Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 16 mart tarixli 1941 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020 – 2024-cü illər üçün Dövlət Proqramı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, təbii sərvətlərdən səmərəli istifadənin təmin edilməsi, işğaldan azad olunmuş ərazilərin bərpasına və infrastrukturunun qurulmasına olan tələbatı ödəməyə qadir olan mineral xammal bazasının formalaşdırılması məqsədilə qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 16 mart tarixli 1941 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 3, maddə 323; 2021, № 11, maddə 1235) ilə təsdiq edilmiş “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020 – 2024-cü illər üçün Dövlət Proqramı”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 2-ci hissənin dördüncü abzasının üçüncü cümləsində “AzerGold” QSC-nin kontrakt sahəsində yerləşən” sözləri “Öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənilməsi və səmərəli idarə olunması “AzerGold” QSC-yə həvalə edilmiş” sözləri ilə əvəz edilsin.
2. 5.0.1-ci yarımbənddə “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən aidiyyəti dövlət orqanları (qurumları)” sözləri “icraçı qurumlar” sözləri ilə əvəz edilsin.
3. 8-ci hissə üzrə:
3.1. 8.1.1-ci yarımbəndin “Tədbirin adı” sütununda “Lənkəran – Astara iqtisadi rayonu ərazisinin” sözləri “Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının ərazilərinin” sözləri ilə əvəz edilsin;
3.2. 8.1.5-ci yarımbəndin “Tədbirin adı” sütununda “Masallı-Göytəpə” sözləri “Füzuli, Cəbrayıl və Ağdam rayonları” sözləri ilə əvəz edilsin;
3.3. aşağıdakı məzmunda 8.1.7-ci yarımbənd əlavə edilsin:
8.1.7. |
Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının geoloji quruluşu (stratiqrafiya, tektonika, maqmatizm, hidrogeologiya) və faydalı qazıntıları üzrə toplu məlumatlar bazasının yaradılması |
Ekologiya və Təbii Sərvətlər Nazirliyi |
AMEA |
2022–2024 |
3.4.8.2.1-ci yarımbəndin “Tədbirin adı” sütununda “dəmirə, kobalta və nəcib metallara (qızıl, gümüş)” sözləri “nəcib metallara (Çovdar yatağının uzaq cinahlarında – Quytul-Pəyədərə-Nüzgər-Balçılı)” sözləri ilə və həmin yarımbəndin “Digər icraçılar” sütununda “İqtisadiyyat Nazirliyi” sözləri “AzerGold” QSC” sözləri ilə əvəz edilsin;
3.5.8.2.4-cü yarımbəndin “Tədbirin adı” sütununda “Tufan və Somxit-Qarabağ struktur-formasiya zonalarında mis filizinə perspektivli sahələrdə geoloji axtarış”sözləri “Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının ərazilərində (Kiçik Qafqazın mərkəzi və cənub hissəsi) nəcib və əlvan metallara (mis) perspektivli sahələrdə geoloji-axtarış” sözləri ilə əvəz edilsin və həmin yarımbəndin “Digər icraçılar” sütununa “AzerGold” QSC” sözləri əlavə edilsin;
3.6.8.2.5-ci yarımbəndin “Tədbirin adı” sütununda “Vəndam struktur-formasiya zonasında (İsmayıllı rayonu ərazisində) qızıla perspektivli konqlomeratlarda” sözləri “Daşkəsən filiz rayonunun cənub hissəsində (Zivlən-Alxançallı-Şahkərəm-Qaraqullar-Şahvələdli-Çanaxçı) nəcib və əlvan metal yataqları üzrə” sözləri ilə və həmin yarımbəndin “Digər icraçılar” sütununda “İqtisadiyyat Nazirliyi” sözləri “AzerGold” QSC” sözləri ilə əvəz edilsin;
3.7. 8.2.6-cı yarımbəndin “Tədbirin adı” sütununda “Qusar-Şabran və Şamaxı-Qobustan ərazilərində çökmə mənşəli radioaktiv elementlərə perspektivli sahələrin qiymətləndirilməsi” sözləri “Çovdar nəcib metallar yatağının yaxın cinahlarında kəşfiyyat” sözləri ilə əvəz olunsun və həmin yarımbəndin “Digər icraçılar” sütununa “AzerGold” QSC” sözləri əlavə edilsin;
3.8.aşağıdakı məzmunda 8.2.7 – 8.2.13-cü yarımbəndlər əlavə edilsin:
8.2.7. |
Gəncəçay-Kürəkçay sahəsində (Çıraqlı-Zurnabad-Buzluq-Başqılaq) axtarış işlərinin aparılması |
“AzerGold” QSC |
Ekologiya və Təbii Sərvətlər Nazirliyi |
2022–2024 |
8.2.8. |
Gədəbəy rayonu ərazisində (Qaradağ-Xarxar-Cəyirçay sahələrində) axtarış işlərinin aparılması |
“AzerGold” QSC |
Ekologiya və Təbii Sərvətlər Nazirliyi |
2022–2024 |
8.2.9. |
Göygöl rayonu ərazisində (Tülallar-Həsənlər sahəsi) axtarış işlərinin aparılması |
“AzerGold” QSC |
Ekologiya və Təbii Sərvətlər Nazirliyi
|
2022–2023 |
8.2.10. |
Daşkəsən dəmir qrupu yataqlarının ehtiyatlarının yenidən qiymətləndirilməsi və kəşfiyyat işlərinin aparılması |
“AzerGold” QSC |
Ekologiya və Təbii Sərvətlər Nazirliyi |
2022–2023 |
8.2.11. |
Balakən-Zaqatala rayonlarında (Filizçay, Mazımçay və Katex sahələrində) geoloji axtarış və kəşfiyyat işlərinin aparılması |
“AzerGold” QSC |
Ekologiya və Təbii Sərvətlər Nazirliyi |
2022–2024 |
8.2.12. |
Naxçıvan MR-də (Göydağ-Ortakənd sahəsində) geoloji axtarış və kəşfiyyat işlərinin aparılması |
“AzerGold” QSC |
Ekologiya və Təbii Sərvətlər Nazirliyi |
2022–2024 |
8.2.13. |
Naxçıvan MR-də (Kükü-Zrnel və Ləkyətaq sahələrində) geoloji axtarış və kəşfiyyat işlərinin aparılması |
Ekologiya və Təbii Sərvətlər Nazirliyi |
“AzerGold” QSC |
2022–2024 |
3.9. 8.3.2-ci yarımbəndin “Tədbirin adı” sütununda “Abşeron və Qobustan rayonları ərazilərində dolomit xammalı ilə bağlı geoloji axtarış” sözləri “Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının ərazilərində qeyri-filizlərlə bağlı axtarış-qiymətləndirmə” sözləri ilə əvəz edilsin;
3.10.8.3.4-cü yarımbəndin “Tədbirin adı” sütununda “Qobustan, Xızı, Abşeron rayonları ərazisində bentonit gilləri ilə bağlı” sözləri “Laçın rayonu ərazisində mineral gübrə xammalları ilə bağlı perspektivli sahələrdə” sözləri ilə əvəz edilsin;
3.11.8.3.6-cı, 8.3.8-ci, 8.3.9-cu, 8.5.3-cü, 8.5.5-ci, 8.6.1-ci, 8.7.2-ci və 8.8.2-ci yarımbəndlər ləğv edilsin;
3.12.8.4.2-ci yarımbəndin “Tədbirin adı” sütununda “rayonunun” sözü “və Qobustan rayonlarının” sözləri ilə və həmin yarımbəndin “İcra müddəti” sütununda “2021” rəqəmləri “2022” rəqəmləri ilə əvəz edilsin;
3.13. 8.4.4-cü yarımbəndin “Tədbirin adı” sütununda “Ekoloji təhlükə yaranan ərazilərin bərpası üçün kompleks geoloji, geoekoloji və hidrogeoloji tədqiqatlar” sözləri “Cəbrayıl düzənliyinin (Zəngilan, Cəbrayıl və Füzuli rayonları ərazisi) yeraltı su yataqlarının təftişi və qiymətləndirilməsi işlərinin” sözləri ilə və həmin yarımbəndin “İcra müddəti” sütununda “2020” rəqəmləri “2022” rəqəmləri ilə əvəz edilsin;
3.14.aşağıdakı məzmunda 8.4.5-ci və 8.4.6-cı yarımbəndlər əlavə edilsin:
8.4.5. |
Azərbaycan Respublikasının ərazisində mövcud yeraltı su yataqlarının istismar ehtiyatlarının yenidən qiymətləndirilməsi |
Ekologiya və Təbii Sərvətlər Nazirliyi |
|
2022–2024 |
8.4.6. |
Ekoloji təhlükə yaranan ərazilərin bərpası üçün kompleks geoloji, geoekoloji və hidrogeoloji tədqiqatların aparılması |
Ekologiya və Təbii Sərvətlər Nazirliyi |
|
2022–2024 |
3.15. 8.5.4-cü yarımbəndin “Tədbirin adı” sütununda “geoloji tektonik quruluşunun öyrənilməsi və seysmohidrogeodinamik şəraitinin qiymətləndirilməsi” sözləri “geoloji-tektonik quruluşunun öyrənilməsi” sözləri ilə əvəz edilsin;
3.16. 8.8.1-ci yarımbəndin “Tədbirin adı” sütununda “yeni buruq-qazma avadanlığının, geofiziki cihazların, topoqrafik GPS-lərin, planşetlərin, yeni nəsil kompüterlərin alınması və müasir proqram təminatlarının” sözləri “müasir geofiziki cihazların,kompüterlərinvə proqram təminatının” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 may 2022-ci il
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Aydın Süleymanlı şahmat üzrə Azərbaycan çempionu olub
25 Aprel
ABŞ hərbi kontingentinin bir hissəsini Çaddan çıxarır
25 Aprel
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib
25 Aprel
Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
25 Aprel
Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub
25 Aprel
Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib
25 Aprel
Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib
25 Aprel
Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb
25 Aprel
BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib...
25 Aprel
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!