30 Dekabr 2024 01:35
1635
Qanunlar
A- A+
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində və "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində və "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 15-ci və 21-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 797 (Cild I); 2024, № 1, maddə 7, № 4, maddə 365, № 5 (I kitab), maddələr 488, 489, 503, № 11, maddə 1187) aşağıdakı dəyişikliklər edilsin:

1.1. aşağıdakı məzmunda 3.0.10-1-ci maddə əlavə edilsin:

"3.0.10-1. yüksəkixtisaslı miqrant yüksəkixtisaslı mütəxəssislərin Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi imkanlarının genişləndirilməsi məqsədilə tətbiq edilən proqram çərçivəsində müraciətləri müsbət cavablandırılmış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;";

1.2. 20.1-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Xarici ölkələrin müvafiq orqanları tərəfindən Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə bu Məcəllədə Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün müəyyən edilmiş müvəqqəti olma müddətləri ilə bağlı fərqli qaydalar tətbiq edildikdə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə qarşılıqlı olaraq fərqli qaydalar müəyyən edilə bilər.";

1.3. 26.1-ci maddəyə "şəxslərə" sözündən sonra ", habelə yüksəkixtisaslı miqrantlara" sözləri əlavə edilsin;

1.4. aşağıdakı məzmunda 40.0.6-cı maddə əlavə edilsin:

"40.0.6. yüksəkixtisaslı miqrantın mütəxəssis hesab olunduğu sahə üzrə fəaliyyətə başlaması öz iradəsindən asılı olmayan səbəblərdən mümkün olmadıqda.";

1.5. 45.1.4-1-ci maddəyə "mütəxəssis" sözündən sonra "və ya yüksəkixtisaslı miqrant" sözləri əlavə edilsin;

1.6. 47.6-cı və 47.7-ci maddələrə "10 iş günü" sözlərindən sonra "(yüksəkixtisaslı miqrantlara, onların 23 yaşına çatmamış övladlarına və digər ailə üzvlərinə münasibətdə 5 iş günü)" sözləri əlavə edilsin;

1.7. 49-cu maddə üzrə:

1.7.1. 49.1-ci maddədə "maddəsində" sözü "və 45.1.4-1-ci (yüksəkixtisaslı miqrantlara münasibətdə) maddələrində" sözləri ilə və "hal" sözü "hallar" sözü ilə əvəz edilsin;

1.7.2. 49.2-ci maddədə "maddəsində" sözü "və 45.1.4-1-ci (yüksəkixtisaslı miqrantlara münasibətdə) maddələrində" sözləri ilə əvəz edilsin;

1.8. aşağıdakı məzmunda 50.3-cü maddə əlavə edilsin:

"50.3. Bu Məcəllənin 50.1.8-ci maddəsi ilə müəyyən edilmiş müvəqqəti yaşamaq üçün icazə verilməsindən imtina halı yüksəkixtisaslı miqrantlara şamil edilmir.";

1.9. 51.5-ci maddəyə "cəlb edilənlər" sözlərindən sonra ", habelə yüksəkixtisaslı miqrantın əri (arvadı) və 23 yaşına çatmamış övladları" sözləri əlavə edilsin; 

1.10. 52-ci maddə üzrə:

1.10.1. 52.1.7-ci maddəyə "mütəxəssis" sözündən sonra "və ya yüksəkixtisaslı miqrant" sözləri əlavə edilsin;

1.10.2. "Qeyd" hissəsinin 4-cü bəndinə birinci halda "Məcəllənin" sözündən sonra "52.1.7-ci və" sözləri və "müvafiq olaraq" sözlərindən sonra "45.1.4-1-ci və" sözləri əlavə edilsin;

1.11. 53.1.7-ci və 55.0.6-cı maddələrə "götürdüyü" sözündən sonra ", habelə yüksəkixtisaslı miqrantın icazə üçün müraciət etdiyi" sözləri əlavə edilsin;

1.12. 54-cü maddə üzrə:

1.12.1. 54.5-ci maddənin ikinci cümləsinə "hal" sözündən sonra "yüksəkixtisaslı miqrantlara," sözləri əlavə edilsin; 

1.12.2. 54.7-ci maddənin birinci və ikinci cümlələrinə "1 ay" sözlərindən sonra "(yüksəkixtisaslı miqrantlara, onların 23 yaşına çatmamış övladlarına və digər ailə üzvlərinə münasibətdə 20 gün)" sözləri əlavə edilsin;

1.13. 64.0.19-cu maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 64.0.20-ci maddə əlavə edilsin:

"64.0.20. yüksəkixtisaslı miqrantlara (mütəxəssis olduğu sahə üzrə fəaliyyət göstərdikdə).";

1.14. 66-cı maddəyə aşağıdakı məzmunda "Qeyd" hissəsi əlavə edilsin:

"Qeyd: Bu Məcəllənin 66.0.3-cü və 66.0.5-ci maddələri ilə müəyyən edilmiş iş icazəsinin verilməsindən imtina halları yüksəkixtisaslı miqrantın ərinə (arvadına) və 23 yaşına çatmamış övladlarına şamil edilmir.";

1.15. 71-ci maddə üzrə:

1.15.1. adında "Əmək müqaviləsi pozulduqda iş" sözləri "İş" sözü ilə əvəz edilsin;

1.15.2. 71.1-ci maddənin ikinci cümləsinə "pozulduqda" sözündən sonra "və ya iş icazəsinin bu Məcəllənin 66.0.3-cü maddəsi tətbiq edilmədən rəsmiləşdirilməsinə əsas olan hal aradan qalxdıqda" sözləri əlavə edilsin;

1.15.3. 71.2-ci maddədə "Əmək müqaviləsi vaxtından əvvəl pozulduqda" sözləri "İş icazəsi qüvvəsini itirdikdə" sözləri ilə əvəz edilsin;

1.16. 73-cü maddə üzrə:

1.16.1. 73.0.2-ci maddə ləğv edilsin;

1.16.2. 73.0.4-cü maddədə "və 69.6-cı" sözləri ", 69.6-cı və 71.1-ci" sözləri ilə əvəz edilsin.

Maddə 2. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 740 (Cild I); 2024, № 1, maddələr 10, 16, № 6 (I kitab), maddə 637, № 7, maddələr 747, 751, 775, № 8, maddə 933, № 11, maddə 1187) aşağıdakı dəyişikliklər edilsin:

2.1. aşağıdakı məzmunda 14.8.2-1-ci və 14.8.5-1-ci maddələr əlavə edilsin:

"14.8.2-1. Bu Qanunun 14.8.1-ci və 14.8.2-ci maddələrində müəyyən edilmiş müddətlər Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 3.0.10-1-ci maddəsində nəzərdə tutulan yüksəkixtisaslı miqrantlara, onların 23 yaşına çatmamış övladlarına və digər ailə üzvlərinə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə beş iş günü azaldılmaqla tətbiq edilir.";

"14.8.5-1. Bu Qanunun 14.8.4-cü və 14.8.5-ci maddələrində müəyyən edilmiş müddətlər Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 3.0.10-1-ci maddəsində nəzərdə tutulan yüksəkixtisaslı miqrantlara, onların 23 yaşına çatmamış övladlarına və digər ailə üzvlərinə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə on gün azaldılmaqla tətbiq edilir.";

2.2. 18.58-1-ci maddəyə "müddətlər" sözündən sonra "Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 3.0.10-1-ci maddəsində nəzərdə tutulan yüksəkixtisaslı miqrantın ərinə (arvadına) və 23 yaşına çatmamış övladlarına, habelə" sözləri əlavə edilsin. 


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 29 dekabr 2024-cü il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

Timişoarada Azərbaycan Rumıniya münasibətləri barədə müzakirə aparılıb  

20:20
06 Dekabr

Almaniya Kansleri İordaniya və İsrailə səfər edib  

19:51
06 Dekabr

Misli Premyer Liqasında XIV tura start verilib  

19:21
06 Dekabr

Cənubi Afrikada bir otelə basqın nəticəsində 11 nəfər qətlə yetirilib  

17:53
06 Dekabr

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib YENİLƏNİB  

17:48
06 Dekabr

 Xalq artisti Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edilib

17:41
06 Dekabr

Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

16:59
06 Dekabr

Kişineuda xeyriyyə yarmarkasında Azərbaycan öz stendi ilə təmsil olunub  

16:21
06 Dekabr

ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevə təşəkkür edib

16:07
06 Dekabr

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan

16:00
06 Dekabr

D-8 ölkələrinin Gənclər Dialoqunun açılış mərasimi keçirilib YENİLƏNİB 

15:53
06 Dekabr

Ombudsman Aparatının nümayəndələri Cenevrədə səfərdədirlər  

15:51
06 Dekabr

“Türkiye” qəzeti: Türkiyənin sərhəd əyalətlərində Zəngəzur Dəhlizinin açılışına hazırdırlar  

15:40
06 Dekabr

Sudanın Cənubi Kordofan vilayətində 79 mülki şəxs qətlə yetirilib  

15:37
06 Dekabr

Azərbaycan ilə Gürcüstan arasında təhsil və elm sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub  

15:37
06 Dekabr

Yalçın Rəfiyev: Bakıda yeni D-8 mərkəzləri açmaq niyyətindəyik  

15:35
06 Dekabr

Azərbaycan gənclərinin COP29 təcrübəsini D-8-ə üzv ölkələrin gəncləri ilə bölüşmələrini istəyirik 

15:32
06 Dekabr

Azərbaycan TDT-yə üzv və müşahidəçi ölkələrlə uğurlu təcrübələrin mübadiləsinə hazırdır  

15:31
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!