30 Oktyabr 2024 01:00
3434
Fərmanlar
A- A+
Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə"nin və "e-sosial" internet portalı haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" 2019-cu il 15 aprel tarixli 634 nömrəli və "Dövlət icbari şəxsi sığorta sisteminin təkmilləşdirilməsi və Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə"nin və "e-sosial" internet portalı haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" 2019-cu il 15 aprel tarixli 634 nömrəli və "Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" 2021-ci il 18 may tarixli 1340 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 dekabr tarixli 1541 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə"nin və "e-sosial" internet portalı haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" 2019-cu il 15 aprel tarixli 634 nömrəli və "Dövlət icbari şəxsi sığorta sisteminin təkmilləşdirilməsi və Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə"nin və "e-sosial" internet portalı haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" 2019-cu il 15 aprel tarixli 634 nömrəli və "Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" 2021-ci il 18 may tarixli 1340 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 dekabr tarixli 1541 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında



Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 634 (Cild I); 2024, № 4, maddə 385, № 6 (I kitab), maddə 654, № 8, maddə 943) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.9-cu bənd aşağıdakı redaksiyada verilsin:

"2.9. Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), Azərbaycan Respublikasının məhkəmələri, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, habelə bu Əsasnamənin 2.10-cu bəndi nəzərə alınmaqla Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Baş Prokurorluğu dövlət icbari şəxsi sığortası ilə bağlı Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olan sənədlərin rəsmiləşdirildiyi gün həmin sənədlərdəki məlumatları "Dövlət icbari şəxsi sığorta" altsisteminə daxil edirlər.

1.2.  2.10-cu bənddə "Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti" sözləri "Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Baş Prokurorluğu" sözləri ilə əvəz edilsin.

2. "Dövlət icbari şəxsi sığorta sisteminin təkmilləşdirilməsi və Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə"nin və "e-sosial" internet portalı haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" 2019-cu il 15 aprel tarixli 634 nömrəli və "Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" 2021-ci il 18 may tarixli 1340 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 dekabr tarixli 1541 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 12, maddə 1406 (Cild I); 2024, № 4, maddə 385, № 6 (I kitab), maddə 654) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 4-cü hissə aşağıdakı redaksiyada verilsin:

"4. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, habelə bu Fərmanın 6-cı hissəsi nəzərə alınmaqla Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi dövlət icbari şəxsi sığortası ilə bağlı Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olan sənədlərin rəsmiləşdirildiyi gün həmin sənədlərdəki məlumatların altsistemə daxil olunmasını təmin etsinlər.";

2.2. 6-cı hissədə "Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti" sözləri "Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi" sözləri ilə əvəz edilsin.

2.3. 5-ci hissəyə "Azərbaycan Respublikasının Baş Prokurorluğuna" sözlərindən sonra "(bu Fərmanın 5-1-ci hissəsi nəzərə alınmaqla)" sözləri əlavə edilsin.

2.4. aşağıdakı məzmunda 5-1-ci hissə əlavə edilsin:

"5-1. Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə olunsun ki, "Dövlət sirri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan sığortaolunanların dövlət icbari şəxsi sığortası ilə bağlı Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olan sənədləri rəsmiləşdirildiyi gündən sonra 5 (beş) iş günündən gec olmayaraq kağız və elektron daşıyıcıda Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim etsin.".


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 29 oktyabr 2024-cü il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ulu Öndərin anım günü Gürcüstanda silsilə tədbirlərlə qeyd olunub  

13:36
12 Dekabr

Ümummilli Lider Heydər Əliyevin xatirəsi Gəncədə də ehtiramla anılır  

13:31
12 Dekabr

Ceyhun Bayramov: Ermənistanın Konstitusiya Məhkəməsinin qərarı vəziyyəti daha da mürəkkəbləşdirir  

13:26
12 Dekabr

Ceyhun Bayramov: Araz çayı üzərində körpü tikintisi davam edir  

13:21
12 Dekabr

Nazir: Sülh müqaviləsi prosesində bəlli irəliləyişlər əldə edilib  

13:16
12 Dekabr

Ankarada səfərdə olan Azərbaycan nümayəndə heyəti Heydər Əliyevin xatirəsini ehtiramla yad edib  

13:11
12 Dekabr

Sabah Azərbaycanın bəzi ərazilərində qar yağacaq  

13:06
12 Dekabr

Bakı metrosunun kollektivi Ulu Öndər Heydər Əliyevin vəfat ildönümünü qeyd edib  

13:01
12 Dekabr

Səhiyyə işçiləri Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad edib

12:56
12 Dekabr

Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi Berlində dərin ehtiramla yad edilib  

12:51
12 Dekabr

Tacikistanda Ulu Öndər Heydər Əliyevin anım mərasimi təşkil olunub  

12:46
12 Dekabr

Nazir: Azərbaycanda keyfiyyətli təhsil modelinin formalaşdırılması üçün mühüm addımlar atılıb  

12:41
12 Dekabr

Hikmət Hacıyev: Ermənistanın hərbi quruculuq siyasəti üzərində ciddi məhdudiyyətlər olmalıdır  

12:36
12 Dekabr

Baş Prokurorluğun əməkdaşları anım günü ilə bağlı Fəxri xiyabanı ziyarət edib  

12:31
12 Dekabr

DİN-in əməkdaşları Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər  

12:26
12 Dekabr

Azərbaycan nümayəndə heyəti Həştərxanda Ümummilli Lider abidəsi ziyarət edib  

12:21
12 Dekabr

Baş nazir Əli Əsədov Moskvada Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib  

12:16
12 Dekabr

DTX-nin əməkdaşları Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər  

12:11
12 Dekabr

Hikmət Hacıyev: Ermənistan regionda ən çox mina istehsal edən ölkələrdən biridir  

12:06
12 Dekabr

Qarabağ Universitetində Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb  

12:01
12 Dekabr

Prezidentin köməkçisi: Avropa İttifaqının Ermənistandakı missiyasının fəaliyyəti başa çatmalıdır  

11:56
12 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!