26 Yanvar 2023 14:53
379
CƏMİYYƏT
A- A+

Azərbaycan və Rumıniya əlaqələri yeni əməkdaşlıq istiqamətləri əsasında genişlənir

 

Azərbaycan və Rumıniya hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə Komissiyanın Rumıniya tərəfindən həmsədri, Rumıniyanın energetika naziri Vircil-Daniel Popeskunun videoformatda görüşü olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, S.Babayev Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlıq münasibətlərinin olduğunu bildirib, iki ölkənin həm ikitərəfli, həm də beynəlxalq və regional təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığını diqqətə çatdırıb. V.D.Popesku ölkəsi ilə Azərbaycanın dostluq münasibətlərinə əsaslanan strateji əməkdaşlığının bütün sahələrdə daim inkişaf etməkdə olmasından məmnunluq ifadə edib.

Görüşdə əlaqələrimizin yeni istiqamətlər əsasında genişlənəcəyi bildirilib, ikitərəfli əməkdaşlıq gündəliyi, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.

Enerji sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi, Azərbaycandan Rumıniyaya təbii qaz nəqlinə və Rumıniyanın Qara dəniz sualtı elektrik və rəqəmsal qoşulma layihəsində iştirakına dair fikir mübadiləsi aparılıb.

Bərpa olunan enerji və enerji səmərəliliyi sahələrində əməkdaşlıq üçün geniş imkanların olduğu, irimiqyaslı layihə olan Orta Dəhliz layihəsinin mühüm logistika və tranzit üstünlükləri qeyd edilib.

Logistika sahəsində ikitərəfli əlaqələrin inkişafı məsələləri müzakirə olunub, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə Konstansa dəniz limanı arasında əməkdaşlığın genişləndirilməsinin logistika sahəsində ikitərəfli əlaqələrin inkişafında xüsusi önəm kəsb etdiyi bildirilib.

Ələt Azad İqtisadi Zonasının əhəmiyyətindən, kənd təsərrüfatı, ticarət, investisiya, müasir texnologiyaların tətbiqi, təhsil, sosial, mədəni və s. sahələrdə gələcək əməkdaşlıqdan bəhs olunub.

Azərbaycanın DOST konsepsiyası, ölkəmizdə dövlət sosial xidmətlərinin elektronlaşdırılması sahəsində əldə olunan uğurlar diqqətə çatdırılıb. Bu sahədə iki ölkə arasında gələcək təcrübə mübadilələri, DOST təcrübəsinin Rumıniyada tətbiqi imkanları, Azərbaycan və Rumıniya hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın növbəti iclasına hazırlıq məsələləri müzakirə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video