Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
Prezident İlham Əliyevin ötən həftə Özbəkistana dövlət səfəri iki türk dövləti arasında əlaqələrin daha yüksək səviyyəyə çatdırılması baxımından tarixi hadisəyə çevrildi. Buna qədər strateji tərəfdaş olan Azərbaycanla Özbəkistan bu səfərdən sonra həm də rəsmən müttəfiq dövlətlər oldular. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, müttəfiqlik münasibətləri haqqında müqavilə iki ölkənin imzalaya biləcəyi ən yüksək beynəlxalq sənəddir.
Türk dünyasının qlobal mövqelərini möhkəmləndirən təşəbbüslər
Ümumiyyətlə, türk dövlətləri ilə münasibətlərin inkişaf etdirilməsi respublikamızın xarici siyasətinin əsas istiqamətlərindəndir. Bu baxımdan Özbəkistan, Qazaxıstan, Qırğız Respublikası, Türkiyə və Türkmənistanla münasibətlər bütün sahələrdə geniş və hərtərəfli olmaqla yanaşı, həm də özünəməxsusluğu ilə fərqlənir. Çünki xalqımız bu dövlətlərin xalqları ilə ortaq dəyərləri, türk soyunu bölüşür.
Xüsusilə qeyd edilməlidir ki, son onilliklərdə türk dövlətləri arasında əlaqələrin daha da gücləndirilməsinin, onların bu istiqamətdə səfərbər olmalarının, təşkilatlanmalarının səbəbkarı məhz Azərbaycandır. Hazırda türk dövlətlərini birləşdirən Türk Dövlətləri Təşkilatının təməli 15 il əvvəl - 2009-cu ildə Naxçıvanda qoyulub. Təşkilatın məqsəd və vəzifələri üzv dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, xarici siyasət məsələlərinə ortaq yanaşmanın təşviqi, bütün sahələrdə çoxtərəfli və ikitərəfli əməkdaşlığın gücləndirilməsi və sairdir.
Ötən onilliklər ərzində Azərbaycan türk dövlətləri arasında əlaqələrin daha da dərinləşməsinə layiqli töhfələr verib. Azərbaycan türk dünyasının yeganə dövlətidir ki, həyata keçirdiyi iqtisadi layihələrlə yalnız öz inkişafını təmin etmir, həm də türk dövlətlərinin iqtisadi əməkdaşlığının güclənməsinə xidmət edir, onların qlobal iqtisadi proseslərdə mövqelərini möhkəmləndirir. Məsələn, Azərbaycanın ərsəyə gətirdiyi Bakı-Tbilisi-Qars dəmir yolu xətti yalnız Asiyanı Avropa ilə birləşdirən nəhəng infrastruktur deyil. Bu həm də Azərbaycandan keçməklə Orta Asiyadan Türkiyəyə qədər türk dünyasının ticarət dövriyyəsini yüksəldən böyük bir iqtisadi imkandır.
Azərbaycanın ərsəyə gətirdiyi enerji layihələri də bütün türk dünyasını birləşdirir, onların qlobal bazarlara çıxış imkanlarını artırır. Belə ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri və "Cənub qaz dəhlizi" Orta Asiyanın türk dövləti üçün də hasil etdikləri karbohidrogen ehtiyatların ixracı baxımından yeni imkan deməkdir. Eyni zamanda Türkiyə də Azərbaycanın təşəbbüsləri ilə yaranan bu imkanlardan yararlanaraq özünün enerji təhlükəsizliyini möhkəmləndirir.
Azərbaycanın Qarabağ zəfəri isə həm də bütün türk dünyasının sevincinə səbəb oldu, onların hər birinin qələbəsinə çevrildi. Bu hadisə müasir türk tarixinin mühüm səhifəsinə çevrildi. Bu baxımdan türk dünyası Azərbaycanın qələbəsi ilə daha da gücləndi, daha da böyüdü.
Strateji tərəfdaşlıqdan müttəfiqliyə
Bu il fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimində Prezident İlham Əliyev bizim ailəmizin türk dünyası olduğunu bəyan etdi: "Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz türk dünyasıdır".
Bu il Qazaxıstan və Qırğız Respublikasının prezidentlərinin Azərbaycana dövlət səfərinə gəlmələri, Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi və bu məqsədlə Özbəkistan, Qırğız Respublikası, Qazaxıstan prezidentlərinin, Macarıstanın Baş nazirinin, Türkiyənin vitse-prezidentinin və Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentinin Azərbaycana səfər etmələri, Prezident İlham Əliyevin Qazaxıstanda Mərkəzi Asiya və Azərbaycan Respublikasının dövlət başçılarının görüşündə iştirakı Azərbaycanla türk dövlətləri arasında əlaqələrin güclənməsinə xidmət edən siyasi hadisələr oldu.
Türk dövlətləri arasında ikitərəfli münasibətlər bütövlükdə türk dünyasının əməkdaşlığına təsir edən mühüm amildir. Bu baxımdan Azərbaycan-Özbəkistan əlaqələri də zəngin və strateji məzmunu ilə diqqəti çəkir. Azərbaycanın Orta Asiyanın əhali sayına görə ən böyük türk dövləti olan bu respublika ilə münasibətləri mühüm özəllikləri ilə seçilir. Belə ki, Azərbaycan-Özbəkistan əlaqələri həm ikitərəfli, həm də çoxtərəfli platformalarda, o cümlədən Türk Dövlətləri Təşkilatında intensiv şəkildə inkişaf edir. Bu iki dövləti həmçinin onların xalqlarını tarixdən gələn mədəni bağlılıqlar, dostluq münasibətləri və dövlətlərin siyasi iradəsi birləşdirir. Təsadüfi deyil ki, Azərbaycanın torpaqlarını işğaldan azad etməsi Özbəkistanda böyük sevinc hissi ilə qarşılandı. Füzuli şəhərində Özbəkistan tərəfindən inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb isə bu ölkənin Azərbaycana qardaşlıq dəstəyidir.
Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin dostluq münasibətləri mühüm rol oynayır. Təsadüfi deyil ki, prezidentlərin qarşılıqlı səfərləri iki dövlət arasındakı yüksək siyasi anlaşmanın və dərin qardaşlıq münasibətlərinin növbəti təntənəsinə çevrilib. Bütün bunlar iki türk dövləti və xalqı arasındakı münaisbətlərin ruhundan xəbər verir.
Prezidentlərin səfərləri zamanı imzalanan sənədlər də ilk növbədə özündə yüksək siyasi əlaqələri və qardaşlıq münasibətlərini təcəssüm etdirir. Prezident İlham Əliyevin bir neçə gün əvvəl Özbəkistana dövlət səfəri zamanı imzalanan sənədlər, o cümlədən "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə"nin imzalanması bunu təsdiq edir.
Türk dövlətləri arasında əlaqələrin genişləndirilməsi, bütövlükdə, türk toplumunun siyasi və iqtisadi baxımdan qlobal mövqelərinin gücləndirilməsi Azərbaycanın priorietləridir. Görünən odur ki, türk dövlətlərinin birləşdirici gücü olan Azərbaycanın təşəbbüsləri, həyata keçirdiyi layihələr və ümumilikdə türk dövlətləri arasında genişlənən əməkdaşlıq bu işə mühüm töhfələr verir.
Rəşad CƏFƏRLİ,
"Azərbaycan"
5000 illik qəbir aşkar edilib
Uçan taksi nümayiş etdirilib
Əhliman Əmiraslanov: Sabah Şuşada türk dövlətlərinin səhiyyə nazirləri arasında görüş keçiriləcək
Vüqar Qurbanov: Bu yaxınlarda Şəki şəhərində ürək mərkəzi fəaliyyətə başlayacaq
Zurabişvilinin impiçmenti müzakirəyə çıxarılır
Çinə aid avtomobil karvanı partladıldı
Sabah daha bir yağmursuz payız havası gözlənilir
Viktor Ambros və Qeri Ruvkun fiziologiya və tibb sahəsində Nobel mükafatına layiq görüldülər
“Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin iclası keçirilib
Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası başlayıb
"İnanıram ki, daha yaxşı nəticələr bizi gözləyir" - Qurban Qurbanov
XİN: Səkkiz Azərbaycan vətəndaşı repatriasiya edilib
Hərbi əməliyyatların idarə olunmasında beynəlxalq qaydalar üzrə yüksək səviyyəli seminar keçirilir - YENİLƏNİB
“Neftçi” Rusiyada 5 klub dəyişmiş baş məşqçini gətrmək istəyirmi? - AÇIQLAMA
Ukrayna F-16-ların ilk partiyasını aldı
AZAL COP29 ərəfəsində xüsusi endirimlər təklif edir
Azərbaycanda regional anbarların yaradılması təklif olunur
Okeanın dibində nəhəng asteroid aşkarlandı
Afrikada meymunçiçəyinə yoluxma artıb
Türkiyədə “Kızılelma” hərbi PUA-nın kütləvi istehsalına başlanılıb
“Sabah” qəzeti: Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin intensiv tikintisi davam edir
Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib YENİLƏNİB30 Sentyabr 2024
İnkişaf büdcəsi29 Sentyabr 2024
Prezident İlham Əliyev bir daha bəyan etdi28 Sentyabr 2024
Zəfərlə anırıq...27 Sentyabr 2024
VƏTƏNİN ŞƏHİD BALALARI27 Sentyabr 2024
Azərbaycan yeni strateji dövrdə26 Sentyabr 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!