23 Iyun 2022 16:58
508
İQTİSADİYYAT
A- A+

Azərbaycan Qara Dəniz Ticarət və İnkişaf Bankının kapitalın artırılması üzrə səylərini dəstəkləyəcək  

 

İyunun 23-də Bakıda maliyyə naziri, Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Azərbaycan üzrə rəhbəri Samir Şərifovun sədrliyi ilə bankın Rəhbərlər Şurasının 24-cü illik toplantısı keçirilib.

AZƏRTAC xəbər verir ki, illik toplantıda QDTİB-ə üzv dövlətlər - Albaniya, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə, Yunanıstan və Ukraynanın bank üzrə təmsilçi direktorları iştirak edib.

Nazir Samir Şərifov qeyd edib ki, regionda baş verən gərginlik dünyanın qida təhlükəsizliyini təhdid edir, Qara dənizdə logistika sahəsində problemlər yaradır. Beynəlxalq maliyyə institutları yaranan vəziyyəti qiymətləndirərək təhlil aparmalıdırlar. Azərbaycan regionun iqtisadi inkişafı istiqamətində işlər görür və bu yöndə atdığı addımlara sadiqdir. “Eyni zamanda, bankın fəaliyyət göstərdiyi coğrafi ərazinin daha da genişləndirilməsi üçün qarşıya qoyduğu hədəfləri tam dəstəkləyirik. Qara Dəniz Ticarət və İnkişaf Bankı 2021-ci ildə kapitalını əhəmiyyətli dərəcədə artırıb. Azərbaycan QDTİB-in kapitalın artırılması üzrə səylərini dəstəkləməkdə davam edəcək. Ölkəmiz adından banka istənilən dəstəyi göstərməyə tam hazırıq”, - deyə S.Şərifov diqqətə çatdırıb.

Qara Dəniz Ticarət və İnkişaf Bankının prezidenti Dmitri Pankin vurğulayıb ki, QDTİB Azərbaycanla yeni əməkdaşlıq imkanlarını nəzərdən keçirir. Azərbaycanın QDTİB-in mühüm səhmdarı olduğunu bildirən bankın prezidenti deyib ki, regionda baş verən proseslər fonunda QDTİB öz fəaliyyət istiqamətlərini müəyyənləşdirməlidir.

Tədbirdə çıxış edənlər üzv ölkələr arasında bank və biznes sahəsində mövcud imkanların və potensialın daha da genişləndirilməsi, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi və sair məsələlərini müzakirə ediblər.

İllik toplantıda Rəhbərlər Şurası Bankın fəaliyyətini qiymətləndirərək 2021-ci il üzrə maliyyə hesabatlarını təsdiqləyib.

İyunun 24-də illik toplantı çərçivəsində QDTİB, Azərbaycan Hökuməti, AZPROMO və regional biznes assosiasiyalarının iştirakı ilə “Dəyişən dünyada diversifikasiyalaşmış və innovativ Azərbaycan iqtisadiyyatının dəstəklənməsinə QDTİB-in rolu” adlı biznes forum təşkil olunacaq. Özəl sektor nümayəndələri və ekspertlərin iştirak edəcəyi forumda iqtisadi diversifikasiya məsələləri müzakirə olunacaq. Qara dəniz regionu üzrə biznes rəhbərləri tərəfindən Azərbaycanda və onun regionlarında ticarət və investisiya imkanları diqqət mərkəzində saxlanılacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video