20 İyul 2024 08:05
1071
SİYASƏT
A- A+
Azərbaycan ŞƏT-dəki statusunun dəyişdirilməsi üçün müraciət edib

Azərbaycan ŞƏT-dəki statusunun dəyişdirilməsi üçün müraciət edib

 

Bu,  hər iki tərəfin maraqlarına cavab verir

 

Bəşəriyyətin indiki durumunda  beynəlxalq təşkilatların üzərinə çox böyük vəzifələr düşür. Bunu dünyada sürətlə dəyişməkdə olan geosiyasi şəraitdən doğan sülh və sabitliyin möhkəmləndirilməsi, iqtisadi inkişafın dəstəklənməsi, ictimai-siyasi tarazlığın qorunması və təhlükəsizliyin təmin edilməsi tələb edir.

Bu mənada Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) son zamanlar  beynəlxalq arenada nüfuzu artan, həm təhlükəsizlik, həm də iqtisadi inkişaf sahələrində  mühüm rol oynamağa başlayan qurum kimi daha çox diqqət çəkir.

Məlumat üçün bildirək ki, həm ərazisinə, həm də əhalisinə görə dünyanın ən böyük ölkələrindən bir neçəsinin üzv olduğu Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Hazırda ŞƏT-in 9 üzvü (Qazaxıstan, Çin, Rusiya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan, İran), 3 müşahidəçi üzvü (Əfqanıstan, Monqolustan, Belarus) və 14 dialoq tərəfdaşı (Azərbaycan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Ermənistan, Misir, Kamboca, Qətər, Küveyt, Maldiv, Myanma, Nepal, Səudiyyə Ərəbistanı, Şri-Lanka) var.

Təşkilatın əsas məqsədləri üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi; siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə səmərəli əməkdaşlığın inkişaf etdirilməsidir. Regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisadi  beynəlxalq düzənin yaradılması üçün addımların atılması da ŞƏT-in vəzifələrinə daxildir. İqtisadi güc mərkəzinə çevrilmək baxımından  ŞƏT qarşıya qoyulan məqsədə doğru irəliləyir. Demək lazımdır ki, qurum bu müstəvidə  böyük potensiala malikdir. Bəlkə də bu səbəbdən ŞƏT-i "Böyük yeddiliy"in alternativi  adlandırırlar.

Təşkilat üzv ölkələr arasında faydalı tərəfdaşlıq şərtləri əsasında bərabərhüquqlu iqtisadi və siyasi əlaqələrin yaradılması, inkişaf etdirilməsi baxımından da mühüm rol oynayır. Üzv ölkələrin ümumi daxili məhsulunun (ÜDM) birgə həcmi dünya ÜDM-nin dörddəbirini təşkil edir. Müşahidəçi və dialoq tərəfdaşları olan ölkələr də nəzərə alınsa, onda dünya iqtisadiyyatının yarısının ŞƏT-in payına düşdüyünü  çəkinmədən demək mümkündür. Demoqrafik baxımdan da təşkilat  böyük resursa malikdir. ŞƏT-ə üzv, müşahidəçi və dialoq tərəfdaşları olan ölkələrdə dünya əhalisinin yarısı yaşayır.  Bu qurum dünyada güc mərkəzlərinin təsir dairəsindən kənar qalmağı  bacarıb. Müstəqil siyasət, dünyanın çoxqütblülüyünün tanınması və üzv dövlətlərin hegemonluq iddialarından uzaq durması ŞƏT-in üstünlüyüdür.

Hazırda ŞƏT-də dialoq tərəfdaşı statusuna sahib olan ölkəmiz  müşahidəçi, daha sonra isə tamhüquqlu üzv olmaqda maraqlıdır. Bu günlərdə Azərbaycan mötəbər qurumda  müşahidəçi statusu almaq niyyətini reallaşdırmaq üçün ŞƏT-ə müraciət edib. Bu barədə İranın ŞƏT Katibliyindəki milli koordinatoru Mehrdad Kiayei deyib: "Bir neçə ölkə, o cümlədən Kamboca, Şri-Lanka, Ermənistan, Banqladeş, Azərbaycan və digər ölkələr təşkilata üzv olmaq üçün müraciət ediblər. Bu ölkələr (Banqladeşdən başqa - red.) statuslarını dialoq üzrə tərəfdaşdan müşahidəçi statusuna dəyişmək istəyirlər. Prinsipcə, bu məsələyə baxmağa və müvafiq müraciət edənlər və təşkilata üzv dövlətlərlə razılaşaraq müəyyən nəticəyə gəlməyə hazırıq". Onun sözlərinə görə, əvvəlcə onlar müşahidəçi olmalıdırlar və yalnız bundan sonra tam iştirakçı ola bilərlər: "Banqladeş dialoq üzrə tərəfdaşlardan biri deyil, lakin müşahidəçi statusuna gedən yolda bu mərhələdən yan keçmək olar. Bunun üçün təşkilatın bütün üzvlərinin razılığı lazımdır".

Hələ 2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. Ölkəmizlə əməkdaşlıq ŞƏT-in özü üçün də cəlbedicidir. Xüsusən Azərbaycanın Avrasiya məkanında əsas tranzit məkanına çevrilməsi, "Şimal-Cənub", "Şərq-Qərb" dəhlizlərinin qovşağında yerləşməsi, eləcə də malik olduğu nəqliyyat infrastrukturu ölkəmizin ŞƏT üçün əhəmiyyətini daha da artırır.  Bu  baxımdan, Zəngəzur dəhlizinin açılması ŞƏT üçün də nəqliyyat-logistika sferasında əlavə üstünlüklər yaradacaq. Prezident İlham Əliyev ŞƏT-in 2022-ci ildə Səmərqənddə keçirilmiş sammitində çıxışı zamanı bu dəhlizlə bağlı demişdi: "Zəngəzur dəhlizinin açılması region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və bu marşrut üzərində yerləşən bütün ölkələr üçün faydalı olacaq". ŞƏT-in daha geniş inkişaf  etməsi üçün gözəl perspektivləri var. Bunlar nəqliyyat, enerji, ərzaq və ekoloji təhlükəsizlik, innovasiya, rəqəmsal transformasiya və "yaşıl iqtisadiyyat"dır.

Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində sürətlə inkişaf edərək regionda ən nüfuzlu dövlətə çevrilən Azərbaycanın ŞƏT-də müşahidəçi statusu alması bu nüfuzlu qurum üçün də böyük önəm daşıyacaq. Təbii ki, bunun da əsasında bir sıra mühüm amillər dayanmaqdadır. Bunlardan ən birincisi odur ki, Azərbaycan gənc müstəqil dövlət olmasına baxmayaraq, özünü dünyada mötəbər beynəlxalq qurumlara uğurla rəhbərlik edən ölkə, qlobal səviyyəli məsələlərin müzakirə olunduğu mühüm platforma kimi sübut edib. 2011-ci ildə dünyanın 155 dövlətinin dəstəyini alaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilən Azərbaycanın BMT-dən sonra dünyada ən böyük təşkilat olan Qoşulmama Hərəkatına uğurlu sədrliyi, ölkəmizin bu il COP29 kimi ən nüfuzlu tədbirə evsahibliyi etməsi Azərbaycan Prezidentinin dünyada böyük hörmət və nüfuz sahibi olmasının göstəricisidir. Dövlət başçısının  iyulun 4-də Astana sammitindəki çıxışı zamanı söylədiyi fikirlər Azərbaycan dövlətinin iqtisadi gücündən xəbər verir: "Təxminən 200 ölkənin yekdil dəstəyi ilə Azərbaycan bu il COP29-a evsahibliyi edəcək. Biz Bakıda keçiriləcək COP29 çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün səylərimizi əsirgəməyəcəyik və inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsinə çalışacağıq. Azərbaycanın prioritetləri sırasında həm də iqlim dəyişikliyinin mənfi təsiri səbəbindən ekzistensial təhlükə ilə üzləşən inkişaf etməkdə olan kiçik ada dövlətlərinə dəstək yer alır. Azərbaycan inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün xüsusi texniki yardım fondunun yaradılması təşəbbüsü ilə çıxış edib. Biz dünyada ən böyük beynəlxalq tədbir olan COP29-un keçirilməsinə hazırlıq istiqamətində ŞƏT ilə işi davam etdirəcəyik. Mən artıq ŞƏT-ə üzv dövlətlərin liderlərinə rəsmi dəvət məktubları ünvanlamışam və həmkarlarımı noyabrda Bakıda görəcəyimə ümid edirəm".

Göründüyü kimi, ŞƏT-lə əməkdaşlığın genişləndirilməsi Azərbaycanın maraqlarına tam cavab verir. Bu, ölkəmizin beynəlxalq əlaqələrində yeni səhifə açmaqla yanaşı, onun siyasi, iqtisadi və digər mühüm parametrlər baxımından daha da güclənməsi deməkdir.

Züleyxa ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şuşa şəhərinin 2026-cı il üçün "İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı" elan edilməsi ilə bağlı tədbirlər haqqında

00:56
13 İyun

Sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında

00:55
13 İyun

Ş.A.Mustafayevin 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında

00:52
13 İyun

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti gəmilərdə gövdə və mexanizmlərin sığorta xidmətlərinin satın alınması məqsədilə açıq tender elan edir

00:51
13 İyun

Ziya Öztürkler: Bizə ən böyük dəstəyi Türkiyə və Azərbaycan göstərir

23:42
12 İyun

Yardımlı və Masallı rayon sakinləri ilə görüş olub

23:15
12 İyun

Azərbaycanın vaxtilə işğal altında olan ərazilərində mina basdırılması ilə bağlı məhkəmədə yeni faktlar açıqlanıb  

22:25
12 İyun

Məhkəmədə Azərbaycanın vaxtilə işğal altındakı ərazilərində Ermənistanda istehsal olunmuş minaların basdırıldığı etiraf edilib  

22:22
12 İyun

TDT-nin ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin ikinci iclası başa çatıb

22:18
12 İyun

Azərbaycanla Beynəlxalq Enerji Agentliyi arasında əməkdaşlıq müzakirə edilib

22:17
12 İyun

Bahar Muradova: Türk dünyasında ailə və sosial siyasət sahəsində birgə məqsədlər və dəyərlər bizi birləşdirir  

22:15
12 İyun

Azərbaycanın İndoneziya və Pakistanla hərbi-texniki sahədə əməkdaşlıq perspektivləri müzakirə edilib  

22:13
12 İyun

Qazaxıstan Prezidenti TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə görüşüb  

22:10
12 İyun

Hikmət Hacıyev: Azərbaycan ilə İordaniya arasında bütün səviyyələrdə və sahələrdə dərin münasibətlər mövcuddur  

22:08
12 İyun

Syerra-Leone Respublikasının Prezidenti Culius Maada Biodan  

22:04
12 İyun

IDEA İctimai Birliyi Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirib

22:03
12 İyun

Növbəti sosial islahat paketi çərçivəsində müavinət və təqaüdlər də artırılıb

22:01
12 İyun

Milli Məclisin Regional məsələlər komitəsində yeni tikinti qaydaları ilə bağlı qanun layihəsi müzakirə edilib

21:59
12 İyun

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Zati-aliləri cənab Kir Starmerə  

21:56
12 İyun

CAR-da sərt hava şəraiti nəticəsində azı 57 nəfər ölüb  

21:52
12 İyun

FAO: Dünya dəniz balıq ehtiyatlarının 35 faizindən çoxu ifrat ovlanmaya məruz qalır  

21:50
12 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!