Noyabr

Azərbaycanın rayonlarında yağıntılar sabah gündüzdən başlayaraq tədricən kəsiləcək  

15:06
16 Noyabr

Hande Harmancı: Azərbaycan və BMT arasında yeni əməkdaşlıq çərçivəsi innovasiya və rəqəmsal xidmətləri önə çıxarır  

15:01
16 Noyabr

Qırğızıstanlı menecer: Universitetlər üçtərəfli əməkdaşlıq qurmalıdır  

14:57
16 Noyabr

Volodimir Zelenski: Ukrayna Azərbaycandan təbii qaz alması üçün fəal iş görür

14:56
16 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!