Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
Sevə-sevə oxuduğumuz "Azərbaycan" qəzeti Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olmaqla bərabər, həm də qiymətli tarixi mənbədir. Bu il rəsmi dövlət qəzeti, Milli Məclisin orqanı olan "Azərbaycan"ın nəşrə başlamasından 106 il ötür.
Gəncə şəhərindəki Yelizavetpol qubernatorunun mətbəəsində işıq üzü görən "Azərbaycan" qəzetinin ilk nömrəsi 1918-ci il sentyabrın 15-də çap olunmuşdur. Onun 2 səhifəsi Azərbaycan, 2 səhifəsi rus dilində nəşr edilmişdi. Qəzetin Gəncədə nəşri həftədə iki dəfə olmaqla 10 gün çəkmiş, dörd sayından sonra isə Bakıda davam etməyə başlamışdır.
"Azərbaycan" qəzeti Bakıda hər iki dildə nəşr olunurdu. Qəzetin rus dilindəki variantına Şəfi bəy Rüstəmbəyli redaktorluq etmişdir. "Azərbaycan" qəzetinin ilk sayında Osmanlı Ordusunun generalı Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun qardaş köməyi ilə Bakının azad olunması haqqında məlumatlar, təbriklər öz əksini tapmışdır.
Azərbaycan Xalq Cümhuriyyətinin, onun Türkiyə ilə münasibətlərinin tarixinin araşdırılmasında məhz 1918-1920-ci illərdə nəşr olunmuş "Azərbaycan" qəzeti mükəmməl və etibarlı mənbə hesab olunur. Qəzetin o illərdə çıxan hər sayında Türkiyəyə dair müxtəlif mövzularda materiallara rast gəlmək mümkündür. Bu materiallar içərisində diqqəti daha çox cəlb edən Birinci Dünya müharibəsində məğlub olmuş Türkiyənin gələcək taleyi ilə bağlı məlumatlar, teleqramlar, məktublardır. Ümumiyyətlə, Türkiyənin Birinci Dünya müharibəsindən sonrakı vəziyyətinin öyrənilməsi ilə əlaqədar məsələyə aydınlıq gətirilməsində "Azərbaycan" qəzetinin səhifələrində çap olunmuş bu materialların əhəmiyyəti böyükdür.
Qəzetin səhifələrində Türkiyənin gələcək taleyi, İstanbulun, Sultanın və Xəlifənin taleyinə dünya müsəlmanlarının və Qərbin bəzi dövlət rəhbərlərinin münasibəti, yunan qoşunlarının Türkiyə torpaqlarına hücumu və bu hücum zamanı yunan əsgərlərinin dinc türk əhalisinə qarşı törətmiş olduqları qırğınları, Türkiyə ərazisinin bölüşdürülməsinə cəhd göstərilməsi, Birinci Dünya müharibəsində qalib gəlmiş dövlətlərin Türkiyəni bölüşdürmək siyasətinə qarşı Mustafa Kamal Paşa başda olmaqla Anadolu və Rumeli milli təşkilatının güclü və barışmaz mövqeyi və s. məsələlər öz əksini tapmışdır.
1918-1920-ci illərdə Türkiyə ətrafında baş vermiş hadisələrin "Azərbaycan" qəzetinin səhifələrində çap olunmuş materiallarda əks olunması məsələləri çoxsaylı monoqrafiyaların və elmi məqalələrin müəllifi, tarix üzrə elmlər doktoru Vaqif Abışovun 2024-cü ildə Türkiyədə çap olunan "1918-1920 yıllarında Türkiye: Yenilgiden Zafere Doğru" kitabında təhlil edilmişdir. Qeyd etmək lazımdır ki, müəllifin 2020-ci ildə Azərbaycan dilində çap olunmuş "Türkiyə 1918-1920-ci illərdə: məğlubiyyətdən qələbəyə doğru. ("Azərbaycan" qəzetinin materialları əsasında. 1918-1920)" adlı bu kitabı Türkiyə Cümhuriyyəti oxucularında böyük maraq doğurmuşdur. Bu səbəbdən də kitab dr. Sevil Piriyeva Karamanın tərcüməsilə Ankarada Astana yayınları tərəfindən türk dilində nəşr olunmuşdur. Müəllif kitabda "Azərbaycan" qəzetinin rus dilində nəşr olunan variantındakı materiallardan geniş istifadə etmişdir. Kitabın elmi redaktoru AMEA-nın həqiqi üzvü Yaqub Mahmudovdur.
Qeyd etmək lazımdır ki, 1918-1920-ci illərdə "Azərbaycan" qəzetində Türkiyə mövzusu ilk dəfə V.Abışovun "1918-1920 yıllarında Türkiye Yenilgiden Zafere Doğru" kitabında öz əksini tapır. Kitab giriş, üç fəsil və nəticədən ibarətdir.
"Birinci Dünya müharibəsindən sonra Türkiyə məsələsi və Antanta dövlətləri" adlanan I fəsildə Türkiyənin ağır şərtlər əsasında bölüşdürülməsi, 7 milyardlıq borc iddiaları, nəhayət, uzun müzakirə və mübahisələrdən sonra böyük sülh sazişinin bağlanması məsələləri araşdırılmışdır.
Kitabın II fəsli "İstanbulun, Sultanın-Xəlifənin taleyi və müsəlmanlarının mövqeyi" adlanır. Bu fəsildə müəllif müttəfiq dövlətlərin Türkiyənin bölüşdürüləcəyindən sonra İstanbul şəhəri və Osmanlı Sultanının taleyi ilə bağlı məsələlərin müzakirəsi, dünya müsəlmanlarının mövqeyi, eləcə də bu problemlərin "Azərbaycan" qəzetində işıqlandırılmasını ətraflı təhlil etmişdir.
V.Abışov kitabın "Türk millətinin istiqlal savaşi" adlı III fəslində qeyd edir ki, müttəfiq dövlətlər öz yığıncaqlarında Türkiyə torpaqlarını necə bölüşdürmək üzərində müzakirələr apardıqları bir vaxtda, türk milləti Mustafa Kamal Paşa Atatürkün rəhbərliyi altında Vətən torpaqlarını azad etmək üçün hazırlıq işləri görürdü. Müəllif bu fəsildə Ərzurum (23 iyul-7 avqust 1919-cu il) və Sivas (4-11 sentyabr 1919-cu illər) konqreslərinin, "Türk ocaqları", "Müsəlman qadınlarının birliyi" kimi bir sıra təşkilatların milli müqavimət hərəkatındakı rolunu göstərmişdir. 1918-1920-ci illərdə türk xalqının apardığı azadlıq müharibəsinin təhlili nəticəsində müəllif belə bir nəticəyə gəlir ki, işğalçılara qarşı Mustafa Kamal Paşa Atatürkün rəhbərliyi altında türk millətinin milli istiqlal savaşı nəticəsində Türkiyə öz varlığını, dövlətçiliyini qoruyub saxlaya bilmişdir.
Kitabın "Qəzet materialları" bölməsində materiallar sırasına "Azərbaycan" qəzetinin rus dilindəki variantından yazılar türk dilinə tərcümə edilərək yerləşdirilmişdir.
Kitabda türk dili ilə yanaşı, ingilis dilində xülasə də öz əksini tapmışdır. Müəllif Sevr Müqaviləsinə görə Türkiyə torpaqlarının vəziyyəti və Qurtuluş savaşından sonraki durumu, Türkiyə Cümhuriyyətinin əks olunduğu xəritələri də kitaba əlavə etmişdir.
İnanırıq ki, Vaqif Abışovun "1918-1920 yıllarında Türkiye Yenilgiden Zafere Doğru" kitabı qardaş Türkiyə Cümhuriyyəti oxucuları ilə yanaşı, Azərbaycanın elmi ictimaiyyətinin, habelə "Azərbaycan" qəzetinin oxucularının da marağına səbəb olacaqdır.
Aypara RÜSTƏMOVA,
tarix üzrə fəlsəfə doktoru, dosent
Siqaret idxalına qadağa qoyula bilər
Son bir həftədə 250-dən çox şəxs üçün kiçik təsərrüfatlar yaradılıb
Azərbaycan və Rusiya onkologiya sahəsində əməkdaşlıq edəcək
Azərbaycan MDB vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının iclasında təmsil olunub
5000 illik qəbir aşkar edilib
Uçan taksi nümayiş etdirilib
Əhliman Əmiraslanov: Sabah Şuşada türk dövlətlərinin səhiyyə nazirləri arasında görüş keçiriləcək
Vüqar Qurbanov: Bu yaxınlarda Şəki şəhərində ürək mərkəzi fəaliyyətə başlayacaq
Zurabişvilinin impiçmenti müzakirəyə çıxarılır
Çinə aid avtomobil karvanı partladıldı
Sabah daha bir yağmursuz payız havası gözlənilir
Viktor Ambros və Qeri Ruvkun fiziologiya və tibb sahəsində Nobel mükafatına layiq görüldülər
“Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin iclası keçirilib
Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası başlayıb
"İnanıram ki, daha yaxşı nəticələr bizi gözləyir" - Qurban Qurbanov
XİN: Səkkiz Azərbaycan vətəndaşı repatriasiya edilib
Hərbi əməliyyatların idarə olunmasında beynəlxalq qaydalar üzrə yüksək səviyyəli seminar keçirilir - YENİLƏNİB
“Neftçi” Rusiyada 5 klub dəyişmiş baş məşqçini gətrmək istəyirmi? - AÇIQLAMA
Ukrayna F-16-ların ilk partiyasını aldı
AZAL COP29 ərəfəsində xüsusi endirimlər təklif edir
Azərbaycanda regional anbarların yaradılması təklif olunur
Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib YENİLƏNİB30 Sentyabr 2024
İnkişaf büdcəsi29 Sentyabr 2024
Prezident İlham Əliyev bir daha bəyan etdi28 Sentyabr 2024
Zəfərlə anırıq...27 Sentyabr 2024
VƏTƏNİN ŞƏHİD BALALARI27 Sentyabr 2024
Azərbaycan yeni strateji dövrdə26 Sentyabr 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!