14 İyul 2024 09:30
1228
SİYASƏT
A- A+
Azərbaycan və Pakistan qardaşlığa, dostluğa əsaslanan siyasət yürüdür

Azərbaycan və Pakistan qardaşlığa, dostluğa əsaslanan siyasət yürüdür

 

Azərbaycan öz tarixi müstəqilliyini bərpa etdikdən sonra tərəfdaşlıq münasibətləri qurduğu dost ölkələrdən biri də  müsəlman dünyasının nüfuzlu dövlətlərindən olan Pakistan İslam Respublikasıdır. Azərbaycan və Pakistan bir-birinə ta qədimdən yaxın dostluq əlaqələri ilə bağlıdır. Xatırladaq ki, Pakistan Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan (1991-ci il dekabrın 12-si) dövlətlərdən biri olub. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il iyunun 9-da qurulub. Bundan sonra əlaqələr daim inkişaf etdirilib və bugünkü strateji müttəfiqlik səviyyəsinə yüksəlib. 1993-cü ilin martında Pakistan Bakıda, 1997-ci ilin avqustunda isə Azərbaycan İslamabadda səfirliklərini təsis edib.
İki dost ölkə arasındakı münasibətlərdən söhbət açarkən Heydər Əliyev Fondunun Azərbaycanın Pakistanla humanitar əlaqələrinin dərinləşməsinə sanballı töhfələr verməsini də xüsusi qeyd etmək lazımdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xətti ilə Pakistanda çoxsaylı humanitar layihələr reallaşdırılıb. Vurğulamaq yerinə düşər ki, respublikamızla Pakistan arasında əlaqələrin möhkəmlənməsinə, o cümlədən humanitar əməkdaşlığın dərinləşməsinə verdiyi sanballı töhfələrə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bu ölkənin yüksək mükafatı - "Hilal-e Pakistan" ordeni ilə təltif olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin bu il iyulun 11-də Pakistan İslam Respublikasında dövlət səfəri zamanı hər iki ölkənin bir-birinin yanında olmasını təsdiqləyən görüntülər ictimaiyyətdə böyük məmnunluq doğurub. İyulun 11-də İslamabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif əməkdaşlıqla bağlı mətbuata bəyanatlarla çıxış ediblər. Əvvəlcə çıxış edən Baş nazir demişdir: "Zati-aliləri, bu gün çox məhsuldar təkbətək görüşümüz və sonra geniş tərkibdə görüşümüz oldu. Bu müzakirələrin qarşılıqlı inam və etimad, hər iki ölkənin irəli getməli olduğuna və hələ də kiçik olan, təqribən yüz milyon dollardan az olan və dostluğumuzu, qardaşlığımızı əks etdirməyən ticarət, birgə investisiyalar, birgə əməkdaşlıq sahələrində, qarşılıqlı fayda verən sahələrdə daha yüksək nailiyyətlər qazanmalı olduğuna dair təcililik və sarsılmaz dəstək əsasında aparıldığından çox məmnunam. Əlbəttə ki, münasibətlərimiz onilliklər ərzində davam edir və hər iki ölkə arasında bayaq qeyd olunduğu kimi, bu münasibətlər səmimi xarakter daşıyır. Biz fərqli dillərdə danışırıq, biz urdu dilində, siz Azərbaycan və ya türk dilində danışırsınız. Biz bir-birimizdən uzaqda yaşayırıq, lakin inanın mənə, bizim qəlblərimiz bir yerdə döyünür, fərqli dillərimizin olmasına baxmayaraq, biz birlikdə danışırıq, biz bir yerdə düşünürük, biz ikitərəfli və çoxtərəfli münasibətlərimizə aid bütün məsələlərdə bir-birimizin yanındayıq".
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif çıxışında cari ilin noyabr ayında Bakıda keçiriləcək COP29-la bağlı dövlətimizin başçısına və mətbuat nümayəndələrinə xitabən demişdir: 
- Əziz qardaşım, son olaraq Bakıda COP29-a evsahibliyi etməyə hazırlaşdığınız bir vaxtda mən Sizə və hökumətinizə ən xoş arzularımı çatdırmaq istərdim. COP29 inkişaf etməkdə olan bütün ölkələr, o cümlədən Pakistan üçün mühüm beynəlxalq tədbir olacaq. Biz əminik ki, Sizin müdrik və uzaqgörən rəhbərliyinizlə, İnşallah, COP29 Pakistan kimi inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyi məsələləri ilə bağlı nəticələrə nail olacaq.
Sonra  Azərbaycan Prezidenti İlham Əliyev bəyanatla çıxış edərək Pakistan İslam Respublikası ilə ikitərəfli əlaqələrin maraqlı komponentlərinə toxunaraq demişdir:
- Bizim qardaşlığımız xalqlarımızın əsrlərlə bundan əvvələ təsadüf edən, bir-birinə olan dərin hisslərinə əsaslanır. Azərbaycana gələn pakistanlıların sayı son illər ərzində daha da artıb və biz Bakı-İslamabad, Bakı-Kəraçi, Bakı-Lahor arasında birbaşa uçuşları artıq müzakirə etdik. Bir sözlə, Pakistandan gələn insanlar İçərişəhəri ziyarət edəndə və Karvansaranı görəndə onu "Multan" adlandırırlar. Beləliklə, onlar bizim əsrlər boyu bir-birimizə necə bağlı olduğumuzu anlayırlar. Həqiqətən, bu bağlantı böyük sərvətdir.
Bu gün Pakistan ilə Azərbaycan arasında qardaşlıq münasibətləri həmin bünövrəyə əsaslanır. Biz qardaşıq və dostuq. Biz hər işdə, istənilən beynəlxalq təsisat daxilində, hər beynəlxalq məsələdə bir-birimizi dəstəkləyirik. Məsələn, irəli sürdüyümüz təşəbbüsdə qardaşlarımız bizi dəstəkləyir və eyni dəstək qarşılıqlı olur. Cəmmu və Kəşmir məsələsində bizim birmənalı dəstəyimiz qardaşlığımıza, eləcə də beynəlxalq hüquqa olan sadiqliyimizdir. Kəşmirlilərin hüquqları onilliklər boyu diqqətdən kənarda qalmış, pozulmuşdur. BMT Təhlükəsizlik Şurasının qətnamələri məsələnin necə həll olunmasını aydın şəkildə təsvir edir. Lakin əfsuslar olsun ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmləri yoxdur. Ancaq qardaş və dost kimi biz Sizinlə, Kəşmirdəki qardaşlarımızla hər zaman yan-yana olacağıq, beynəlxalq hüququn və ədalətin tərəfində dayanacağıq. Mən əminəm ki, ədalət zəfər çalacaq.
Dövlətimizin başçısı bəyanatında 30 ildən artıq işğal altında olan torpaqlarımızın 2020-ci ilin payızında Ermənistan silahlı birləşmələrindən azad edilməsində Pakistan İslam Respublikasının göstərdiyi siyasi dəstəyə xüsusi önəm verərək demişdir: "Biz, bütün Azərbaycan xalqı yaxşı bilir ki, işğal dövründə Pakistan hər zaman yanımızda olan bir sıra ölkələrdən biri olmuşdur. İkinci Qarabağ müharibəsi - Vətən müharibəsi zamanı siyasi dəstək və Azərbaycanın haqlı mövqeyini dəstəkləyən Pakistanın yüksəkrütbəli rəsmilərinin birmənalı bəyanatları bizə əlavə güc-qüvvət verdi. Pakistan məhz işğala görə Ermənistanla diplomatik münasibətləri qurmayan ölkədir. 2020-ci ilin noyabrında Qələbəmizi qeyd etdiyimiz zaman xalqımızın əllərində Azərbaycan, Pakistan və Türkiyənin bayraqları var idi".
Görünən odur ki, Azərbaycan-Pakistan əlaqələri hər iki ölkənin dövlət rəhbərlərinin səyləri nəticəsində özünün ən yüksək dövrünü yaşayır. Cənubi Qafqazda yaranan yeni reallıqlar  və əməkdaşlıq imkanları ikitərəfli və çoxtərəfli əlaqələrin dərinləşməsi istiqamətində yeni perspektivlər açır. Azərbaycanda 3600-dən çox Pakistan şirkəti qeydiyyata alınıb və onlar sənaye, kənd təsərrüfatı, tikinti, ticarət, nəqliyyat və xidmət sahələrində aktiv fəaliyyət göstərirlər. Pakistan şirkətləri işğaldan azad edilmiş Qarabağ ərazilərində yenidənqurma və bərpa işlərində iştirak üçün də müraciət ediblər. Azərbaycan Pakistan ilə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsini vacib hesab edir. Prezident İlham Əliyevin tapşırığı ilə Pakistandan daxil olan düyü məhsullarının idxal rüsumu birtərəfli güzəşt tətbiq edilməklə 2027-ci il dekabrın 31-dək 15 faizdən 0 faizə endirilib. Azərbaycanla Pakistanın iqtisadi əməkdaşlığı üçün digər sahə isə nəqliyyat bağlantılarıdır. Belə ki, iki ölkə, həm Qara Dəniz, həm "Şimal-Cənub", həm də "Şərq Qərb" dəhlizlərində əməkdaşlıq imkanlarına malikdir. Ötən ilin sentyabrında AZAL Bakıdan Lahora,  noyabrda isə İslamabada və əks istiqamətdə birbaşa uçuşlara başlayıb. Ötən il iki ölkə arasında avtomobil yolları ilə tranzit karqo daşımalarının həcmi 33 min ton olub və bu rəqəm əvvəlki dövr ilə müqayisədə 53 faiz artım deməkdir.   

Rəhman SALMANLI, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

01:04
18 Fevral

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:03
18 Fevral

Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında", "İnsan alverinə qarşı mübarizə haqqında" və "Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

01:03
18 Fevral

"Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Vyetnam Baş Statistika İdarəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə

01:02
18 Fevral

"Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 115-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

01:01
18 Fevral

"Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 113-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

01:01
18 Fevral

"Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında

00:59
18 Fevral

"Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 113-VIIQD nömrəli Qanununun tətbiqi və "Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 25 iyul tarixli 735 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

00:58
18 Fevral

Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında", "Sosial sığorta haqqında", "Dövlət qulluğu haqqında", "Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin dövlət icbari şəxsi sığortası haqqında" və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

00:57
18 Fevral

"Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında", "Valyuta tənzimi haqqında", "Xidməti və mülki silah haqqında", "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında", "Notariat haqqında", "İcra məmurları haqqında", "İcra haqqında", "Lotereyalar haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında" və "Media haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

00:56
18 Fevral

"Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında", "Sosial sığorta haqqında", "Dövlət qulluğu haqqında", "Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin dövlət icbari şəxsi sığortası haqqında" və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 110-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

00:54
18 Fevral

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında

00:52
18 Fevral

Azercell abunəçilərinin nəzərinə

00:47
18 Fevral

Azərbaycanla Özbəkistan arasında müdafiə sənayesi sahəsində əməkdaşlığa dair Yol xəritəsi imzalanıb  

23:34
17 Fevral

Azərbaycan silahları “IDEX-2025” sərgisində nümayiş olunur

23:33
17 Fevral

OANA-nın növbəti Baş Assambleyasının keçiriləcəyi yer və tarix məlum olub

23:30
17 Fevral

Ruben Vardanyanın təqsirləndirildiyi cinayət işinin məhkəmə baxışı davam etdirilib

23:09
17 Fevral

Baş nazir Əli Əsədov İranın Birinci vitse-prezidenti ilə görüşüb  

23:04
17 Fevral

Omanın Şura Məclisinin sədri: Asiya Parlament Assambleyasının Bakı sessiyası təşkilatın gələcək fəaliyyətinə mühüm töhfələr verəcək

21:11
17 Fevral

Ukrayna Prezidenti sabah Türkiyəyə rəsmi səfər edəcək

20:33
17 Fevral

Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” əsərinin ərəb dilində nəşrinin təqdimatı keçirilib

19:40
17 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!