13 Noyabr 2024 08:40
313
CƏMİYYƏT
A- A+
"Azərbaycan qüdrətli, nüfuzlu ölkədir"

"Azərbaycan qüdrətli, nüfuzlu ölkədir"


Bakıya gələn qonaqlar bunu dönə-dönə vurğulayırlar 


Nəhayət, gözlənilən gün gəlib çatdı. Paytaxtımız daha bir mötəbər beynəlxalq tədbirə - COP29-a evsahibliyi etməkdədir. Ölkəmizin beynəlxalq müstəvidə ciddi söz sahibi olması COP29-a evsahibliyi etməsində də təsdiqini tapdı. 

COP29-a evsahibliyi etmək təkcə iqlim dəyişikliyi problemləri ilə bağlı məlumatlılığı artırmaq üçün deyil, həm də ölkənin turizm sənayesinin inkişafını stimullaşdırmaq üçün bir fürsət kimi də dəyərləndirilə bilər. Belə bir məqamda Azərbaycan zəngin tarixi mədəniyyəti ilə yanaşı, özünü  cəlbedici turizm məkanı kimi də təqdim edir. Belə bir mötəbər tədbirin ölkəmizdə keçirilməsi turizmin uzunmüddətli inkişafı üçün katalizator olacaqdır. Artıq ölkəmizə xeyli sayda turist gəlibdir. Əməkdaşlarımız İçərişəhərdə şəhərimizin qonaqları ilə görüşüb, ölkəmiz haqqında onların ilkin təəssüratını öyrənib.


Corine Fuller Braziliyadan gəldiyini deyir:

- Üç gündür ki, Azərbaycandayam. Həyat yoldaşım diplomatik xidmətdə çalışır. COP29-la bağlı ölkənizə səfər edəcəyini, mənim də bu səfərə qatıla biləcəyimi deyəndə çox sevindim. Bakıya gələndən sonra öz-özümə deyirəm ki, nə yaxşı buradayam. Hava limanından düşəndən çox qəribə mənzərənin şahidi olduq. Özümü gözəl bir dünyada hiss edirəm. Hətta bir az da təəccüblənirəm bu ölkənin vətəndaşları necə olub ki, bu qədər gözəldir. Hamı adama kömək etməyə çalışır. Kimdənsə bir söz soruşanda hətta ingilis dili bilməsə belə, yaxşı mənada bacardığını edir. Kimdənsə "vaxtım yoxdur", "mənim öz işim var" sözlərini eşitmədik. Belə dəyərli insanların əhatəsində olmaq insanı mənəvi cəhətdən daha da gözəlləşdirir. Mən hətta deyərdim ki, azərbaycanlılar mələk kimi insandırlar.

İndi həyat yoldaşım COP29-da rəsmi nümayəndə kimi iştirak etdiyindən bu gözəl insanların yaşadığı şəhər barədə az məlumatlıdır. Mən Bakını heyranlıqla seyr edir, gözəl şəkillər çəkirəm ki, ona məlumat verim. Öz ölkəmə qayıtdıqdan sonra heç şübhəsiz ki, gözəl Bakı şəhəri, onun mehriban insanları haqqında danışacağam.

Bakı çox qədim şəhərdir. Buradakı təmizlik, səliqə-sahman, binaların arxitektura cəhətdən  bir-birini tamamlaması çox baxımlıdır. Burada qədimliklə müasirlik elə bil göz-gözə dayanıb.

Milli mətbəxiniz məni valeh edib. Yeməkləriniz çox dadlıdır. Qiymətlər isə mənim ölkəmlə müqayisə olunmayacaq dərəcədə ucuzdur.

Noyabrın sonuna kimi Bakıda qalmaq imkanım olduğu üçün çox xoşbəxtəm. Öz ölkəmə qayıtdıqdan sonra Bakı, Azərbaycan haqqında danışarkən mən bir cənub şəhərindən yox, cənnətdən gəlmişəm deyəcəyəm. Bura cənnət qədər gözəldir.

Digər həmsöhbətimiz Olqa Ponitova Rusiya Federasiyasının Saransk şəhərindəndir. O deyir:

- Qonşu dövlətlər olsaq da, Bakıya ilk gəlişimdir. Azərbaycan  haqqında çox eşitmişdim. Amma belə bir gözəlliklə qarşılaşacağımı heç ağlıma belə gətirməmişdim. Bakı ilə tanışlığım iki gündür. Bu qısa müddətdə məndə elə bir təəssürat yaranıb ki, hətta özümü qınayıram ki, indiyə kimi niyə Bakıya gəlməmişəm. İndi başa düşdüm ki, niyə bura Odlar yurdu deyirlərmiş. Bakının çox mehriban, hərarətli insanları var. Kimə yaxınlaşıb nə soruşursansa, səni öz doğması kimi qarşılayır. Düşünürəm ki, bu insanların vətənə, torpağa bağlılığından irəli gələn məsələdir. İnsanlar öz ölkələrini necə var elə, yəni olduğu kimi gözəl təqdim etmək istəyirlər.

Dünən Ağ Şəhərdə olmuşuq. Ağ Şəhər müasir şəhər arxitekturasının çox gözəl bir incisidir. İçərişəhər isə canlı bir muzeydir. Qıs qalasından Xəzəri seyr etməyin başqa bir gözəlliyi var. Düşünəndə ki, mən tezliklə bu möcüzəvi gözəlliyi olan şəhəri, bu mehriban insanları tərk edəcəm, inanın ki, kövrəlirəm.

Böyük tarixi şəxsiyyət Heydər Əliyevin məşhur "Mən fəxr edirəm ki, azərbaycanlıyam" kəlamını  eşitmişdim. Bu sözləri eşidəndə hətta bir qədər də təəccüblənirdim ki, belə böyük bir şəxsiyyət necə olur öz milləti ilə belə fəxr edir. Azərbaycana gəlib Bakını, gülərüzlü, mehriban insanları gördüm. Sonra belə qənaətə gəldim ki, bu xalqı sevmək, bu xalqa xidmət etmək şərəfdir. Bu gözəlliyi yaradan insanlarla yalnız fəxr etmək olar.

Saranskdan olan Yekatrina İrişkova deyir ki, mən Allahımdan çox razıyam ki, Bakıya səfərim belə bir möhtəşəm tədbirin keçirildiyi günlərə təsadüf edir. Azərbaycan gücü, qüdrəti ilə dünyada öz yerini müəyyənləşdirmiş bir ölkədir. Eyni zamanda onu da qeyd etmək istəyirəm ki, ölkəniz dostluğa  sədaqəti, etibarlılığı ilə dünyada nüfuz qazanan bir məkan kimi özünü təsdiqləyib. Rusiyanın Azərbaycan kimi yüksək nüfuz sahibi olan müttəfiqinin olması məni çox sevindirir.

Azərbaycanın BMT-nin təşkilatçılığı ilə keçirilən dünyanın çox mötəbər və möhtəşəm bir tədbirinə evsahibliyi etməsi ölkənizin sülh, əmin-amanlıq tərəfdarı olmasını təsdiqləyən mühüm bir göstəricidir. Azərbaycan xalqı öz lideri ilə fəxr etməkdə tam haqlıdır. Bu gün Bakı haqqında "gözəl şəhərdir"  deməklə adam kifayətlənə bilmir. İstər-istəməz düşünürsən ki, Azərbaycan çox qüdrətli dövlətdir. Bu dövləti dünyaya təqdim edən, tanıtdıran və sevdirən İlham Heydər oğlu Əliyevdir.

Belə gözəl, qüdrətli dövlətin vətəndaşı olduğunuz üçün hamınızın fəxr etməyə haqqı çatır. Bakı haqqında yalnız onu deyə bilərəm ki, bura gözəlliklər diyarıdır. Birmənalı olaraq söyləyirəm ki, müstəqilliyini çox da uzaq olmayan tarixdə elan etmiş heç bir ölkədə belə inkişafı, gözəlliyi görmək mümkün deyil. Azərbaycan dövləti gücü, qüdrəti ilə sübut etdi ki, müstəqillik, azadlıq onun tam haqqıdır.

Mən bu fürsətdən istifadə edib sonra Qarabağı 30 illik işğaldan azad etdiyiniz üçün Azərbaycan xalqını təbrik edirəm. Azərbaycan dünyaya doğan bir günəşə bənzəyir. Dünya ölkələri Azərbaycanla strateji tərəfdaşlığa can atır. Ölkənizlə iqtisadi əlaqə qurmağa çalışırlar. Bu, respublikanızın qüdrətinə olan inamdan irəli gəlir. Çox şadam ki, gözəl Bakıda, bu gözəl günlərə şahidlik etməkdəyəm. 

Çinin Şanxay şəhərindən gəlmiş Peng Zhu söhbət zamanı dedi:

- COP29-da iştirak etmək üçün Bakıya gəlmişəm. Düşündüm ki, imkan varkən Bakını, bu möcüzəli şəhəri də gəzim, tarixi abidələri, xüsusilə Qız qalasını gözlərimlə görüm. Məni qınamayın, bu gözəllikləri acgözlüklə seyr edirəm. Hətta mənə elə gəlir ki, Bakı hansısa gözəgörünməz bir qüvvənin əli ilə yaradılıb. 

İnsanların münasibəti isə adamı düşünməyə vadar edir. Bu şəhərdə sanki hamı bir-birinin doğması, əzizidir. Hamı mehribanlıqla gülümsəyir, adama kömək etməyə çalışır. Mənə elə gəlir ki, Tanrı sizin xalqı yalnız xeyirxahlıq, adamlara yaxşılıqlar etmək üçün yaradıb.

Bir məsələni də xüsusi olaraq vurğulamaq istəyirəm. Hökumətiniz çox ciddi əmək sərf edərək belə bir tədbiri yüksək səviyyədə hazırlayıb. Hava limanında Azərbaycan torpağına ayaq basdığımız andan özümüzü çox doğma bir məkanda hiss etdik. Heç bir problemlə rastlaşmamışıq. Hotellə təmin olunmuşuq. Nəqliyyat çox mükəmməl çalışır. Xidmət təşkilatları nə lazımdırsa, onu edirlər. Mağazaların piştaxtasında quş südü istəsən belə tapa bilərsən. Burada əsl bolluq var. Ölkəniz haqqında  təəssüratım elədir ki, bütün ömrüm boyu danışmağa sözüm olacaq.

Braziliyalı Jumo Paulo isə deyir  ki, COP29-un  keçirilməsi dünya üçün çox vacibdir. Bu gün Tanrının bizə təmənnasız bəxş etdiyi təbiətdə insanların səhv davranışı ucbatından ciddi kataklizmlər baş verməkdədir. Təbiət bizim onunla ədalətsiz davranışlarımıza tufanlarla, sunamilərlə cavab verir. Bu möhtəşəm tədbirdə iştirak etmək üçün Bakıdayam. Azərbaycan haqqında bura gəlməzdən əvvəl çox az məlumatım var idi. Elə zənn edirdim ki, tozlu-torpaqlı, qara hisə boyanmış binalarla əhatə olunmuş bir şəhərə düşəcəyəm. Şəhərinizin gözəlliyi məni çaşdırdı. Bakı, sözün gerçək mənasında, bir təbiət gözəlinə bənzəyir. İnsanların üzündəki xoş təbəssüm burada yaşayanların qayğısız, xoşbəxt olmalarından xəbər verir. Açığını deyim ki, konfransın rəsmi hissəsindən çox Bakı ilə tanışlığa, insanlarla təmasa vaxt ayırmaq istəyirəm.

Braziliyaya qayıtdıqdan sonra qarşıma kim çıxsa deyəcəyəm ki, Bakıya gedin. Bakının dadlı yeməklərindən yeyin. Mehriban insanları ilə söhbət edib həyatdan zövq alın. Onlar dünyanın ən saf insanlarıdırlar. Mən Azərbaycanı da, azərbaycanlıları da çox sevdim.


Elşən QƏNİYEV,

İlham BABAYEV (foto),

"Azərbaycan"


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dekabrın 15-16-da ölkə ərazisində hava şəraiti nisbətən sabitləşəcək

17:49
14 Dekabr

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı inkişaf etdirilir

17:48
14 Dekabr

“The Jerusalem Post”: Ermənilər konstitusiyalarına yenidən baxmalıdırlar

17:47
14 Dekabr

Gürcüstanın yeni seçilmiş Prezidenti Zati-aliləri cənab Mixeil Kavelaşviliyə

17:44
14 Dekabr

Mixail Kavelaşvili Gürcüstan Prezidenti seçilib 

17:43
14 Dekabr

Baş Dövlət Yol Polisi İdarəsi qarın yollarda yarada biləcəyi fəsadlarla bağlı xəbərdarlıq edib

16:44
14 Dekabr

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

16:03
14 Dekabr

Qar və güclü çovğun Qobustanda yol qəzalarına səbəb olub

15:41
14 Dekabr

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

15:37
14 Dekabr

Faktiki hava: Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir

14:38
14 Dekabr

Dekabrın 15-də hava əsasən yağmursuz olacaq

14:34
14 Dekabr

ANAMA-nın şöbə müdiri: Vətən müharibəsindən sonra 382 nəfər mina qurbanı qeydə alınıb

14:31
14 Dekabr

İşğaldan azad edilmiş ərazilərdə “Təhlükəsiz məktəb” layihəsi çərçivəsində maarifləndirmə aparılır

13:41
14 Dekabr

MSK müşahidəçilər üçün yaddaş kitabçası hazırlayıb

13:27
14 Dekabr

“TÜRKSOY-un II Beynəlxalq Simulyasiyası” keçirilir

13:26
14 Dekabr

Əhməd İsmayılov: Süni intellekt texnologiyaları asanlıqla dezinformasiya mənbəyinə çevrilə bilər

13:11
14 Dekabr

    “Yaşıl dünya üçün müzakirə platforması” çərçivəsində debat forumları təşkil olunacaq

13:03
14 Dekabr

"Gənclər üçün media akademiyası” adlı layihə keçirilib

13:02
14 Dekabr

“Masdar”: Bu günə qədər Qaradağ GES-dən şəbəkəyə 500 milyon kilovat-saatdan artıq təmiz enerji ötürülüb  

12:58
14 Dekabr

Faktiki hava: Bəzi yerlərdə intensiv sulu qar, qar yağır

12:57
14 Dekabr

Leyla Əliyeva Ruandada reallaşdırılacaq layihələr üzrə görüşlər keçirib

12:46
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!