24 Dekabr 2022 20:10
699
İDMAN
A- A+

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasından növbəti layihə

 

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) Bakı bulvarı ərazisində növbəti layihəni gerçəkləşdirib.

AZƏRTAC xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasilyeva və digər rəsmi şəxslər iştirak edib.

Açılış mərasimində çıxış edən F.Qayıbov dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın idmana, idmançılara göstərdiyi diqqət və qayğıdan danışıb. Nazir, həmçinin federasiyanın 2022-ci ildəki fəaliyyətindən söhbət açıb. Xüsusən işğaldan azad edilən Suqovuşanda keçirilən “Prezident Kuboku” və “Mingəçevir Reqatası” turnirlərini yüksək qiymətləndirən nazir federasiyaya gələcək fəaliyyətində uğur arzu edib.

Daha sonra dəniz avarçəkməsi üzrə Avropa çempionu, dünya çempionatının gümüş medalçısı Diana Dımçenko, müxtəlif beynəlxalq turnirlərin qalibi Ziya Məmmədzadə, eyni zamanda yığma komandanın digər üzvlərinin dəniz avarçəkməsi, akademik avarçəkmə, kayak və kanoe, həmçinin turistlər üçün nəzərdə tutulan qayıqlarda nümunəvi çıxışları baş tutub. İdmançıların çıxışları paytaxt sakinləri tərəfindən də böyük coşqu ilə qarşılanıb.

Avarçəkməni Bakıda, Xəzər dənizində bərpa etməyin əsas səbəblərindən biri də bu idman növünü paytaxtda yaşayan yeniyetmə və gənclər üçün əlçatan etmək, kütləviliyin təmininə nail olmaq, inkişaf etdirməkdir.

Qeyd edək ki, ölkəmizdə avarçəkmə ilə peşəkar olaraq 1930-cu ilin sonundan Xəzər dənizində məşğul olunmağa başlanılıb. Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti zamanında bu idman növü özünün çiçəklənmə dövrünü yaşayıb. Həmin dövrdə ölkəmizdə 11 peşəkar avarçəkmə klubu fəaliyyət göstərib.

AKAF bu ənənəni yenidən bərpa edib. Federasiya Bakıda - Xəzər dənizində rəsmi olaraq fəaliyyətə başlayıb. Bununla əlaqədar Bakı bulvarı ərazisində avarçəkənlərin nümunəvi çıxışları və tədbir təşkil olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video