29 Iyun 2022 02:09
634
CƏMİYYƏT
A- A+

"Azərbaycan"  qəzeti də bunu istəyirdi

 

Elə bizim istəyimiz də bu  idi!

"NƏ FERMER VAR, NƏ DƏ MÜŞTƏRİ" adlı  "Azərbaycan"ın  24 iyun 2022-ci il tarixli nömrəsində dərc edilən tənqidi materialda  məqsədimiz paytaxt Bakıda dövlət başçısının tövsiyəsi ilə yaradılan  həftəsonu  kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının  fəaliyyətini  canlandırmaq,  orada  şəhər sakinləri üçün  bütün çeşiddə, ucuz qiymətə  məhsul satışını təmin etmək idi!

Çünki belə olan halda həm fermer razı qalır, həm də alıcı!

Tənqidi çıxışımızdan cəmi bircə gün sonra  -  iyunun 25-də, şənbə günü göstərilən ünvanlardakı  yarmarkalarda iş canlandı.

Hətta  bu barədə "Real TV"  (ona Mirşahin televiziyası da deyirlər) geniş  reportaj da verdi.

"Azərbaycan"ın əməkdaşları yarmarkalardakı dəyişikliklərin şahidi olublar.

Fotomüxbirimizin  həmin gün çəkdiyi şəkilləri müqayisəli formada diqqətinizə təqdim edirik:

 

Baş verən dəyişiklik geniş miqyası əks etdirməsə də və əsaslı olmasa da, hər halda uzunmüddətli ətalətdən  və formalçılıqdan sonra  müəyyən  irəliləyiş sayıla bilər.

Tənqidi çıxışımıza operativ  reaksiya verdiyi üçün  Kənd Təsərrüfatı  Nazirliyinə  təşəkkürümüzü bildiririk...

İnanırıq ki, bundan sonra bütün ünvanlardakı yarmarkalar nümunəvi fəaliyyət göstərəcək.

Çünki  fermerin öz məhsulunu təzə-tər və ucuz qiymətə şəhərə gətirərək paytaxt sakinlərinə satması:

* Regionların  İnkişafına  dair  Dövlət Proqramının;

* Dövlətimizin qeyri-neft sektorunun inkişaf etdirilməsi xəttinin;

* Aqrar sahənin inkişafına, habelə kənddə sahibkarlığın inkişafına dair dövlət siyasətinin reallaşmasına xidmət edir.

Bütövlükdə isə  Azərbaycan Prezidentinin xalqın sosial rifahının  yaxşılaşdırılması və həyat səviyyəsinin yüksəldilməsi ilə bağlı yeritdiyi siyasətin,  gördüyü işlərin və həyata keçirdiyi tədbirlərin  işıqlandırılması, geniş ictimaiyyətə çatdırılması "Azərbaycan" qəzetinin ən mühüm fəaliyyət  istiqamətlərindəndir.

Sonda bir jurnalist olaraq biz də razılığımızı bildiririk.

Məşhur mahnıda deyildiyi kimi:

Belə ola həmişə!

 

"AZƏRBAYCAN"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video