03 Iyul 2022 00:52
556
Fərmanlar
A- A+

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında" 2016-cı il 3 fevral tarixli 762 nömrəli, "Xarici ticarət iştirakçılarının "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası"nın təsdiq edilməsi haqqında" 2018-ci il 21 dekabr tarixli 427 nömrəli, "Dövlətə məxsus olan  hüquqi şəxslərdə apellyasiya şuralarının yaradılması haqqında" 2019-cu il 6 may tarixli 681 nömrəli fərmanlarında dəyişiklik edilməsi və "Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının yaradılması haqqında" 2016-cı il 3 fevral tarixli 761 nömrəli Fərmanının ləğv edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1.         "Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli

762 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 226; 2017,  № 12 (I kitab), maddə 2335; 2018, № 4, maddə 661; 2019, № 4, maddə 655; 2020,  № 1, maddə 7) aşağıdakı dəyişikliklər edilsin:

1.1.      həmin Fərmanla təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə" üzrə:

1.1.1.  1.9.3-cü yarımbənddən "və ya Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası" sözləri çıxarılsın;

1.1.2.  2.0.4-cü yarımbənddən "və tələb olunan formada Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasına" sözləri çıxarılsın;

1.1.3.  4.10 - 4.12-ci, 7.8-ci bəndlər ləğv edilsin;

1.1.4.  7.9-cu bəndin birinci cümləsindən  ", habelə tələb olunduğu halda qərarın surətinin və ya elektron variantının Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasına göndərilməsi" sözləri çıxarılsın;

1.2.      həmin Fərmanla təsdiq edilmiş "Yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə" üzrə:

1.2.1.  1.9.3-cü yarımbənddən "və ya Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası" sözləri çıxarılsın;

1.2.2.  2.0.4-cü yarımbənddən "və tələb olunan formada Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasına" sözləri çıxarılsın;

1.2.3.  4.11 - 4.13-cü, 7.7-ci bəndlər ləğv edilsin;

1.2.4.  7.8-ci bəndin birinci cümləsindən  ", habelə tələb olunduğu halda qərarın surətinin və ya elektron variantının Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasına göndərilməsi" sözləri çıxarılsın.

2. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli 427 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2584; 2021, № 12, maddə 1353) ilə təsdiq edilmiş "Xarici ticarət iştirakçılarının "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası"nın 2.8-ci bəndindən ", Komitənin Apellyasiya Şurasının qərarından isə Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasına" sözləri çıxarılsın.

3. "Dövlətə məxsus olan hüquqi şəxslərdə apellyasiya şuralarının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 6 may tarixli 681 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 833) aşağıdakı dəyişikliklər edilsin:

3.1.  5-ci hissə ləğv edilsin;

3.2.      həmin Fərmanla təsdiq edilmiş "Dövlətə məxsus olan hüquqi şəxsin Apellyasiya Şurası haqqında Nümunəvi Əsasnamə" üzrə:

3.2.1.  1.8.3-cü yarımbənddən "və ya Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası" sözləri çıxarılsın;

3.2.2.  2.0.4-cü yarımbənddən "və tələb olunan formada Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasına" sözləri çıxarılsın;

3.2.3.  4.10 - 4.12-ci, 7.7-ci bəndlər ləğv edilsin;

3.2.4.  7.8-ci bənddən  ", habelə tələb olunduğu halda qərarın surətinin və ya elektron variantının Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasına göndərilməsi" sözləri çıxarılsın.

4. "Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 761 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016,  № 2 (II kitab), maddə 225; 2017, № 12, maddə 2334; 2018, № 4, maddə 660;  2019, № 3, maddə 427, № 5, maddə 832) ləğv edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 30 iyun 2022-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video