17 Iyul 2022 01:23
1146
Qanunlar
A- A+

"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) təsisatının  20 illiyi (2002-2022)" Azərbaycan Respublikasının yubiley medalının təsviri

 

Azərbaycan Respublikasının 2022-ci il 29 iyun tarixli Qanunu ilə təsdiq edilmişdir


 

Maddə 1. Medalın ümumi təsviri

"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman)  təsisatının 20 illiyi (2002-2022)" Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra - medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 38 mm olan səkkizguşəli ulduz formalı lövhədən ibarətdir.

Maddə 2. Medalın ön tərəfi

2.1. Medalın ön tərəfində hər bir guşəsi qabarıq olan səkkizguşəli ulduzun üzərində xarici və daxili çevrələrlə konturlanmış dairəvi lövhə yerləşdirilmişdir.

2.2. Daxili çevrənin xaricində aşağı sol tərəfdən başlayaraq, qövs boyunca qızılı rəngli fonda "AZƏRBAYCAN RESPUBLİKASININ İNSAN HÜQUQLARI ÜZRƏ MÜVƏKKİLİ (OMBUDSMAN) TƏSİSATI" sözləri yazılmışdır, sözlərin arasında dairəvi lövhənin aşağı hissəsinin mərkəzində diametri 2 mm olan səkkizguşəli ulduz həkk olunmuşdur.

2.3. Daxili çevrənin içərisində yerləşən üzəri göy rəngli mina ilə örtülmüş dairəvi lövhənin aşağı hissəsinin mərkəzindən sol və sağ tərəflərdən yuxarı hissəyə doğru qövs boyunca dəfnə çələngləri təsvir olunmuşdur. Yuxarı hissənin mərkəzində dəfnə çələnglərinin arasında diametri 3 mm olan səkkizguşəli ulduz həkk olunmuşdur. Səkkizguşəli ulduzun aşağısında üç sətrə bölünməklə "20 il"  sözləri və "2002-2022" rəqəmləri yazılmışdır.

2.4. Bütün təsvirlər və yazılar relyeflidir, qızılı rəngdədir.

Maddə 3. Medalın arxa tərəfi

3.1. Medalın arxa tərəfi hamar səthlidir.

3.2. Medalın arxa tərəfinin aşağı hissəsində medalın seriyası və nömrəsi göstərilir.

Maddə 4. Medalın elementləri

4.1. Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, yuxarı hissəsinə üzərində palıd çələngi, aypara və ulduzdan ibarət kompozisiya təsvir olunmuş, aşağı hissəsinə isə hamar səthli 40 mm x 5.5 mm ölçülü, qızılı rəngli metal lövhə bərkidilmiş,  37 mm x 50 mm ölçüdə düzbucaqlı xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir.

4.2. Xara lentin üzərində mərkəzdə 3 mm enində yaşıl rəngli, mərkəzdən  sol və sağ kənarlara doğru ardıcıl olaraq 10 mm enində tünd göy rəngli, 1 mm enində yaşıl rəngli, 2 mm enində tünd göy rəngli, 2.5 mm enində narıncı rəngli, 1.5 mm enində tünd göy rəngli şaquli zolaqlar təsvir olunmuşdur.

4.3. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, metaldan düzəldilmiş və eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçüdə qəlib əlavə olunur.

 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video