17 Iyul 2022 01:28
1129
Qanunlar
A- A+

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, "Elektroenergetika haqqında", "Qaz təchizatı haqqında", "Energetika haqqında", "Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında" və "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

 Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu, 11-ci və 20-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 838; 2014, № 7, maddələr 766, 787, № 10, maddə 1165; 2015, № 5, maddə 503; 2016, № 11, maddə 1773,  № 12, maddə 2010; 2017, № 5, maddə 755, № 6, maddələr 1019, 1043; 2018, № 3, maddə 373, № 5, maddələr 837, 850, № 12 (I kitab), maddə 2535; 2019, № 1, maddə 23, № 3, maddələr 375, 391, № 6, maddə 987; 2020, № 5, maddə 522, № 7, maddələr 832, 843, № 11, maddə 1326; 2021, № 12, maddə 1315; Azərbaycan Respublikasının 2022-ci il 4 mart tarixli 494-VIQD nömrəli Qanunu) 57.2.6-cı maddəsi aşağıdakı redaksiyada verilsin:

"57.2.6. enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi ilə bağlı tələblərə uyğun olmalıdır;".

Maddə 2. "Elektroenergetika haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 363; 2001, № 11, maddə 696; 2002, № 12, maddə 709; 2003, № 1, maddə 12; 2006, № 8, maddə 657; 2008, № 5, maddə 348; 2009, № 10, maddə 768; 2010, № 5, maddə 374; 2011, № 4, maddə 261, № 12, maddə 1090; 2016, № 12, maddə 1990; 2018, № 3, maddə 379; 2019, № 6, maddə 988; 2021, № 5, maddə 429) aşağıdakı dəyişikliklər edilsin:

2.1.  1-ci maddənin birinci hissəsinin ikinci abzasında "nəqli və paylanması" sözləri  "saxlanılması, ötürülməsi, paylanması və satışı" sözləri ilə, dördüncü abzasında "nəqli" sözü "saxlanılması, ötürülməsi" sözləri ilə, beşinci abzasında "istehsalı" sözü "istehsalı, saxlanılması" sözləri ilə əvəz edilsin;

2.2.  2-ci maddə üzrə:

2.2.1. birinci hissədə "nəqlinin" sözü "ötürülməsinin" sözü ilə əvəz edilsin;

2.2.2. ikinci hissədə "etməkdir" sözü "etmək və enerji effektivliyinə nail olmaqdır" sözləri ilə əvəz edilsin;

2.3. 3-cü maddənin ikinci hissəsinin ikinci cümləsində "nəql edir" sözləri "ötürür" sözü ilə əvəz edilsin;

2.4. 4-cü maddənin birinci hissəsi üzrə:

2.4.1. üçüncü abzasda "nəql edilməsi" sözləri "ötürülməsi" sözü ilə əvəz edilsin;

2.4.2. yeddinci abzasda "istehsalı, nəqli, paylanması və istehlakı üzrə" sözləri "istehsalı, saxlanılması, ötürülməsi, paylanması, satışı, istehlakı və enerji effektivliyi sahəsində" sözləri ilə əvəz edilsin;

2.5.  5-ci maddənin birinci hissəsində "nəqli" sözü "ötürülməsi" sözü ilə əvəz edilsin;

2.6.  8-ci maddə üzrə:

2.6.1. ikinci hissənin üçüncü abzasında "nəql etmək" sözləri "ötürmək" sözü ilə əvəz edilsin;

2.6.2.  dördüncü hissədə "nəql edən" sözləri "ötürən" sözü ilə əvəz edilsin;

2.6.3.  aşağıdakı məzmunda doqquzuncu hissə əlavə edilsin:

"İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.";

2.7. 10-cu maddənin üçüncü hissəsində, 18-ci maddənin birinci və üçüncü hissələrində "nəqli" sözü "saxlanılması, ötürülməsi" sözləri ilə əvəz edilsin;

2.8. 21-ci maddənin 2-ci hissəsindən "enerji resurslarından səmərəli istifadə fondu," sözləri çıxarılsın;

2.9. 22-ci maddənin üçüncü hissəsindən "və enerji resurslarından səmərəli" sözləri çıxarılsın.

Maddə 3. "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 563; 2004, № 7, maddə 505; 2007, № 5, maddə 442; 2009, № 10, maddə 768; 2010, № 5, maddə 374; 2011, № 4, maddə 262, № 12, maddə 1091; 2015, № 11, maddə 1251; 2016, № 12, maddə 1991; 2017, № 6, maddə 1018; 2018, № 3, maddə 380, № 4, maddə 634; 2019, № 11, maddə 1689; 2021, № 5, maddə 429, № 7, maddə 701; Azərbaycan Respublikasının 2022-ci il 25 fevral tarixli 486-VIQD nömrəli Qanunu) 13-cü maddəsinin 8-ci hissəsinə aşağıdakı məzmunda dördüncü cümlə əlavə edilsin:

"İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.".

Maddə 4. "Energetika haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 2, maddə 53; 2006, № 8, maddə 657; 2018, № 3, maddə 378; 2019, № 11, maddə 1689; 2021, № 7, maddə 701) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 1-ci maddənin 1-ci hissəsinin ikinci abzasına "nəqli" sözündən sonra  ", ötürülməsi" sözü və həmin hissənin səkkizinci abzasına hər iki halda "nəqletmə" sözündən sonra " və ya ötürmə" sözləri əlavə edilsin;

4.2. 2-ci maddənin 1-ci hissəsinin dördüncü abzasında "və səmərəli istifadəsi" sözləri ", enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi" sözləri ilə əvəz edilsin;

4.3.  3-cü maddə üzrə:

4.3.1. 1-ci hissənin birinci abzasına "nəqli" sözündən sonra ", ötürülməsi" sözü əlavə edilsin;

4.3.2. 2-ci hissənin beşinci abzasında "səmərəli" sözü "enerjiyə qənaət edən" sözləri ilə əvəz edilsin;

4.3.3. 3-cü hissədə "enerjinin səmərəli istifadəsi və" sözləri "enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi," sözləri ilə əvəz edilsin;

4.4.  4-cü maddənin 2-ci hissəsindən "enerji resurslarından səmərəli istifadə fondu," sözləri çıxarılsın;

4.5.  5-ci maddənin 1-ci hissəsinin beşinci abzasına "nəqletmə" sözündən sonra "və ya ötürmə" sözləri əlavə edilsin;

4.6. IV fəslin adında "ENERJİNİN SƏMƏRƏLİ İSTİFADƏSİ" sözləri "ENERJİ RESURSLARINDAN SƏMƏRƏLİ İSTİFADƏ" sözləri ilə əvəz edilsin;

4.7. 8-ci maddə üzrə:

4.7.1. adında "Enerjinin" sözü "Enerji resurslarının" sözləri ilə əvəz edilsin;

4.7.2. 1-ci hissənin birinci cümləsinə "resurslarından" sözündən sonra "səmərəli" sözü, "qaydalarına" sözündən sonra "və enerji effektivliyi üzrə öhdəliklərə" sözləri əlavə edilsin;

4.7.3.  2-ci hissənin birinci abzasının birinci cümləsində "enerjinin səmərəli istifadəsi" sözləri "enerji resurslarından səmərəli istifadə" sözləri ilə əvəz edilsin;

4.7.4. 2-ci hissəyə aşağıdakı məzmunda dördüncü abzas əlavə edilsin:

"Effektivlik potensialının qiymətləndirilməsi və enerji effektivliyi üzrə öhdəliklərlə bağlı münasibətlər "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tənzimlənir.";

4.8. 15-ci maddənin 1-ci hissəsinin yeddinci abzasına, 3-cü hissəsinin birinci, ikinci, üçüncü və beşinci cümlələrinə "nəqletmə" sözündən sonra "və ya ötürmə" sözləri əlavə edilsin;

4.9. 16-cı maddə üzrə:

4.9.1. adına "nəqletmə" sözündən sonra "və ya ötürmə" sözləri əlavə edilsin;

4.9.2. 1-ci hissənin birinci və ikinci abzaslarına "nəqletmə" sözündən sonra "və ya ötürmə" sözləri əlavə edilsin və həmin hissənin beşinci abzasında "və nəqletmə" sözləri ", nəqletmə və ya ötürmə" sözləri ilə əvəz edilsin, "nəqletmə" sözündən sonra "və ya ötürmə" sözləri əlavə edilsin;

4.9.3. 2-ci hissənin birinci cümləsinə (hər iki halda), ikinci, üçüncü və dördüncü cümlələrinə "nəqletmə" sözündən sonra "və ya ötürmə" sözləri əlavə edilsin;

4.9.4. 3-cü hissənin birinci abzasına "nəqletmə" sözündən sonra "və ya ötürmə" sözləri, "nəql edilməsini" sözlərindən sonra "və ya ötürülməsini" sözləri, ikinci abzasına "nəqlinin" sözündən sonra "və ya ötürülməsinin" sözləri, üçüncü abzasına "nəqli" sözündən sonra "və ya ötürülməsi" sözləri, dördüncü abzasına "nəqletmə" sözündən sonra "və ya ötürmə" sözləri əlavə edilsin;

4.9.5. 4-cü hissənin birinci cümləsinə "nəql edilməsi" sözlərindən sonra "və ya ötürülməsi" sözləri, ikinci cümləsinə "nəqli" sözündən sonra "və ya ötürülməsi" sözləri, "nəql olunmasına" sözlərindən sonra "və ya ötürülməsinə" sözləri əlavə edilsin;

4.9.6. 5-ci hissənin birinci və ikinci cümlələrinə, 6-cı və 7-ci hissələrinə "nəqletmə" sözündən sonra "və ya ötürmə" sözləri əlavə edilsin;

4.10. 17-ci maddənin 2-ci hissəsinin dördüncü abzasına "nəql edənlər" sözlərindən sonra ", ötürücülər" sözü əlavə edilsin, 3-cü hissəsinin birinci cümləsində "nəql edən" sözləri "ötürən" sözü ilə əvəz edilsin;

4.11. 22-ci maddənin 2-ci hissəsinin birinci cümləsinə "nəqli," sözündən sonra "ötürülməsi," sözü əlavə edilsin;

4.12. 26-cı maddənin ikinci hissəsinin ikinci cümləsinə, 28-ci və 30-cu maddələrin ikinci hissələrinə, 31-ci maddənin 1-ci hissəsinin dördüncü abzasına və 32-ci maddənin 3-cü hissəsinə "nəqletmə" sözündən sonra "və ya ötürmə" sözləri əlavə edilsin.

Maddə 5. "Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 2, maddə 78; 2014, № 10, maddə 1154; 2016, № 1, maddə 13) 2.1-ci maddəsində "Enerji resurslarından istifadə haqqında" sözləri "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" sözləri ilə əvəz edilsin.

Maddə 6. "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 778; 2014, № 10, maddə 1163; 2017, № 6, maddə 1027,  № 7, maddə 1257, № 12 (I kitab), maddə 2198; 2018, № 4, maddə 638; 2021,  № 7, maddə 719, № 12, maddə 1315) 13.2-ci maddəsində "Enerji resurslarından istifadə haqqında" sözləri "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" sözləri ilə əvəz edilsin.

Maddə 7. Bu Qanun 2022-ci il iyulun 1-dən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 27 may 2022-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video