Azərbaycan-İtaliya münasibətləri strateji səviyyəyə yüksəlib
Azərbaycanın dünyanın müxtəlif qütblərində qərar tutan dövlətlərlə qurduğu ikitərəfli əlaqələr, mehriban dostluq və əməkdaşlıq münasibətləri ildən-ilə genişlənərək məzmunca yeni keyfiyyət mərhələsinə qədəm qoyur.
Bu zaman diqqəti çəkən əsas reallıqlardan biri odur ki, Azərbaycanın Cənubi Qafqazın lider dövləti olması bütün dünyada etiraf olunan həqiqətdir. Azərbaycan Prezidenti ilə görüşən hər bir dövlət başçısı ölkəmizlə əməkdaşlığa böyük önəm verdiklərini bəyan edirlər. Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri bunları bir daha təsdiq etdi.
İkitərəfli münasibətlər kontekstində dövlət səfəri səviyyəsinə görə ən yüksək səfər hesab olunur və il ərzində bir ölkəyə məhdud sayda dövlət səfəri edilir. Dövlət səfəri zamanı müzakirə edilən məsələlərin əhatəsi daha geniş, mahiyyəti isə daha dərin olur. Bu, Azərbaycanın dövlət başçısının İtaliyaya ilk dövlət səfəri idi. Eyni zamanda bu səfər 2020-ci ildə İtaliyaya xarici dövlət başçıları tərəfindən edilən ilk dövlət səfəridir ki, bu da dövlətimizə və onun başçısına göstərilən xüsusi diqqətdən irəli gəlir. Ona görə bu səfər müstəsna əhəmiyyət daşıyır. Təbii ki, hər bir səfərin əhəmiyyəti həm də onun proqramı ilə ölçülür.
İlham Əliyevin Romada italiyalı həmkarı Sercio Mattarella, Nazirlər Şurasının Sədri Cüzeppe Konte, Senatın sədri Maria Elisabetta Alberti Kaselatti, Deputatlar Palatasının sədri Roberto Fiko, Roma meri Vircinia Raggi ilə görüşləri və imzalanan 28 sənəd səfər proqramının kifayət qədər zəngin və Azərbaycan-İtaliya münasibətlərinin dinamik inkişaf tempinə malik olduğunu göstərir. Eyni zamanda Prezident İlham Əliyevin səfəri çərçivəsində dövlət ziyafəti, "2020-ci il - İtaliyada Azərbaycan Mədəniyyət İli”nin açılışı münasibətilə keçirilən konsert proqramı, Azərbaycan Prezidentinin İtaliyanın dünyada məşhur olan 10-dan çox ən iri, aparıcı sənaye və maliyyə qruplarının rəhbərləri ilə birgə işçi naharı, biznes forum iki dövlət arasında münasibətlərin miqyasını və həm də İtaliyada Azərbaycanla əlaqələrin inkişafına xüsusi diqqətin göstəriciləridir.
Prezident İlham Əliyevin bu tarixi dövlət səfərinin nəticələrini təhlil edərkən bir daha görürük ki, iki ölkə arasında siyasi əlaqələr yüksək səviyyədədir. Təcrübəyə əsasən, ölkələr arasındakı siyasi əlaqələr mükəmməl olduqda bu, iqtisadi, ticarət və digər sahələrdə də əməkdaşlığın inkişafı üçün hərtərəfli zəmin yaradır. Bu mənada Azərbaycan və İtaliya arasında siyasi əlaqələrin mükəmməlliyi hərtərəfli əməkdaşlığın inkişafına təkan verir. Səfər çərçivəsində imzalanmış sənədlər sırasında "Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” müstəsna əhəmiyyət daşıyır. Sənədin bilavasitə Prezident İlham Əliyev və Baş Nazir Cüzeppe Konte tərəfindən imzalanması onun siyasi yükünü daha da artırır.
Təbii ki, bu cür siyasi münasibətlər və strateji tərəfdaşlıq, qeyd etdiyim kimi, iqtisadi-ticarət sahəsində əməkdaşlıqda xüsusi əhəmiyyətə malikdir. Təsadüfi deyil ki, İtaliya Azərbaycanın birinci ticarət və ixracat tərəfdaşıdır. Təkcə 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 6 milyard ABŞ dolları təşkil edib. İtaliyanın Cənubi Qafqaz ölkələri ilə ticarətinin 92 faizi Azərbaycanın payına düşür.
İtaliya həm də TAP layihəsinin iştirakçısıdır. Məlum olduğu kimi, "Cənubi qaz dəhlizi”nin qolu olan TAP layihəsinin icrası ilə bağlı süni şəkildə əngəlliklər yaradılırdı. Məhz Azərbaycanla İtaliya arasındakı yüksək siyasi münasibətlərin nəticəsində erməni lobbisinin də fəal şəkildə yaratdığı bütün maneələr aradan qaldırıldı. Hazırda İtaliyada istehlak olunan neftin 17 faizi ölkəmizin payına düşür. TAP layihəsinin icrası isə Azərbaycanın İtaliya bazarlarında iştirakını daha da artıracaq.
Azərbaycanla İtaliya arasında əlaqələrin möhkəmləndirilməsində Heydər Əliyev Fondunun böyük xidmətləri var. Fondun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Vatikanda və Romada həyata keçirilən layihələr həm İtaliya rəsmiləri, həm də Roma Papası tərəfindən böyük minnətdarlıq və razılıqla qarşılanır. Xüsusən Heydər Əliyev Fondu tərəfindən İtaliyada həyata keçirilən layihələrlə yanaşı, təşkil olunan tədbirlər iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin və xalqlararası təmasların inkişafına böyük töhfə verir. İtaliya Prezidenti S.Mattarellanın "2020-ci il - İtaliyada Azərbaycan Mədəniyyət İli” elan edilməsi ilə bağlı bəyanatı düşünürəm ki, hər birimizin ürəyincə oldu. Bununla əlaqədar İtaliyanın müxtəlif şəhərlərində təşkil olunacaq çoxsaylı tədbirlər ölkələrimizin mədəniyyətinin İtaliyada daha geniş kütlələrə çatdırılmasına, xalqlararası təmasların daha da güclənməsinə və Azərbaycan-İtaliya əlaqələrinin genişlənməsinə töhfə verəcək.
Onu da xüsusi qeyd etmək istərdim ki, hələ 2012-ci ildə Romanın görkəmli "Villa Borghese” parkında dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin qoyulması İtaliyada Azərbaycana və mədəniyyətimizə göstərilən ehtiramın ifadəsidir. Paris, Berlin və Vyanadan sonra dünyanın ən qədim şəhərlərindən biri olan Romanın mərkəzi hissəsində Azərbaycanın Mədəniyyət Mərkəzinin açılması da nəzərdə tutulur.
Dünya katolik xristianlarının mərkəzi sayılan Vatikan dövləti də Azərbaycana və onun rəhbərliyinə qarşı xüsusi ehtiramla yanaşır. Azərbaycanın multikultural dəyərləri, ölkə rəhbərliyinin sivilizasiyalararası dialoqa verdiyi töhfələr Vatikan tərəfindən daim yüksək qiymətləndirilib. Heydər Əliyev Fondu tərəfindən Romada katakombaların bərpası, Vatikan Muzeyində Zevsin heykəlinin bərpasına və buradakı "Sistina” zalında yenidənqurma işlərinin aparılmasına dəstək verilməsi bütün İtaliya ictimaiyyəti tərəfindən dünya mədəni irsinə və mədəniyyətlərarası dialoqun inkişafına verilən ən önəmli töhfələrdən biri kimi qiymətləndirilir.
Fevralın 22-də Prezident İlham Əliyevin və Mehriban Əliyevaın Vatikanda Papa Fransisk ilə görüşləri, Mehriban Əliyevanın Papa Cəngavər Ordeninin ən ali dərəcəsi olan IX Piy Ordeninin Böyük Xaçı ilə təltif olunması həm də Azərbaycan-Vatikan münasibətlərinin yüksək səviyyəsini göstərdi. Bütün bunlar, o cümlədən sabiq Papa II İohan Pavelin və indiki Papa Fransiskin Azərbaycana, o cümlədən Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Vatikana səfərləri iki dövlət arasındakı əlaqələrin yüksək qarşılıqlı ehtirama əsaslanmasından xəbər verir.
Bütövlükdə, İtaliya və Vatikan səfərləri Prezident İlham Əliyevin yürütdüyü siyasətin qlobal miqyasda ehtiramla qarşılanmasının və özünün siyasi lider kimi dünyadakı nüfuzunun bariz təcəssümü kimi tarixə düşdü.
Nəsib MƏHƏMƏLİYEV
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
"Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə...
29 Mart
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq e...
29 Mart
"Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərba...
29 Mart
“Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitəl...
29 Mart
“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tari...
29 Mart
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdi...
29 Mart
“Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edi...
29 Mart
“Azərbaycan Respublikası Prezidentinin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası...
29 Mart
“Bakı şəhərətrafı dəmiryol nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydala...
29 Mart
“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” ...
29 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Bütöv Azərbaycanın Zəfər tonqalı20 Mart 2024
Parçalanmış dünyanın bərpasına töhfə19 Mart 2024
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ18 Mart 2024
Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər YE...17 Mart 2024
Fransa növbəti dəfə ifşa olundu16 Mart 2024
ÇOX OXUNANLAR
Xoş niyyətlər bayramı20 Mart 2024
Azərbaycan Qafqazda sülhü də bərqərar edəcək19 Mart 2024
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram...18 Mart 2024
Natəvanın heykəlinə qarşı vandalizm Fransa tarixinin utancverici hadisəsidir17 Mart 2024
Bakı Forumunda Azərbaycanın COP29-a evsahibliyi etməsi dəstəkləndi16 Mart 2024
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!