15 Yanvar 2022 21:38
627
Mədəniyyət
A- A+

Azərbaycan nümayəndə heyəti Qətər Milli Kitabxanasında olub

 

Qətər Beynəlxalq Kitab Sərgisində iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvləri dünyanın ən modern kitabxanalarından biri hesab olunan Qətər Milli Kitabxanasında olublar.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Akif Marifli, ərəb dilinə tərcüməçi, filologiya üzrə fəlsəfə doktoru Əhməd Sami, "Təhsil" nəşriyyatının direktoru Tural Axundov, "Çinar yayımları" nəşriyyat evinin direktoru Bəhram Oruclu kitabxananın oxu zalları, kitab kolleksiyaları, nadir kitablar və əlyazmalarının nümayiş olunduğu muzeylə tanış olublar. Kitabxananın muzeyində mühafizə olunan Böyük Azərbaycan şairi Nizami Gəncəvinin "Leyli və Məcnun" poemasının 1529-cu ildə üzü köçürülən əlyazması və digər kitab kolleksiyaları ziyarətçilərdə böyük maraq yaradıb.

Dörd il öncə Qətər Milli Kitabxanası ilə Azərbaycan Milli Kitabxanası arasında bağlanan müqavilənin şərtlərinə əsasən, hər iki Milli Kitabxana arasında qədim kitabların və əlyazmaların elektron nüsxələrinin yaradılması və mübadiləsi işi yaxın zamanlarda həyata keçiriləcək.

Xatırladaq ki, Doha şəhərində kitab sərgisi yanvarın 22-dək davam edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video