29 Sentyabr 2022 14:46
671
Elm və texnika
A- A+

Azərbaycan–Pakistan Texnologiya Forumu keçirilib  

 

Sentyabrın 29-da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN), İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Pakistan İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi və Pakistan–Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının (PAKAZCHAM) təşkilatçılığı ilə Azərbaycan–Pakistan Texnologiya Forumu keçirilib.

RİNN-dən AZƏRTAC-a bildirilib ki, foruma hər iki ölkədən müxtəlif sahələri təmsil edən şirkətlərin nümayəndələri iştirak ediblər.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev çıxışında Azərbaycan və Pakistan arasında qarşılıqlı etimada, dəstəyə və faydalı əməkdaşlığa əsaslanan güclü tərəfdaşlıq əlaqələrinin mövcud olduğunu, bu il diplomatik münasibətlərimizin qurulmasının 30 illiyinin qeyd edildiyini bildirib.

Nazir əlavə edib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də “yaradıcı və innovativ cəmiyyət”in qurulmasının zəruriliyi ifadə olunub: “Bu vizyonu həyata keçirmək üçün bizə innovasiya ekosistemi lazımdır. İxtiralar olmadan isə yenilik mümkün deyil. Beləliklə, sağlam təməl üzərində universitetlərin tədqiqat və inkişaf imkanları ilə dəstəklənən, elm və texnologiyaya əsaslanan güclü sənayeyə ehtiyac var. Biz Pakistanın texnologiya şirkətlərini Azərbaycanda tədqiqat mərkəzləri yaratmağa dəvət edirik”.

Qeyd olunub ki, biznes imkanlarının araşdırılması davamlı bir prosesdir. Bu, müntəzəm məlumat mübadiləsini və biznes icmaları arasında birbaşa əlaqələrin təşviqini tələb edir. Azərbaycan–Pakistan Texnologiya Forumu bu cür məlumat mübadiləsini təşviq etmək və yeni işgüzar münasibətləri asanlaşdırmaq üçün effektiv platforma rolunu oynayacaq.

Forumda AZPROMO-nun rəhbəri Yusif Abdullayev, Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bilal Haye, PAKAZCHAM-ın prezidenti Xürrəm Bhatti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədri Orxan Məmmədov, Pakistan Proqram İxrac Şurasının Kommersiya direktoru Zeeşan Rehman Xattak çıxış edib.

Tədbir çərçivəsində Azərbaycan və Pakistanın texnologiya şirkətləri tərəfindən təqdimatlar nümayiş olunub.

Forum B2B və B2G formatında görüşlərlə davam edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video