"Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında"Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 3-cü və 16-cı bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 2, maddə 106; 2001, № 12, maddə 731; 2002, № 1, maddə 4; 2004, № 8, maddə 606, № 9, maddə 666; 2007, № 3, maddə 206, № 6, maddələr 560, 598, № 11, maddə 1078; 2008, № 8, maddə 699, № 11, maddə 960; 2009, № 6, maddə 395; 2010, № 4, maddə 276; 2013, № 12, maddə 1497; 2018, № 3, maddə 399, № 5, maddə 886, № 12 (I kitab), maddə 2481; 2019, № 7, maddə 1194; 2020, № 4, maddə 394, № 7, maddə 826; 2021, № 8, maddə 897, № 12, maddə 1316) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 21-ci maddə üzrə:
1.1.1. birinci, ikinci və altıncı hissələr ləğv edilsin;
1.1.2. üçüncü hissədə "2475 manat miqdarında" sözləri "3550 manat məbləğində" sözləri ilə əvəz edilsin;
1.1.3. beşinci hissədə "bir misli məbləğində" sözləri "iki misli həcmində" sözləri ilə əvəz edilsin;
1.2. 29-cu maddənin ikinci cümləsi çıxarılsın.
Maddə 2. Bu Qanun 2022-ci il iyulun 1-dən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 iyun 2022-ci il
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
İşğaldan azad olunmuş ərazilərdə 13 məktəb tikilir
19 Aprel
Kənd təsərrüfatı məhsullarının istehsalı artıb
19 Aprel
Ölkəmizə qarşı uydurma yalanlar reallıqdan çox uzaqdır
19 Aprel
Erməni vəhşiliklərini əks etdirən ensiklopedik kitab
19 Aprel
Gözəlliklər məskəni, qəhrəmanlar diyarı
19 Aprel
İlk rübün makroiqtisadi göstəriciləri açıqlanıb
19 Aprel
Mənalı ömür yolu ilə daim işıq saçan dahi
19 Aprel
Regionda sülhün olması Qərbin maraqlarına uyğun deyil
19 Aprel
Paris Cənubi Qafqazda suları bulandırmağa çalışır
19 Aprel
Ermənistan hökumətinin unutduğu həqiqət...
19 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!